Azadlıq radiosu
1-ci maddə Mövcud variant Maddə 1. Bu Qanunun məqsədi Bu Qanun ictimai birliklərin və fondların yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. Bu Qanunda «qeyri-hökumət təşkilatı» anlayışına ictimai birliklər və fondlar daxildir. Bu Qanun hüquqi şəxslər kimi qeyri-hökumət təşkilatlarının yaradılmasını, fəaliyyətini, yenidən təşkil edilməsi və ləğv edilməsi qaydalarını, qeyri-hökumət təşkilatlarının fəaliyyətini, idarə olunmasını, dövlət hakimiyyəti orqanları ilə münasibətlərini müəyyən edir. Bu Qanun siyasi partiyalara, həmkarlar ittifaqlarına, dini birliklərə, yerli özünüidarə orqanlarına və başqa qanunlarla tənzimlənən digər qeyri-hökumət təşkilatlarına şamil edilmir. Təklif olunan variant Maddə 1. Bu Qanunun məqsədi Bu Qanun ictimai birliklərin və fondların yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. Bu Qanunda «qeyri-hökumət təşkilatı» anlayışına ictimai birliklər və fondlar daxildir. Bu Qanun hüquqi şəxslər kimi qeyri-hökumət təşkilatlarının yaradılmasını, hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmasını, fəaliyyətini, yenidən təşkil edilməsi və ləğv edilməsi qaydalarını, qeyri-hökumət təşkilatlarının fəaliyyətini, idarə olunmasını, dövlət hakimiyyəti orqanları ilə münasibətlərini müəyyən edir. 1.4. Bu Qanun siyasi partiyalara, həmkarlar ittifaqlarına, dini birliklərə, yerli özünüidarə orqanlarına, habelə bu təsisatlara məxsus olan funksiyaların həyata keçirilməsi məqsədi ilə yaradılan qurumlara və başqa qanunlarla tənzimlənən digər qeyri-hökumət təşkilatlarına şamil edilmir. 2-ci maddə Mövcud variant Maddə 2. Qeyri-hökumət təşkilatı 2.2. Fond - üzvləri olmayan, bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxslər tərəfindən könüllü əmlak haqqı əsasında təsis edilən və sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai-faydalı məqsədləri daşıyan qeyri-hökumət təşkilatıdır. Təklif olunan variant Maddə 2. Qeyri-hökumət təşkilatı 2.2. Fond - üzvləri olmayan, bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxslər tərəfindən könüllü əmlak haqqı əsasında təsis edilən və sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai-faydalı məqsədləri daşıyan qeyri-hökumət təşkilatıdır. 3-cü maddə Mövcud variant Maddə 3. Qeyri-hökumət təşkilatının adı və olduğu yer 3.1. Qeyri-hökumət təşkilatının onun təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır. Təklif olunan variant Maddə 3. Qeyri-hökumət təşkilatının adı və olduğu yer 3.1. Qeyri-hökumət təşkilatının onun təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından istifadə edilə bilməz. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan istifadə edilə bilməz. 4-cü maddə Mövcud variant Maddə 4. Qeyri-hökumət təşkilatlarının təşkilati-hüquqi formaları Qeyri-hökumət təşkilatları istənilən təşkilati-hüquqi formalarda təsis oluna bilərlər. Təklif olunan variant Maddə 4. Qeyri-hökumət təşkilatlarının təşkilati-hüquqi formaları Qeyri-hökumət təşkilatları qanunvericilikdə nəzərdə tutulmuş istənilən təşkilati-hüquqi formalarda təsis oluna bilərlər. 