2011-ci ildə Avrointeqrasiya üzrə Ekspert Komitəsinin fəaliyyət prioritetləri müəyyən olunub
2011-ci ildə Avrointeqrasiya üzrə Ekspert Komitəsinin fəaliyyət prioritetləri müəyyən olunub |
|
|
|
Wednesday, 19 January 2011 2011-ci ildə Avrointeqrasiya üzrə Ekspert Komitəsinin fəaliyyət prioritetləri müəyyən olunub Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitəsində (AAİMİK) gender məsələləri üzrə yeni, sayca 4-cü işçi qrupu yaradılıb. Bu qərar yanvarın 18-də AAİMİK-in ümumi iclasında qəbul olunub. Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin rəhbəri Mehriban Vəzir qrupun koordinatoru seçilib.Həmçinin qrupa Rəhman Bədəlov, Əli Abbasov, İradə Cavadova, Sahib Məmmədov və Toğrul Cuvarlı daxildir. AAİMİK-in koordinatoru İlqar Həsənli Turan-a bildirib ki, yaxın günlərdə qrup 2011-ci ildə fəaliyyətinin prioritetlərini müəyyən edəcək. Həmçinin digər üç qrupun iş istiqamətləri müəyyən olunub. Belə ki, iqtisadi inteqrasiya üzrə qrup (koordinator Qubad İbadoğlu) Azərbaycanın ÜTT-ya qəbulu məsələsi ilə məşğul olacaq. Siyasi inteqrasiya qrupu (koordinator Əhməd Abbasbəyli) prioritet kimi təhsil sahəsində “Boloniya prosesi”nin tətbiqini və korrupsiyaya qarşı mübarizəni seçib. Regional inteqrasiya və təhlükəsizlik (koordinator Yaşar Cəfərli) əsas diqqəti viza rejiminin yumşaldılmasına yönəldəcək. İclasda Avropa Qonşuluq Siyasəti çərçivəsində öhdəliklərə əməl olunması üzrə monitorinqin yekunları müzakirə olunacaq, nəticələr ictimaiyyətə açıqlanacaq. Həmçinin cəmiyyətdə tolerantlıq məsələsinə həsr olunmuş “dəyirmi masa”nın keçirilməsi qərara alınıb. * AAİMİK 2006-cı ilin fevralında yaradılıb. Məqsəf Azərbaycanın Avropa cəmiyyətinə inteqrasiyasında, Avropa Qonşuluq Siyasəti və Aİ ilə digər əməkdaşlıq proqramları çərçivəsində öhdəliklərə əməl olunması üzrə monitorinqin keçirilməsində vətəndaş cəmiyyətinə yardım göstərməkdir. Hazırda AAİMİK-ə vətəndaş cəmiyyətinin 56 fəalı daxildir. |