German Marşal Fondunun dəstəyi ilə
“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İB-nin German Marşal Fondunun dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində ölkədə orta təhsil məktəblərinin buraxiliş imtahanları və ali məktəblərə qəbul imtahanları prosesi zamanı aparılan müşahidələrin nəticələri
Orta təhsil məkrəblərindən buraxılış imtahanları.
Rəsmi informasiyalar görə bu il respublika 92 002 şagirddən 88 815-i, yəni 96,54 faizi buraxılış imtahanlarında iştirak edib.
İmtahanda iştirak edən şagirdlərdən 74 832 nəfəri (84, 26 faiz) müvəffəqiyyət qazanıb. Bu göstərici ötən ilki rəqəmlərlə müqayisədə 10 faizə qədər çoxdur.
Ölkənin 59 kənd rayonunun ümumtəhsil məktəblərinin 11-ci siniflərdə təhsil alan 60 152 şagirddən 57 273-ü (95,21 faiz) imtahanda iştirak edib. Onlardan 45 515 (79,47 faiz) müvəffəqiyyət qazanıb.
Bakı şəhərinin 11 rayonu, Təhsil Nazirliyinə tabe olan və ali məktəblərin nəzdindəki məktəblər üzrə imtahanda 23 222 nəfər 11-ci sinif şagirdindən 23037-i (99,20 faiz) iştirak edib. Bu şagirdlərdən 21 441-i (93,7 faiz) müvəffəqiyyət qazanıb.
Gəncə, Mingəçevir, Naftalan, Şirvan və Sumqayıt şəhərləri üzrə imtahanda isə 8168 şagirdin iştirakı nəzərdə tutulsa da, onlardan 8048-i (98,53 faiz) bu imtahanlara qatılıb. İmtahanda iştirak edən şagirdlərdən 7 420-i(92,20 faiz) uğur qazanıb.
Cari dərs ilində müxtəlif fənn olimpiadalarının və beynəlxalq səviyyəli idman yarışlarının qalibi olan 51 və xəstəliyə görə isə 570 nəfərin buraxılış imtahanlarından azad olunması barədə rəsmi məlumatlar bar idi. Şikayət və iradlar üşçün Apelyasiya komissiyasının iyunun 26-dək Bakıdakı 276 saylı məktəbdə fəaliyyət göstərməsi barədə elan verilmişdi.
Onu da qeyd etmək lazımdır ki, ötən tədris illərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında bir və bir neçə fəndən “qeyri-kafi” qiymət almış şagirdlərdən 8586 nəfəri imtahan vermək üçün müraciət edib və onların 6413 nəfəri (74,69%) orta təhsil kursu üzrə təkrar buraxılış imtahanlarında iştirak edib, onlardan 3852 nəfər (60,07%) müvəffəq, 2173 nəfər (25,31%) isə “qeyri-kafi” qiymət alıb.
Xatırladaq ki, bu il Bakı və Sumqayıt şəhərlərində 11-ci sinif şagirdləri ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən imtahan verib. İmtahanda test suallarının sayı 120 idi. Bu sualların 25-i ana dili və ədəbiyyat (17-si Azərbaycan dili, 8-i ədəbiyyata), 25-i riyaziyyata (17-si riyaziyyat, cəbr, cəbr və analizin başlanğıcına, 8-i isə həndəsə fənninə), 15-i Azərbaycan tarixi və xarici dil fənninin hər birinə, fizika, kimya, biologiya və coğrafiya fənlərinin hər birinə isə 10-u aid idi.
Valideyn-Müəllim Assosiasiyanın üzvlərinin bir qrupu jurnalistlərlə birgə Bakının bir neçə ümumtəhsil məktəbində 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarını müşahidə edib. Müşahidə qruplarında övladları məhz həmin məktəblərdə imtahan verən valideynlər də təmsil olunub
Auditoriyalarda ali məktəblərə qəbul imtahanlarını xatırladan bir məqam diqqəti daha çox çəkirdi. Demək olar ki, imtahan zallarının hamısında şagirdlərdən mobil telefonlar alınaraq yazı taxtasının qarşısındakı masanın üzərinə yığılmışdı. Ali məktəblərə qəbul imtahanlarından fərqli olaraq, imtahanın keçirildiyi binaların qarşısında gözləyən valideynlər çox az idi. Məsələn, Ankara liseyinin qarşında gözləyən valideynlərin sayı təxminən 15-20, 239 saylı məktəbin həyətində dayananların sayı isə bundan da az idi. Valideynlər bunu imtahan üçün lazımi şəraitin yaradıldığı və övladlarının uğur qazanacaqlarına əminliyin göstəricisi kimi dəyərləndirirdilər.