6-cı maddə Mövcud variant Maddə 6. Qeyri-hökumət təşkilatlarının fəaliyyət ərazisi 6.2. Ümumazərbaycan qeyri-hökumət təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir. Regional qeyri-hökumət təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının iki və ya artıq inzibati ərazi vahidini əhatə etməlidir. Yerli qeyri-hökumət təşkilatları bir inzibati ərazi vahidi çərçivəsində fəaliyyət göstərirlər. Təklif olunan variant Maddə 6. Qeyri-hökumət təşkilatlarının fəaliyyət ərazisi 6.2. Ümumazərbaycan qeyri-hökumət təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir. Qeyri-hökumət təşkilatının ümumazərbaycan hesab edilməsi üçün təşkilat Azərbaycan Respublikasının inzibati ərazi vahidlərinin azı 1/3 əhatə edən filial və nümayəndəliklərə malik olmalıdır. Regional qeyri-hökumət təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının üç və ya daha artıq inzibati ərazi vahidini əhatə etməlidir. Yerli qeyri-hökumət təşkilatları bir inzibati ərazi vahidinin çərçivəsində fəaliyyət göstərirlər. 7-ci maddə Mövcud variant Maddə 7. Qeyri-hökumət təşkilatının filial və nümayəndəlikləri 7.1. Dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının ərazisində və xaricdə filiallarını yarada, nümayəndəliklərini aça bilər. 7.2. Qeyri-hökumət təşkilatının filialı həmin təşkilatın olduğu yerdən kənarda təşkil edilə və onun fəaliyyətini və ya fəaliyyətinin bir hissəsini həyata keçirə bilər. 7.3. Qeyri-hökumət təşkilatının nümayəndəliyi həmin təşkilatın olduğu yerdən kənarda təşkil edilir, onun maraqlarını təmsil edir və həmin maraqların müdafiəsini həyata keçirir. 7.4. Qeyri-hökumət təşkilatının filialı və nümayəndəliyi hüquqi şəxs deyil, onları yaratmış təşkilatın əmlakından pay alır və onun adından, təsdiq etdiyi Əsasnaməyə əsasən, fəaliyyət göstərir. Filial və nümayəndəliklərin fəaliyyətinə görə onları yaradan qeyri-hökumət təşkilatı məsuliyyət daşıyır. 7.5. Filial və nümayəndəliyin rəhbərləri qeyri-hökumət təşkilatı tərəfindən təyin edilir və qeyri-hökumət təşkilatı tərəfindən verilən səlahiyyət dairəsində fəaliyyət göstərir. Təklif olunan variant Maddə 7. Qeyri-hökumət təşkilatının filial və nümayəndəlikləri 7.1. Qeyri-hökumət təşkilatı müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisində və xaricdə filiallarını yarada, nümayəndəliklərini aça bilər. Qeyri-hökumət təşkilatının filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması tələb edilmir. Təşkilat on gün müddətində müvafiq icra hakimiyyəti orqanına filial və (və ya) nümayəndəliyinin yaradılması haqqında məlumat verməlidir. Filial və nümayəndəlik yalnız dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilər. 7.2. Qeyri-hökumət təşkilatının filialı həmin təşkilatın olduğu yerdən kənarda təşkil edilə və onun fəaliyyətini və ya fəaliyyətinin bir hissəsini həyata keçirə bilər. 7.3. Qeyri-hökumət təşkilatının nümayəndəliyi həmin təşkilatın olduğu yerdən kənarda təşkil edilir, onun maraqlarını təmsil edir və həmin maraqların müdafiəsini həyata keçirir. 7.4. Qeyri-hökumət təşkilatının filialı və nümayəndəliyi hüquqi şəxs deyil, onları yaratmış təşkilatın əmlakından pay alır və onun adından, təsdiq etdiyi Əsasnaməyə əsasən, fəaliyyət göstərir. Filial və nümayəndəliklərin fəaliyyətinə görə onları yaradan qeyri-hökumət təşkilatı məsuliyyət daşıyır. Filial və nümayəndəliyin rəhbərləri qeyri-hökumət təşkilatı tərəfindən Azərbaycan Respublikasının vətəndaşları sırasından təyin edilir və qeyri-hökumət təşkilatı tərəfindən verilən səlahiyyət dairəsində fəaliyyət göstərir. Təsisçiləri xarici vətəndaşlar və ya xarici hüquqi şəxslər olan qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır və onların namizədlikləri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Həmin filial və nümayəndəliklərin dövlət qeydiyyatına alınmasına yalnız onların rəhbərlərinin müavinlərinin namizədlikləri razılaşdırıldıqdan və bu Qanunun 7.6-cı maddəsinin tələbləri nəzərə alındıqdan sonra yol verilir. İctimai birliyin ali idarəetmə orqanı səlahiyyət verdikdə, onun filial və nümayəndəliyi ictimai birliyin üzvlüyünə qəbul edə və üzvlükdən çıxara, ali idarəetmə orqanının yığıncaqlarında öz nümayəndələri vasitəsilə iştirak edə bilər. 