bakı xeber
http://www.baki-xeber.com/neü/2009/04/25/read=26512
Xatırladaq ki, Azərbaycanda siyahıyaalma hər 10 ildən bir keçirilir. Bu il aprelin 1-nə isə ölkə əhalisinin sayı 8,753 mln. nəfər təşkil edib.
Amma siyahıyaalma işinin keyfiyyətsiz yerinə yetirilməsilə bağlı KİV-ə çoxsaylı məlumatlar daxil olmaqdadır. Apardığımız jurnalist araşdırmaları və oxuculardan aldığımız məlumatlar xeyli sayda vətəndaşın siyahıyalma prosesindən kənarda qaldığından xəbər verir. Əldə olunan məlumatlara görə, statistikadan kənarda qalanlar, əsasən siyahıyaalma zamanı evdə olmayanlar, qeydiyyatsız və kirayədə yaşayanlardır. Redaksiyamızla əlaqə saxlayan kifayət qədər vətəndaş göstərə bilərik ki, bu məqsədlə DSK-dan onlara ümumiyyətlə müraciət olunmadığını bildirirlər. Belə hallarda isə əhali statistikasının daha çox Mənzil İstismar Sahələrindən alınmış yaşayış qeydiyyatında olanların siyahısından götürüldüyü bildirilir. Bəzən isə vətəndaşların özlərinin DSK tərəfindən göndərilən şəxslərə qapını açmaq istəməməsi onların siyahıdan kənarda qalmasına səbəb olur. Bu isə nəinki əhalinin sayının, həmçinin sosial tərkibinin düzgün müəyyənləşdirilməsinin qarşısını ala bilər. Məsələn, hazırkı siyahıyaalma zamanı anketlərdə işləyən və işləməyən vətəndaşlarla bağlı xususi sual daxil edilmişdi. Hesablamalar başa çatandan sonra ölkədəki işsizlərin də dəqiq sayı müəyyənləşməli idi. Amma belə görünür ki, yenə də işsizlərin say məsələsi mübahisəli olaraq qalacaq. Eləcə də ali və orta təhsillilərin ümumi sayı konkret deyil, nisbi olacaq.
DSK-dan isə narahatlığa son qoyulacağını vəd edirlər. Bu məqsədlə Dövlət Statistika Komitəsi dünəndən nəzarət yoxlamalarına başlayıb. Komitədən verilən məlumata görə, nəzarət yoxlamaları aprelin 26-na kimi davam edəcək. Bu yoxlamalar müxtəlif səbəblərdən prosesdən kənarda qalanların siyahıya salınmasını təmin edəcək.
Ancaq ekspert rəyi son siyahıyaalmada nöqsanların olduğunu və əhalinini dəqiq sayını müəyyənləşdirməyin mümkün olmayacağını göstərir. "Azad SƏS" Seçicilərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Əhməd Abbasbəylinin fikrincə, əsas qüsurlar siyahıyaalma ilə məşğul olan şəxslərin təcrübəsizliyi və bu məsələdə metodlardan düzgün istifadə olunmamasındadır: "Təəssüf, bu sahədə çoxlu nöqsanlar olub ki, bu da həmin işlə məşğul olan insanların məsuliyyətsizliyi və təcrübəsizliyindən irəli gəlir. Mən bir sosioloq kimi maraqlanmışam və öyrənmişəm ki, bir çox vətəndaşların evlərinə gəlməyiblər və ya lazım olan məlumatı haradansa götürüblər. Hesab edirəm ki, ilk növbədə, anketçilərin özlərini təlimatlandırmaq lazım idi. Məndə olan məlumata görə, onların bir çoxu tələbə, işsiz və əməkhaqqına ehtiyacı olan adamlardır. Amma düşünürəm ki, öncə bu işin öyrədilməsinə ehtiyac var idi. Həmin adamlara təlimlər keçilməliydi, insanlara müraciət forması, sualların verilməsi, anketin doldurulması qaydası, cavablar öyrənilərkən təzyiqlər, yönləndirmə kimi halların baş verməməsi xüsusi təlimlər vasitəsilə öyrədilir. Anketçilərin biliklərinin artırılması mövcud problemi minimum səviyyəyə endirə bilərdi. Əhalinin siyahıyaalınması işinə xeyli miqdarda vəsait ayrılıb. Həmin xərclər çərçivəsində təlimlərin keçirilməsini nəzərə almaq və bu işi daha peşəkar səviyyədə həyata keçirmək olardı".