Buarxılış imtahanlarının keçirildiyi müddətdə, bu proseslə bağlı Təhsil Nazirliyinin rəsmilərinin bir açıqlaması diqqəti cəlb etdi. Belə ki, açıqlamaya görə keçirdilən buraxılış imtahanı heç də şagirdin 3 saat ərzində nümayiş etdirdiyi bilik əsasında attestat qiymətini müəyyənləşdirməsi demək deyil, bu imtahanlar şagirdin 11 illik təhsil nəticəsində əldə etdiyi biliyin qiymətləndirilməsi məqsədi daşıyır və buna uyğun şagirdin 11 il ərzində əldə etdiyi digər nailiyyətlər də nəzərə alınır: “X və XI siniflər üçün hər bir fənn üzrə illik qiymətləri, qış aylarında keçirilən yoxlama (sınaq) imtahanlarının qiymətləri və buraxılış imtahanlarının qiymətləri toplanır, müvafiq düstur əsasında hesablanır və yekun qiymət müəyyənləşdirilir”.
Təhsil Nazirliyi iyunun 16-da Bakı və Sumqayıt şəhərlərində 11-ci sinif şagirdləri, iyunun 18-də isə 9-cu sinif şagirdləri üçün mərkəzləşmiş qaydada buraxılış imtahanları keçirib. Bununla da da respublikanın ümumtəhsil ocaqlarında buraxılış imtahanlarına yekun vurulub. Təhsil Nazirliyinin verdiyi məlumata görə, bölgələrdə keçirilmiş imtahanlarda xeyli qanun pozuntusu qeydə alınıb.
Orta məktəblərdə keçirilən mərkəzləşdirilmiş buraxılış imtahanlarının nəticələri iyunun 24 - 25-də açıqlanıb. İmtahan aparılan fənlər üzrə şagirdlərin attestatına yazılacaq yekun qiymətləri barədə məlumatlar 21 iyun 2010-cu il tarixində saat 17.00 radələrində Təhsil Nazirliyinin internet saytının (www.edu.gov.az) imtahan bölməsində yerləşdirilməsi barədə məlumatlar yayılmışdı. Şagirdlər həmin saytda attestat qiymətləri ilə yanaşı, alacaqları attestatların seriya və nömrələrini görə biləcəkləri bildirilirdi.
Əsas təhsil səviyyəsi üzrə (IX sinif) buraxılış imtahanlarının nəticələrinə görə imtahan fənləri üzrə şagirdlərin şəhadətnaməsinə yazılacaq qiymətlər haqqında məlumatlar 23 iyun 2010-cu il tarixində Təhsil Nazirliyinin internet saytında (www.edu.gov.az) yerləşdirilmişdı.
Orta məktəblərdə mərkəzləşdirilmiş test imtahanlarının nəticələri açıqlananda məlum olub ki, ötən illə müqayisədə məzunların 10 faizi attestat almaq üçün lazımi balı yığa bilməyib. Əsasən rayon və kənd məktəblərinin nəticələri suallar yaradıb və onlar bunun səbəblərini araşdıracağı bildirilib.
Təhsil Nazirliyi hələ imtahanlardan öncə bəyan etmişdi ki, "Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar"ın 38-ci bəndinə əsasən şagirdlərin imtahanlara mobil telefon, dərslik və digər vasitələr gətirməsinə icazə verilmir.
Lakin bölgələrdə keçirilmiş imtahanlar zamanı bəzi şagirdlər Təhsil Nazirliyinin tələblərinə əhəmiyyət verməyərək imtahan zallarına mobil telefon və “şparqalkalar” keçirib onlardan istifadə etməyə cəhd göstəriblər. Təhsil Nazirliyindən əldə etdiyimiz məlumata görə, ayrı-ayrı rayonlar üzrə xeyli belə fakt aşkarlanıb və həmin cəhdlərin qarşısı alınaraq onlar barəsində çox ciddi tədbirlər görülüb.
Belə ki, mobil telefonlardan və “şparqalkalar”dan istifadəyə cəhd göstərən şagirdlərin sual və cavab kartları dərhal götürülüb, özləri isə imtahan zallarından xaric olunublar.
Qaydalara görə, mobil telefondan və digər qadağan olunan vasitələrdən istifadə etdikləri üçün imtahandan kənarlaşdırılan şagirdlərin nəticələri "0" (sıfır) qəbul ediləcək.
Məlumat üçün qeyd edək ki, imtahanın nəticələri ilə bağlı ərizə və şikayətlər şagirdin təhsil aldığı şəhər və rayon təhsil şöbələrində qəbul ediləcəyi bildirilib. O cümlədən, Bakı şəhərində təhsil almış şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə şəhərində təhsil almış şagirdlər Gəncə Şəhər Təhsil İdarəsinə, Abşeron rayonunda təhsil almış şagirdlər Abşeron rayon Təhsil Şöbəsinə və s. müraciət etmək üçün şərait yaradılıb. Yerlərdə imtahanla bağlı ərizə və şikayətlərin qəbulu 26 iyun 2010-cu il tarixədək davam edib.
