bakı xeber

Əhalini sayanların özlərinin də nöqsanları sayılmağa başladı
Əhməd Abbasbəyli: "İnkişaf etmiş ölkələrdə telefonla sorğu aparılması üsulu tətbiq edilir"
Bu il aprelin 13-22-də Azərbaycanda aparılan əhalinin siyahıya alınmasının ilkin nəticələri açıqlanıb. Cari ilin birinci rübünün makroiqtisadi göstəricilərinin yekunlarına dair mətbuat konfransında çıxış edən Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev qeyd edib ki, aprelin 22-si axşam saatlarına olan məlumatlara əsasən, Azərbaycanda 8,820 mln. nəfər siyahıyaalınmadan keçib:
"Hazırda bir sıra xarici ölkədə olan azərbaycanlıların sayı dəqiqləşdirilir. Məsələn, bu yaxınlarda Malayziyada yaşayan 19 nəfər azərbaycanlı siyahıya alınıb".