Sosioloq hesab edir ki, Azərbaycanda siyahıyaalma və digər sorğu proseslərində müasir texnologiyalardan istifadə olunmalıdır. Belə olarsa, dəqiq statistikadan kənarda qalan olmaz: "İnkişaf etmiş dünya ölkələrində telefonla sorğu aparılması üsulu tətbiq olunur. Amma Azərbaycanda bu yoxdur. Bizdə kiminsə evinə zəng edib soruşsan, şübhələnəcək və cavab verməkdən yayınacaq. Lakin bir çox dövlətlər siyasi məsələlərdən tutmuş, adi sosial problemlərə qədər əhalinin rəyini öyrənmək üçün sualları telefon vasitəsilə verir. Bu metodu Azərbaycanda da tətbiq etməyin vaxtı çatıb. Yaxud, elə olur ki, ev yiyəsi qapını açmağa ehtiyat edir. Mənzildə tək olan qadın, anketçi kişidirsə, ona qapını açmaq istəmir. Ona görə də yaxşı olardı ki, siyahıyaalma ilə məşğul olanlar evlərə qrup şəklində getsin. Bir kişi və ya bir qadın olsa, gender bərabərliyini təmin etməklə sorğu prosesinə etimad yaratmaq olar. İstənilən suala doğru cavab almaq olar. Sadəcə, bu, insanlarla danışmaq qabiliyyətindən və suala düzgün cavab almaq üçün peşəkarlıqdan asılıdır. Eyni zamanda, əhalinin özünün də geniş miqyasda maarifləndirilməsinə ehtiyac var idi. Televiziya vasitəsilə əvvəlcədən vətəndaşları məlumatlandırmaq, onlara izah etmək lazımdır ki, gələn anketçilərə qapı açsınlar, anketdə qoyulan suallara sərbəst cavab versinlər. Qanunvericiliyə görə, sosial reklamlar pulsuz olduğu üçün bu mümkün idi".
Ə.Abbasbəyli bildirdi ki, hazırda Azərbaycan əhalisinin dəqiq sayı barədə müxtəlif məlumatlar var. Dövlət tərəfindən bunun dəqiqləşdirilməsi isə çətin deyil. Ölkə əhalisinin tam dəqiq sayı, onun sosial tərkibini əks etdirən vahid informasiya mərkəzi olmalıdır. Ə.Abbasbəyli onu da vurğuladı ki, əhalinin say tərkibilə bağlı mübahisələr seçkilər zamanı da siyasi qüvvələr arasında inamsızlığın yaranmasına yol açır: "Məncə, bu siyahıyalmanın nəticələri yenə də qüsurlu olacaq. Burada həm dövlət komitəsinin, həm də vətəndaşların özlərinin suçu var. Etiraf etmək lazımdır ki, anketlər peşəkar formada hazırlanıb və sualların qoyuluşu yaxşı tərtib olunmuşdu".
Əhalini sayanların özlərinin də nöqsanları sayılmağa başladı
Əhməd Abbasbəyli: "İnkişaf etmiş ölkələrdə telefonla sorğu aparılması üsulu tətbiq edilir"
Bu il aprelin 13-22-də Azərbaycanda aparılan əhalinin siyahıya alınmasının ilkin nəticələri açıqlanıb. Cari ilin birinci rübünün makroiqtisadi göstəricilərinin yekunlarına dair mətbuat konfransında çıxış edən Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev qeyd edib ki, aprelin 22-si axşam saatlarına olan məlumatlara əsasən, Azərbaycanda 8,820 mln. nəfər siyahıyaalınmadan keçib:
"Hazırda bir sıra xarici ölkədə olan azərbaycanlıların sayı dəqiqləşdirilir. Məsələn, bu yaxınlarda Malayziyada yaşayan 19 nəfər azərbaycanlı siyahıya alınıb".