Təhsil Nazirliyinin yetkillilərinin məlimatlarına görə regionlarda orta məktəblərin buraxılış siniflərinin şagirdləri üçün keçirilmiş imtahanların nəticələri göstərir ki, builki nəticələr əvvəlki illərdən təxminən 15 faiz yüksəkdir. Bu məlumatlarda qeyd edilib ki, şagirdlərin əvvəlki illərlə müqayisədə daha yaxşı nəticə göstərə bilməsi imtahanın təşkilində aparılan yeniliklərin bəhrəsidir: “Biz imtahanın məzmununda heç bir dəyişiklik etməmişik. Lakin imtahanın təşkili ilə bağlı bəzi nəzarət tədbirləri var ki, onlar da valideynlərin bu imtahanları müşahidə etməsi üçün yaradılan şəraitlə əlaqədardır. Məsələn, Valideyn-Müəllim Assosiasiyanın üzvlərinin buraxılış imtahanlarına nəzarət etməsi, imtahan mərkəzlərində olması, şagirdlərin necə imtahan verməsini izləmələri və digər valideynlərində bu barədə məlumatlandırılması imtahanın gedişinə çox müsbət təsir edir. Artıq hər valideyn əmin ola bilər ki, onun övladı hamı üçün yaradılan şəraitdən bərabər şəkildə yararlanaraq imtahan verir və biliyinə uyğun qiymət alır”.
2010-cu ilin may ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 958 müraciət daxil olub. Müraciətlərin 845-i telefonla, 113-ü elektron poçt vasitəsilə qəbul edilib. Bütün müraciətlər dinlənilərək qeydə alınıb, aidiyyəti qurumlara göndərilib və müvafiq qaydada araşdırılıb.
Bu ildən orta məktəblərin buraxılış imtahanlarında iştirak edən imtahan nəzarətçiləri Təhsil Nazirliyi tərəfindən xüsusi proqramla təyin edilir TN-nin təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsindən məlumat verilib. Əvvəllər imtahan nəzarətçiləri olan müəllimlərin siyahısını yerli təhsil şöbələri TN-ə təqdim edirdi: “Amma sonrakı analizlər göstərir ki, bunların bəziləri ixtisas müəllimləri olub. İndi isə artıq ümumtəhsil müəssisələrin məlumat bazasında proqram təminatı ilə nəzarətçilər müəyyən edilib”.
Proqram seçim zamanı imtahan nəzarətçiləri ixtisas müəllimləri olmur. Nəzarətçilər ibtidai sinif, fiziki tərbiyə və qeyri-ixtisas fənləri üzrə olan müəllimlər ola bilərlər.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, may ayında anonim və sorğu xarakterli müraciətlər çoxluq təşkil edib. “Qaynar xətt” xidmətinə daxil olmuş sorğular ümumtəhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşdirilmiş qaydada keçirilən imtahanların təşkili, bununla əlaqədar sorğu, rəy və təkliflər, müəllimlərin işə qəbulu, Respublika fənn olimpiadalarının, beynəlxalq olimpiadaların təşkili, keçirilməsi və nəticələri, xaricdə təhsil, xarici ölkələrin təhsil müəssisələrindən verilmiş təhsil sənədlərinin tanınması, xaricdə təhsil alan tələbələrin ölkəmizin təhsil müəssisələrinə köçürülməsi qaydaları ilə əlaqədardır. Həmin müraciətlər ümumi sorğuların 80 faizindən çoxunu təşkil edir. Digər sorğular isə ümumtəhsil məktəbi şagirdlərinin məktəbli geyimi ilə təmin olunması, müəllimlərin əmək haqqının hesablanması qaydaları, təhsil sənədlərinin alınması və s. məsələlərlə bağlı olub.
Məktəbəqədər, ümumtəhsil, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərdən bəhs edən müraciətlər əsasında araşdırmalar aparılıb, onların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri ilə bağlı müraciətlərin böyük əksəriyyəti Bakı şəhərindən olub. Bu sahə üzrə Bakıdan 83, Lənkərandan 6, Sumqayıtdan 5, Abşerondan 4, Gəncə, Mingəçevir şəhərləri və Xaçmaz rayonunun hər birindən 3, Şirvandan isə 1 müraciət daxil olub. Eyni zamanda Ağdaş, Şamaxı, Cəlilabad, Kəlbəcər, Qazax rayonları üzrə müraciətlər qeydə alınıb. Müraciətlərdə ümumtəhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsində çatışmazlıqlar, məktəb direktorlarının idarəetmədə yol verdikləri nöqsanlar və digər məsələlər öz əksini tapıb.
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər ciddi şəkildə araşdırılaraq müvafiq tədbirlər həyata keçirilib. Belə ki, Gəncə 1 saylı Peşə Liseyindən daxil olan müraciət əsasında aparılmış araşdırma nəticəsində işdə yol verdiyi ciddi nöqsanlara görə liseyin direktoru R.Orucovla bağlanmış əmək müqaviləsinə xitam verilib. Xaçmaz rayon Muxtadır qəsəbə məktəbinin direktoru N.Mədətxanov isə tutduğu vəzifəsindən azad edilib.