7.7. Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının və onların filial və nümayəndəliklərinin dövlət qeydiyyatı bu Qanunun 12.5-ci və 16.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanın rəyi əsasında həyata keçirilir. 9-cu maddə Mövcud variant Maddə 9. Qeyri-hökumət təşkilatlarının təsisçiləri 9.1. Qeyri-hökumət təşkilatlarının təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla), və ya 18 yaşına (gənclərin ictimai birliklərinin təsisçiləri 16 yaşına) çatmış fiziki şəxslər ola bilərlər. 9.2. Qeyri-hökumət təşkilatlarının təsisçiləri bərabər hüquqlara malikdir. Onların qarşılıqlı hüquq və vəzifələrinin həcmi qeyri-hökumət təşkilatının təsis edilməsinə münasibətdə təsis müqaviləsi ilə (müqavilə bağlandıqda), qeyri-hökumət təşkilatının fəaliyyətində iştiraka münasibətində isə qeyri-hökumət təşkilatının nizamnaməsi ilə müəyyən edilir. Təklif olunan variant Maddə 9. Qeyri-hökumət təşkilatlarının təsisçiləri 9.1. Qeyri-hökumət təşkilatlarının təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla), və ya 18 yaşına (gənclərin ictimai birliklərinin təsisçiləri 16 yaşına) çatmış fiziki şəxslər ola bilərlər. 9.2. Qeyri-hökumət təşkilatlarının təsisçiləri bərabər hüquqlara malikdir. Onların qarşılıqlı hüquq və vəzifələrinin həcmi qeyri-hökumət təşkilatının təsis edilməsinə münasibətdə təsis müqaviləsi ilə (müqavilə bağlandıqda), qeyri-hökumət təşkilatının fəaliyyətində iştiraka münasibətində isə qeyri-hökumət təşkilatının nizamnaməsi ilə müəyyən edilir. 9.3. Qanun pozuntularına yol verdiyinə görə müəyyən olunmuş qaydada ləğv edilən qeyri-hökumət təşkilatının təsisçisinə (təsisçilərinə) məhkəmənin qərarı ilə beş ilədək müddətə digər qeyri-hökumət təşkilatının təsis edilməsi qadağan edilə bilər. 9.4. Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qeyri-hökumət təşkilatının təsisçisi ola bilməzlər. 9.5. Milli, irqi və ya dini düşmənçiliyin salınmasına görə məhkum cəlb olunmuş şəxslər qeyri-hökumət təşkilatlarının təsisçisi ola bilməzlər. 10-cu maddə Mövcud variant Maddə 10. İctimai birliklərin üzvləri Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. İctimai birliyin üzvləri bərabər hüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər. İctimai birliyin üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi məsələləri nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir. Təklif olunan variant Maddə 10. İctimai birliklərin üzvləri Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. İctimai birliyin üzvləri bərabər hüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər. İctimai birliyin üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi məsələləri nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir. 10.4. İctimai birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin etməli və həmin reyestrin məlumatlarını on beş gün müddətində müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Üzvlərinin reyestrində edilən dəyişikliklər barədə ictimai birlik on beş gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. 12-ci maddə Mövcud variant Maddə 12. Qeyri-hökumət təşkilatının yaradılması 12.1. Qeyri-hökumət təşkilatı onun təsis edilməsi nəticəsində, habelə mövcud olan qeyri-hökumət təşkilatının yenidən təşkili nəticəsində yaradıla bilər. 