Bakı şəhərinin 18, 45, 113, 143, 179, 267 saylı məktəblərində yaranmış vəziyyətlə bağlı müraciətlər də araşdırılıb və müvafiq olaraq pedaqoji prosesdə, əmək intizamının yerinə yetirilməsində yol verdikləri nöqsanlara görə 18 saylı məktəbin müəllimi M.Abdullayevaya, 45 saylı məktəbin laborantı P.Abdullayevaya şiddətli töhmət verilib, 113 saylı məktəbin rəhbərliyinə ciddi irad tutulub. Eyni zamanda 143 saylı məktəbin 6-cı sinif rəhbərlərinə töhmət elan olunub və 179 saylı məktəbdə 5d sinif rəhbərinə xəbərdarlıq edilib.
“Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında 146 saylı məktəbin direktoruna işdə yol verdiyi nöqsanlara görə töhmət verilib, təlim-tərbiyə işləri üzrə direktor müavini isə ciddi nöqsanlara görə işdən azad edilib.
Əlavə olaraq qeyd etmək lazımdır ki, müxtəlif informasiya vasitələrində dərc olunan, bir sıra ekspertlərin münasibətlərində, həmçinin təşkilatımızın apardığı müşahidələr görə məktəbələrdə buraxılış imtahanları, attestatların verilməsi, imtahanlarda suallarla və s. bağlı bir sıra narazılıqlar və nöqsanlar olub, belə ki, təkcə Gəncə şəhərində rəsmi məlumatlar görə əvvəlki illərlə müqayisədə 9-cu sinifdən sənədlərini kollec və peşə məktəblərinə verənlərin sayı artıb. Səbəbi peşə təhsilinə marağın artması ilə bağlıdır. O ki qaldı imtahanlarda sualların çətinliyinə, İsmayıl İsmayılov deyir ki, ötən tədris ilində 450 şagird imtahandan keçməyib, yəni attestat almayıb. Gəncənin 22 saylı məktəbindən daxil olan məlumatlar görə məktəbin 9-cu sinfini bitirən şagirdlərin bir çoxu bu il oxuduğu məktəbdən çıxıb sənədlərini texniki kollecə verəcəklər. Gəncənin 2, 9 və 21 saylı təhsil ocaqlarında söhbətləşdiyim şagirdlər də kütləvi olaraq məktəblərini tərk etmələrinin müxtəlif səbəblərlə izah edirlər. Onların bəziləri imtahanların çətinliyini, bəziləri məktəbdə pul yığılmasını (məsələn, şəhadətnaməyə ) və bundan bezdiklərini əsas gətiriblər.
Həqiqətəndə bəzi tanınmış ekspertlər imtahan sualları tərtib olunanda məktəblilərin yaş həddi və psixoloji durumları nəzərə alınmamasını, həddən artıq qəliz və çaşdırıcı suallar yazıldığını qeyd edirlər.
Ekspertlərin fikrincə bir çox valideynlər uşaqlarını rüşvətin olmadığı, savadlı müəllimlərin çalışdığı özəl məktəblərə, kolleclərə yönəldirlər. Məktəb elə bil bazara çevrilib. Hər il bir qiymət qoyurlar. Söz-söhbətlərə görə keçən il 50 manat alırdılarsa, artıq bu il də 80 manat istəyiblər. İmtahandan kəsilən uşaqlardan lap çox alıblar.
Məsələn, Gəncənin orta məktəblərində şagirdlər attestatın müxtəlif qiymətlərə «satıldığını» deyirdilər, orta təhsil haqqında attestatı almaq üçün onlardan böyük məbləğdə pul tələb edildiyi barədə hətta mətbuatda yazılar dərc edilmişdi.
Attestatlara görə orta məktəblərdə böyük məbləğdə pul tələb olunması barədə ir sıra rəsmi və qeyri rəsmi ttəkilatlara müraciətlər daxil olurdu. Ötən il Goranboy rayon Təhsil Şöbəsinin direktorunun rüşvət tələb etdiyinə görə həbs edilməsinin məktəblərdəki vəziyyəti təsvir edən ən bariz nümunədir.
Bizim təşkilata da siqnallar daxil olmuşdu. Hətta bu məsələ kütləvi xarakter daşıdığı və qarşısı alınmadığı, mərkəzləşmiş şəkildə təşkil olunduğu barədə KİV-də fikirlər də səslənmişdi.
Ən pisi də odur ki, son vaxtların təcrübəsi sübut edir ki, valideynlər hüquq-mühafizə orqanlarına şikayət etsələr belə nəticə olmur. Odur ki, valideynlər tələb olunan pulu verməyə məcbur qalırlar.
Məktəblərdə rüşvət halları məsələsinə münasibət bildirən Təhsil Nazirliyinin rəsmiləri, bəzi valideynlərin özlərinə sərf etməyən şeylərə korrupsiya donu geyindirklərini demişlər. Və Nazirliyin «qaynar xətt»inə gələn müraciətlərin araşdırıldığını, belə halların çox vaxt böhtan xarakterli müraciətlər olduğunu bildiriblər.
Ümumiyyətlə buraxılış imtahalarının keçirilməsi, onun nəticələri və attestatların verilməsi prosesinə, ölkədə tənqidi yanaşanlar kifayət qədərdir.
Belə ki, əslində ən mütərəqqi yol məktəblərdə şagirdlərin biliklərinin düzgün qiymətləndirilməsinə nail olmaq idi. Dünyanın aparıcı ölkələrinin əksəriyyətində belə qiymətləndirmə əsasında tələbə yerdəyişmələri aparılır. Hesab edilir ki, bu bizdə alınmadı. Və gələcəkdə bunun tətbiqi çox çətin olacaq. Çünki hər şeyi yenidən başlamaq lazım gələcək.
Ötən il attestat alıb qəbul imtahanlarında iştirak edən abituriyentlərin 64 faizi qəbul imtahanlarında 0-200 bal toplayıb. Bu buraxılış imtahanlarının formal xarakter daşımasına və tamamilə başqa məqsədlərə xidmət etməsi barədə sübhələr yaradır. Bu həm də onu göstərir ki, iki qurumun – Təhsil Nazirliyinin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlar bir-birindən kəskin şəkildə fərqlənir.
Onu da qeyd etmək lazımdır ki, bu il təbii fəlakətlə əlaqədar olaraq ölkə üzrə bir neçə rayonda buraxılış imtahanlarının keçirilməməsi barədə Təhsil Nazirliyi qərar qəbul etdi. Lakin bu qərar birmənalı qarşılanmadı. Bəzu ekspertlər bu vəziyyətə kəskin reaksiya verərək, ədalətsiz qərar etmişlər. Onların hesab edirdi ki, ölkə üzrə bir neçə rayonda buraxılış imtahanları keçirilmirsə, bu bütün rayonlara şamil edilməlidir. Dünyanın heç bir yerində belə əcaib imtahan sisteminə rast gəlmək mümkün deyil. Şagirdlərin psixoloji durumu çox acınacaqlıdır və bu durum şagirdin hansı rayonda yaşamasından asılı deyil. Tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsi təmin olunmadığı, uşaqların kütləvi şəkildə məktəbdən yayındığı bir vaxtda buraxılış imtahanlarının keçirilməsi heç bir əhəmiyyət daşımır. Əgər məqsəd şagirdlərin minimal biliyini qiymətləndirməkdirsə, bu ona da xidmət etmir. Indiki vəziyyətdə uşaqların hamısına maneəsiz attestat vermək lazımdır. Acınacaqlı nəticələrə görə tək şagirdlər məsuliyyət daşımamalıdır, burada Təhsil nazirliyi və orta məktəblər də məsuliyyət daşımalıdır. Amma ötən illərin təcrübəsi göstərdi ki, zərbə yalnız şagirdlərə dəyir.
Ali təhsil müəssisələrinə, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları.
İyulun 4-ü ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib. İmtahan Bakı, Naxçıvan və Sumqayıt şəhərlərində aparılır. İmtahanın keçirilməsi üçün Bakı şəhərində 48, Sumqayıt şəhərində 6, Naxçıvan şəhərində 3 bina ayrılıb.
Bakı, Sumqayıt və Naxçıvan şəhərlərinin orta ümumtəhsil məktəblərindən 2289 nəzarətçi-müəllimin iştirak etdiyi imtahana 235 imtahan rəhbəri cəlb olunub.
2010-cu ildə III qrup üzrə 33316 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 30187 nəfəri Azərbaycan bölməsinin, 3129 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 9227 nəfərini oğlanlar, 24089 nəfərini isə qızlar təşkil edir. 16876 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunu idi.
15732 orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlar olub.
Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 162 abituriyent xarici ölkələrin vətəndaşı idi. 231 abituriyent ali təhsilli olub və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusunda idı. 1630 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunu idi. Ən yaşlı abituriyent 1939 -cu ildən, ən gənc isə 1995-ci ildən idi.
III ixtisas qrupu üzrə qəbul imtahanı başa çatdıqdan dərhal sonra cavab kartlarının emalına başlanıb və test imtahanının nəticələri qısa müddətdə TQDK-nın internet saytında yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla «İmtahancell» xidməti vasitəsilə öyrənmək mümkün olub.
Qrup üzrə qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 8-dən 14-dək qabiliyyət imtahanı veriblər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərdi.
Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılıb. III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılıb.
TQDK –dən verilən məlumatlara görə, iyulun 4-də keçirilən imtahanda iştirak üçün 33 316 abituriyent qeydiyyatdan keçsə də, 1514 abituriyent imtahana gəlməyib, 30 abituriyent imtahan qaydalarını pozduğuna görə imtahandan xaric edilib. Əksəriyyəti köçürməyə cəhd edən həmin abituriyentlərin imtahan nəticələri ləğv edilib.
2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə iyulun 4-də keçirilən qəbul imtahanının nəticələri iyulun 6-da saat 19:20-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib.