12.2. Qeyri-hökumət təşkilatının təsis edilməsi nəticəsində yaradılması təsisçilərin (təsisçinin) qərarı ilə həyata keçirilir. Bu halda təsis yığıncağı çağırılır və təşkilatın nizamnaməsi qəbul olunur. Təklif olunan variant Maddə 12. Qeyri-hökumət təşkilatının yaradılması 12.1. Qeyri-hökumət təşkilatı onun təsis edilməsi nəticəsində, habelə mövcud olan qeyri-hökumət təşkilatının yenidən təşkili nəticəsində yaradıla bilər. 12.1-1 Fond yaradılarkən onun nizamnamə kapitalı əlli min manatdan az olmamalıdır. 12.2. Qeyri-hökumət təşkilatının təsis edilməsi nəticəsində yaradılması təsisçilərin (təsisçinin) qərarı ilə həyata keçirilir. Bu halda təsis yığıncağı çağırılır və təşkilatın nizamnaməsi qəbul olunur. 12.3. Dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi, ictimai təhlükəsizlik və ya ictimai qayda üçün təhlükə törədən, irqi, milli və ya dini ayrı-seçkiliyi təşviq edən, habelə mənəviyyatı təhqir edən qeyri-hökumət təşkilatlarının yaradılmasına yol verilmir. 12.4. Adı əhalini yanılda bilən, habelə dövlət qeydiyyatına alınmış digər qeyri-hökumət təşkilatı ilə eyni ada malik olan qeyri-hökumət təşkilatlarının yaradılmasına yol verilmir. 12.5. Azərbaycan Respublikasında xarici dövlətlər, habelə xarici hüquqi və fiziki şəxslər tərəfindən mütəmadi olaraq maliyyələşdirilən xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin açılmasına yalnız həmin dövlətlərlə müvafiq beynəlxalq müqavilə mövcud olduqda yol verilir. 13-cü maddə Mövcud variant Maddə 13. Qeyri-hökumət təşkilatının nizamnaməsi 13.1. Qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri və idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir. 13.2. Fondun nizamnaməsində həm də fondun «fond» sözü daxil edilmiş adı, onun olduğu yer, fondun məqsədi, onun orqanları, o cümlədən Himayəçilik Şurası və onların formalaşma qaydası, fondun vəzifəli şəxslərinin təyin edilməsi və onların azad edilməsi və fondun ləğv edildiyi halda onun əmlakının müqəddəratı haqqında məlumatlar olmalıdır. Təklif olunan variant Maddə 13. Qeyri-hökumət təşkilatının nizamnaməsi Qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri və idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir. Fondun nizamnaməsində həm də fondun «fond» sözü daxil edilmiş adı, onun olduğu yer, fondun məqsədi, onun orqanları, o cümlədən Himayəçilik Şurası və onların formalaşma qaydası, fondun vəzifəli şəxslərinin təyin edilməsi və onların azad edilməsi və fondun ləğv edildiyi halda onun əmlakının müqəddəratı haqqında məlumatlar olmalıdır. 13.3. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, bu səlahiyyətlərə müdaxilə edilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir. 15-ci maddə Mövcud variant Maddə 15. İctimai birliyin təsis edilməsi haqqında bildiriş 15.1. İctimai birliyin təsis edilməsi haqqında bildiriş onun təsis edilməsi haqqında qərarın qəbul olunduğu andan 30 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına yazılı müraciət vasitəsi ilə həyata keçirilir. İctimai birliyin rəhbəri tərəfindən imzalanmış müraciətə təsis protokolu da əlavə olunmalıdır. 15.2. Müvafiq icra hakimiyyəti orqanı ictimai birliyin təsis edilməsi haqqında bildirişi alan günü bildirişin daxil olmasını təsdiq edən sənədi ictimai birliyin nümayəndəsinə verir və ya poçt vasitəsilə göndərir. Təklif olunan variant Maddə 15. Qeyri-hökumət təşkilatının təsis edilməsi haqqında bildiriş 15.1. Təsisçilər qeyri-hökumət təşkilatının təsis edilməsi haqqında qərarın qəbul olunduğu andan 30 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına yazdığı müraciət vasitəsilə bildiriş təqdim etməlidirlər (göndərməlidirlər). Qeyri-hökumət təşkilatının bütün təsisçiləri tərəfindən imzalanmış müraciətə təsis protokolu da əlavə olunmalıdır. 