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olardı. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayət idi. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilərdi.
Qeyd edək ki, III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 33316 abituriyent sənəd verib. Onlardan 31764 nəfəri imtahan verib, 1552 abituriyent isə imtahanda iştirak etməyib. Test imtahanının nəticəsinə əsasən 8435 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.
III ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub. İxtisas seçimi iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılıb. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.
Qeyd edək ki, III ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərdi. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayıb. III ixtisas qrupu üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən az olmayan abituriyentlər iştirak edə bilib (Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 400-dən az olmayan abituriyentlərin iştirakı nəzərdə tutulsa da, bu bal da azaldılaraq 350-yə endirilib) . Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 25-dən avqustun 2-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməli idirlər.
Bu il III ixtisas qrupu üzrə 700 bal toplayan abituriyent olmayıb. Ən yüksək nəticə göstərən abituriyent 690 bal toplayıb. İmtahanda 1767 nəfər 200-250 bal intervalında nəticə göstərib.
TQDK məlimatına görə, bu il III qrup üzrə imtahanın nəticələri ötənilkindən bir az zəifdir.
III ixtisas qrupu üzrə imtahanda qaydaları pozan 7 abituriyentin nəticəsi ləğv edilib. İmtahan qaydaları əsasən, bir-birindən köçürmə və imtahana zalına telefonla girməyə cəhdlə pozulub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib. O qeyd edib ki, III ixtisas qrupda imtahana telefonla keçmək istəyənlər arasında qızlar daha çox olub. Hətta qız abituriyentlərdən bir neçəsi telefonu imtahan zalına keçirməyə nail olub. Bu fakt isə həmin abituriyentlər telefondan istifadəyə cəhd edərkən ortaya çıxıb. Nəticədə həmin abituriyentlər imtahan zalından çıxarılıb və onların nəticələri ləğv olunub.
İmtahandan 67 uşaq xaric olunub. Onlar qayda pozuntularına yol veriblər. 31 nəfər 200 baldan yuxarı nəticə göstərən abituriyentin işi xüsusi araşdırma nəticəsində ləğv edilib. Yenə də köçürmə hallarına yol verənlər olub, onlar imtahan vərəqələrini bir-birlərinə veriblər. Buna yol verən şəxslər dərhal imtahan zalından çıxarılıb. Binalarda telefon işləyən kimi bəlli olur və o telefondan istifadə edən tapılıb.
III qrupa keçirilən imtahanlar göstərir ki, bəzi abituriyentlər hələ də bir-birlərinə kömək etməklə yaxşı nəticə göstərəcəklərinə və bu yolla ali məktəbə qəbul olacaqlarına inanırlar: İmtahandan bir-birindən köçürənlər əsasən 50-100 və 100-150 bal arasında nəticə göstərən abituriyentlərdir. Onlar hazırlıqlı deyil və bir-birilərinin səhvlərini köçürürlər
İyulun 4-də keçirilən imtahanda qaydaları pozan bir neçə nəzarətçi də cəzalandırılıb və həmin nəzarətçilər bundan sonrakı imtahanlardan uzaqlaşdırılıb.
Bu il III ixtisas qrupda imtahan verənlərin orta balı 200 bala çatmayıb. Bu isə o deməkdir ki, imtahanda iştirak edənlərin 50 faizi 200 baldan aşağı nəticə göstərib: Həmin abituriyentlərin təxminən yarısı orta məktəblərin builki məzunları olub. III ixtisas qrupunda imtahan verən builki məzunların sayı 14 min 779 nəfər olub. Onlardan 50 faizə qədəri 182,5 bala qədər nəticə göstərib.
III qrupda imtahan vermiş abituriyentlərin 8435 nəfəri ixtisas seçiminə buraxılıb. Bu qrupda təqdim olunan yerlərin sayı isə 8906 idi. Bu o deməkdir ki, 8435 abituriyentin hamısı ixtisas seçimində səhv etməsə idi, onların hamısının ali məktəbə qəbul olunacağı əvvəlcədən məlum idi.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 11-də respublika ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, saat 06:00-dan etibarən imtahan rəhbərləri mühafizə xidməti əməkdaşlarının müşayiəti ilə müvafiq sənədlərlə imtahan binalarına yola salınıblar. İlk olaraq Naxçıvan və Gəncə şəhərlərində keçirilən imtahan prosesini idarə etmək üçün cəlb olunmuş TQDK nümayəndələri, imtahan rəhbərləri və nəzarətçilər yola salınıb.
İmtahan Bakı şəhərində 44, Gəncədə 7, Sumqayıtda 8, Naxçıvanda 2 binada keçirilib. İmtahanın idarə olunmasında 258 imtahan rəhbəri və 2413 nəzarətçi-müəllim iştirak edib.
İmtahan zamanı təhlükəsizliyi təmin etmək məqsədilə Xüsusi Dövlət Mühafizə Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən imtahan binalarının mühafizəsi təşkil olunub.