15.2. Bildirişin vaxtında təqdim edilməməsi dövlət qeydiyyatından imtina üçün əsasdır. Bildirişin forması və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16-cı maddə Mövcud variant Maddə 16. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Qeyri-hökumət təşkilatı yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. Təklif olunan variant Maddə 16. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı Qeyri-hökumət təşkilatı təsis edilməsi barədə bildirişin təqdim edilməsindən (göndərilməsindən) 30 gündən gec olmayaraq hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması üçün dövlət qeydiyyatı orqanına müraciət etməlidir. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Xarici dövlətlər, habelə xarici hüquqi və fiziki şəxslər tərəfindən mütəmadi olaraq maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasında dövlət qeydiyyatı həmin dövlət ilə Azərbaycan Respublikası arasında bağlanmış beynəlxalq müqavilələr əsasında həyata keçirilir. 16.3. Dövlət qeydiyyatına alınmaq üçün müraciət etmiş qeyri-hökumət təşkilatının bu Qanunun 12.3-cü maddəsinə uyğunluğu, habelə onların cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluq və (və ya) terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəsinin yoxlanılması üçün dövlət qeydiyyatı orqanı müvafiq icra hakimiyyəti orqanlarına sorğu göndərir. Müvafiq icra hakimiyyəti orqanları 30 gün müddətində məsələyə dair rəyini dövlət qeydiyyatı orqanına təqdim edir. Rəydə qeyri-hökumət təşkilatının dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi, ictimai təhlükəsizlik və ya ictimai qayda üçün təhlükə törətdiyi, habelə irqi, milli və ya dini ayrı-seçkiliyi təşviq etdiyi və ya cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluq və (və ya) terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəsi olması barədə kifayət qədər əsasların olduğu göstərilərsə, həmin təşkilatın dövlət qeydiyyatından imtina edilir. 16.4. Qeyri-hökumət təşkilatı yalnız hüquqi şəxs kimi dövlət qeydiyyatından keçdikdən sonra fəaliyyətə başlaya bilər. 16.5. Qeyri-hökumət təşkilatının hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmədən fəaliyyət göstərməsi onun adından çıxış edən və ya fəaliyyət göstərən şəxs (şəxslər) üçün inzibati məsuliyyətə səbəb olur. Qeyri-hökumət təşkilatının hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmədən fəaliyyət göstərməsinə görə onun adından çıxış edən və ya fəaliyyət göstərən şəxs (şəxslər) inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin təşkilat fəaliyyətini davam etdirdikdə müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən bu qeyri-hökumət təşkilatının fəaliyyəti məhkəmə tərəfindən qadağan edilə bilər. 17-ci maddə Mövcud variant Maddə 17. Dövlət qeydiyyatına alınmasından imtina 17.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. Təklif olunan variant Maddə 17. Dövlət qeydiyyatına alınmasından imtina 17.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız bu Qanun və «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. 20-ci maddə Mövcud variant Maddə 20. Qeyri-hökumət təşkilatının ləğvi Qeyri-hökumət təşkilatı hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ləğv edilə bilər. Təklif olunan variant Maddə 20. Qeyri-hökumət təşkilatının ləğvi Qeyri-hökumət təşkilatı bu Qanunda və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada ləğv edilə bilər. 22-ci maddə Mövcud variant Maddə 22. Qeyri-hökumət təşkilatının fəaliyyət növləri 22.1. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan və qeyri-hökumət təşkilatının nizamnaməsində nəzərdə tutulan məqsədlərə zidd olmayan ölkə daxilində və xaricdə hər hansı fəaliyyət növünü həyata keçirə bilər. 22.2. Qeyri-hökumət təşkilatı əldə edilmiş gəliri təsisçiləri (üzvləri) arasında bölüşdürməyərək, yalnız təşkilatın yaradılması məqsədlərinə nail olmasına yönəldilmiş sahibkarlıq fəaliyyətini həyata keçirə bilər. Belə fəaliyyət kimi qeyri-hökumət təşkilatının yaranma məqsədlərinə cavab verən, mənfəət gətirən mal və xidmət istehsalı və satışı, habelə qiymətli kağızların, əmlak və qeyri-əmlak hüquqlarının əldə edilməsi, əmanətçi kimi təsərrüfat cəmiyyətlərində, ortaqlıqlarda iştirakı qəbul edilir. 22.3. Qeyri-hökumət təşkilatı sahibkarlıq fəaliyyəti üzrə gəlir və xərclərin uçotunu aparır. Qeyri-hökumət təşkilatının məşğul ola bilən fəaliyyət növləri üçün hər bir məhdudiyyət yalnız qanunla müəyyən olunur. Təklif olunan variant Maddə 22. Qeyri-hökumət təşkilatının fəaliyyət növləri 22.1. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan və qeyri-hökumət təşkilatının nizamnaməsində nəzərdə tutulan məqsədlərə zidd olmayan ölkə daxilində və xaricdə hər hansı fəaliyyət növünü həyata keçirə bilər. Qeyri-hökumət təşkilatı əldə edilmiş gəliri təsisçiləri (üzvləri) arasında bölüşdürməyərək, yalnız təşkilatın yaradılması məqsədlərinə nail olmasına yönəldilmiş sahibkarlıq fəaliyyətini həyata keçirə bilər. Belə fəaliyyət kimi qeyri-hökumət təşkilatının yaranma məqsədlərinə cavab verən, mənfəət gətirən mal və xidmət istehsalı və satışı, habelə qiymətli kağızların, əmlak və qeyri-əmlak hüquqlarının əldə edilməsi, əmanətçi kimi təsərrüfat cəmiyyətlərində, ortaqlıqlarda iştirakı qəbul edilir. Qeyri-hökumət təşkilatı sahibkarlıq fəaliyyəti üzrə gəlir və xərclərin uçotunu aparır. Qeyri-hökumət təşkilatının məşğul ola bilən fəaliyyət növləri üçün hər bir məhdudiyyət yalnız qanunla müəyyən olunur. Qeyri-hökumət təşkilatının istifadəsindəki vəsaitin 50%-dən artıq hissəsi kommersiya fəaliyyəti nəticəsində əldə edilmişdirsə, müvafiq icra hakimiyyəti orqanının yazılı müraciətinə əsasən qeyri-hökumət təşkilatı kommersiya təşkilatına çevrilməlidir. 24-cü maddə Mövcud variant Maddə 24. Qeyri-hökumət təşkilatının əmlakının formalaşdırılma mənbələri 24.0. Qeyri-hökumət təşkilatının əmlakının pul və digər şəkildə formalaşdırılma mənbələri aşağıdakılardır: 24.0.1. təsisçilərin və ya ictimai birliklərin üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları; 24.0.2. könüllü əmlak haqları və ianələri; 24.0.3. malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar; 24.0.4. səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividentlər, gəlirlər; 24.0.5. öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər; 24.0.6. qrantlar; 24.0.7. qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər. Təklif olunan variant Maddə 24. Qeyri-hökumət təşkilatının əmlakının formalaşdırılma mənbələri 24.1. Qeyri-hökumət təşkilatının əmlakının pul və digər şəkildə formalaşdırılma mənbələri aşağıdakılardır: təsisçilərin və ya ictimai birliklərin üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları; könüllü əmlak haqları və könüllü ianələri; 24.1.3. malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar; səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividentlər, gəlirlər; öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər; qrantlar; qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər. 24.2. Qeyri-hökumət təşkilatlarının əmlakının 50%-dən artıq hissəsi xarici mənbələr hesabına formalaşdırıla bilməz. 