İmtahanın gedişini 20 Kütləvi İnformasiya Vasitəsinin 35-dək nümayəndəsi izləyib.
Cari tədris ilində I ixtisas qrupu üzrə 35769 abituriyent ərizə təqdim edib.
İmtahan Respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərində aparılıb.
Bu il I ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlərin 391 nəfəri orta ixtisas təhsili müəssisələrinin məzunları, 340 abituriyent isə ali təhsilli idi.
Bu ixtisas qrupu üzrə ən gənc abituriyent isə 14 yaşındadır, 1996-cı ildə anadan olub, ən yaşlı abituriyentin 56 yaşı var idi.
İyulun 17-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərin IV ixtisas qrupuna qəbul imtahanları keçirib.
Bu qrup üzrə 15 min 348 nəfər ərizə təqdim etmişdi. Onların 14 min 173 nəfəri Azərbaycan, 1175 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 7118-i oğlan, 8230 nəfəri qız idı. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyənlərin 86 nəfəri xarici ölkə vətəndaşı idı. Ən yaşlı abituriyent 1950-ci il, ən gənci isə 1995-ci il təvəllüdlü idi. Bakı şəhərində 14 min 199, Naxçıvanda 1149 abituriyent imtahan verib.
İmtahanlar Bakı şəhərində 27, Naxçıvanda 3 binada təşkil olunub, 1034 nəzarətçi müəllimin iştirak etdiyi imtahanlara 107 imtahan rəhbəri cəlb edilib.
İmtahanın gedişini 23 KİV-in 40-dək nümayəndəsi izləyib.
İmtahandan dərhal sonra test tapşırıqlarının ekspertizası aparılıb. Saat 19:20-dan «Space» telekanalının canlı efirində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları barədə məlumat verərək və test tapşırıqları ilə bağlı geniş izahat veriblər. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdirilib. İyulun 18-dən etibarən cavab kartlarının emalına başlanılıb və imtahanın nəticələri elan olunub.
Qəbul imtahanlarının nəticələri iyulun 19-da saat 17:15-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib.
Əvvəlki imtahalrda olduğu kimi, bu imtahanın nəticələri barədə məlumatı da həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olardı. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayət idi.
Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini http://www.tqdk.gov.az/ internet saytından çap edib götürə bilərdi.
Ali və orta ixtisas məktəblərinə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 574 nəfər abituriyent iştirak etməyib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən bildirilib ki, imtahanda iştirak üçün 15 348 nəfər ərizə təqdim etsə də, onlardan yalnız 14 774 nəfəri imtahanda iştirak edib.
Test imtahanının nəticəsinə əsasən 3845 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanmışdı. Onlardan 3 nəfəri maksimal nəticə - 700 bal toplamışdı.
IV ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunmuşdu.
İxtisas seçimi iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılıb.
IV ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərldi:
ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər.
Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmurdu.
Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarına fənnlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilməyib.
IV ixtisas qrupu üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən az olmayan abituriyentlər iştirak ediblər.
İnformasiya vasitələrinin yaydığı məlumatlara görə Ağstafa-Bakı sürət qatarı və Böyükkəsik-Bakı sərnişin qatarlarının Bakıya gecikmə ilə çatması bir qrup abituriyentin IV ixtisas qrupuna qəbul imtahanlarında iştirakında problem yaradıb. Gəncə şəhərinə saat 24:00 radələrində çatmalı olan qatarlar 3 saat gecikiblər. Ağstafa qatarındakı sərnişinlərin əksəriyyəti abituriyentlər olub. Həmin gün ali məktəblərə IV qrup üzrə keçirilən qəbul imtahanında iştirak etməli olan abituriyentlərin buraxılış vərəqəsində isə onların imtahana saat 09:30-da buraxılacağı qeyd olunmuşdu. Lakin qatarların ləngiməsi nəticəsində abituriyentlər imtahan verməli olduqları ünvanlara vaxtında çata bilməyiblər. Bu vəziyyətin yaranmasına səbəb Ağstafa rayonunda yağan güclü yağış səbəb olub. Yağan güclü yağışlar nəticəsində “Azərenerji” ASC-nin yüksək gərginlikli elektrik xətti qırılaraq dəmir yolu xəttinin üstünə düşüb. Nəticədə qatarların hərəkətində ciddi problem yaranıb. Problemin aradan qaldırılması üçün xeyli vaxt sərf olunub və nəticədə qatarlar ləngiyib. Və Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin açıqlamasında qatarda olan və imtahan gecikən abituriyentlər imtahana buraxılmayacağı bildirilmişdi. Aşıqlamada bildirilirdi ki, gecikmə səbəbindən asılı olmayaraq abituriyentlər 11:30-a kimi imtahan girmə hüququna malikdirlər: “11:00-da imtahanlar başlayıb və gecikmə səbəbindən asılı olmayaraq artıq heç bir abituriyent imtahan buraxılmayacaq”.