29-cu maddə Mövcud variant Maddə 29. Qeyri-hökumət təşkilatının fəaliyyətinə nəzarət 29.1. Qeyri-hökumət təşkilatı qanunvericiliyə müvafiq olaraq mühasibat uçotu aparır. Qeyri-hökumət təşkilatının gəlirinin məbləği və strukturu, habelə onun əmlakı, xərcləri, işçilərin say tərkibi, əməyin ödənilməsi haqqında məlumatlar dövlət və ya kommersiya sirri ola bilməz. Fond öz əmlakından istifadə haqqında hesabatları hər il dərc etməyə borcludur. Təklif olunan variant Maddə 29. Qeyri-hökumət təşkilatının fəaliyyətinə nəzarət Qeyri-hökumət təşkilatı qanunvericiliyə müvafiq olaraq mühasibat uçotu aparır. Qeyri-hökumət təşkilatının gəlirinin məbləği və strukturu, habelə onun əmlakı, xərcləri, işçilərin say tərkibi, əməyin ödənilməsi haqqında məlumatlar dövlət və ya kommersiya sirri ola bilməz. 29.3. Fond öz əmlakından istifadə haqqında hesabatları hər il dərc etməyə borcludur. Qeyri-hökumət təşkilatı auditor rəyi ilə birlikdə illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Bu hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qeyri-hökumət təşkilatlarının fəaliyyətində qanunvericiliyə əməl olunmasına nəzarət həyata keçirir. Bu nəzarətin həyata keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 31-ci maddə Mövcud variant Maddə 31. Qeyri-hökumət təşkilatının məsuliyyəti 31.1. Qeyri-hökumət təşkilatı bu Qanunun müddəalarından irəli gələn tələbləri pozduqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyət daşıyır. Bu Qanunun məqsədlərinə zidd olan hərəkətlərə yol verildiyi halda qeyri-hökumət təşkilatına müvafıq icra hakimiyyəti orqanı tərəfindən yazılı surətdə xəbərdarlıq edilə və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verilə bilər. Qeyri-hökumət təşkilatı həmin xəbərdarlıqdan və ya göstərişdən məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Qeyri-hökumət təşkilatına bir il ərzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verildiyi halda qeyri-hökumət təşkilatı məhkəmənin qərarı ilə ləğv edilə bilər. Fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılmasına maneçilik törədən qeyri-hökumət təşkilatının fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada dayandırıla bilər. Təklif olunan variant Maddə 31. Qeyri-hökumət təşkilatının məsuliyyəti Qeyri-hökumət təşkilatı bu Qanunun müddəalarından irəli gələn tələbləri pozduqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyət daşıyır. Bu Qanunun məqsədlərinə zidd olan hərəkətlərə yol verildiyi halda qeyri-hökumət təşkilatına müvafiq icra hakimiyyəti orqanı tərəfindən yazılı surətdə xəbərdarlıq edilə və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verilə bilər. 31.2-1. Hüquqi şəxslərin dövlət reyestri üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya yanlış məlumatların verilməsinə görə qeyri-hökumət təşkilatına xəbərdarlıq edilir. Qeyri-hökumət təşkilatı həmin xəbərdarlıqdan və ya göstərişdən məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Qeyri-hökumət təşkilatına bir il ərzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verildiyi halda qeyri-hökumət təşkilatı məhkəmənin qərarı ilə ləğv edilə bilər. Fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılmasına maneçilik törədən qeyri-hökumət təşkilatının fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada dayandırıla bilər. 31.6. Qeyri-hökumət təşkilatı auditor rəyi ilə birlikdə illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın və auditor rəyinin 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat və auditor rəyi təqdim edilmədikdə müvafiq icra hakimiyyəti orqanı qeyri-hökumət təşkilatının ləğv edilməsi üçün məhkəməyə müraciət edir. |