Daha sonra isə TQDK rəsmisiləri bildiriblər ki, qatarın gecikməsi ilə əlaqədar Qazax, Ağstafa rayonlarından gələn abituriyentlərin imtahana gecikməsi ilə bağlı quruma heç bir şikayət daxil olmayıb.
İyunun 23-də 2010/2011-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanları keçirilib.
Qəbul imtahanları Bakı şəhərində 46, Naxçıvan şəhərində 2 binada aparılır. Bu il II qrup üzrə 28072 abituriyent ərizə təqdim edib. Bakı şəhərində 26814, Naxçıvan şəhərində 1258 abituriyent imtahan verib.
2010/2011-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə iyulun 23-də keçirilmiş qəbul imtahanının nəticələri iyulun 25-də saat 15:30-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib.
Yenə də imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək mümkün olub və hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini http://www.tqdk.gov.az/ internet saytından çap edib götürə bilərdi.
TQDK-nın mətbuat xidmətinin məlumatına görə, II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 28072 abituriyent ərizəsini təsdiq etdirmişdi. Onlardan 27395 nəfəri imtahanda iştirak edib.
II ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş, yəni ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak ediblər.
II ixtisas qrupu üzrə ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayıb.
II ixtisas qrupu üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 400-dən az olmayan abituriyentlər iştirak ediblər.
İmtahanının nəticəsinə əsasən 9069 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. Abituriyentlərdən iki nəfəri maksimal nəticə - 700 bal toplayıb. 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı 518 nəfər idi.
Müsabiqə şərtlərini ödəyərək ixtisas seçiminə buraxılan 9069 abituriyentdən 7680 nəfəri Azərbaycan bölməsinin, 1389 nəfəri isə rus bölməsinin məzunu idi.
II ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunmuşdu.
Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunmuşdu.
II ixtisas qrupu üzrə plan yerlərinin ümumi sayı 7348 idi. Onlardan 2050-si dövlət sifarişi ilə qəbul aparılan yerlər idi. Azərbaycan bölməsi üzrə yerlərin sayı 5041, rus bölməsi üzrə 1200, birgə müsabiqə aparılan yerlərin sayı isə 1107 idi.
Ali məktəblərə imtahansız qəbul olunmaq üçün bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) 50-dən çox dünya və Avropa çempionu, musiqi müsabiqələri üzrə 3, rəsm üzrə isə 1 nəfər qalib müraciət etmişdi.
Sənədləri müsbət qəbul edilənlərin ali məktəblərin müsabiqədənkənar dövlət sifarişli plan yerlərinə yerləşdiriləcəyi bildirilirdi.
Ali məktəblərə imtahansız qəbul olmaq üçün indiyədək heç bir dünya fənn olimpiadası qalibi müraciət etməyib.
Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının ilk dəfə testlə keçirildiyi 1992-ci ildən indiyədək olan müddətdə ilk dəfə olaraq, bu il 7 nəfər abituriyent 700 bal toplayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən bildirilmişdi ki, 700 bal toplayanların ikisi I, ikisi II, üçü IV ixtisas qrup üzrə sənəd verənlərdir. Bu il III ixtisas qrupu üzrə maksimal nəticə göstərən olmayıb.
Bu il ali məktəblərə qəbul imtahanlarında 1414 abituriyent 600-dan çox bal toplayıb, keçən il bu nəticəni cəmi 996 nəfər göstərə bilmişdi.
TQDK-nin rəsmi açıqlamarına görə abituriyentlərin ixtisas seçimində ən böyük müsabiqə II qrupda, sonra isə IV qrupda olub. II ixtisa qrupunda 518 nəfər 600-dan çox, 1801 nəfər isə 500-dən çox bal toplayıb.Bu isə təxminən keçən ilki göstərici ilə eynidir. IV qrupda isə 1263 nəfər 500-dən çox bal toplayıb. I və III ixtisas qrupları üzrə 500-dən çox bal toplayanların sayında azalma müşahidə olunub. Belə ki, bu il I qrupda 932 nəfər, IV qrupda isə 1283 nəfər 500-dən çox bal toplayıb.
2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə ixtisas seçimi aparıblar 30 iyul saat 10:00-dək həmin abituriyentlərdən 23129 nəfəri ixtisas seçimi ərizəsini təsdiq etmişdi.
2010-2011-ci tədris ili üzrə ali məktəblərə yerləşdirmə üçün ixtisas seçiminə sənəd qəbulunun vaxtı bir gün uzadıldı. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bildirilmişdi ki, ixtisas seçimi sənəd qəbulunun vaxtının avqustun 2-si saat 24.00-dək davam etməsi nəzərdə tutulmuşdu. Amma həmin vaxtadək təxminən 700 abituriyentin hələ də ərizəsini təsdiqlətməməsi səbəbindən TQDK sənəd qəbulunun vaxtının avqustun 3-ü saat 14.00-dək uzadılmasına qərar verdi.
Və növbəti gün 2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəmiş abituriyentlərin ixtisas seçimi avqusutun 3-də 14.00-da başa catmas