Putindən sərt bəyanat

Putindən sərt bəyanat
"Heç kimin Rusiyaya kiminlə və necə ticarət aparmağı diktə etməyə ixtiyarı yoxdur”
"Rusiya yalnız BMT Təhlükəsizlik Şurasının sanksiyası ilə xaricə silah ixracını məhdudlaşdıra bilər". Bu bəyanatla nazirlər və müdafiə sənayesi sahəsinin rəsmiləri ilə görüşən Rusiya prezidenti Vladimir Putin çıxış edib. Xarici mətbuatın diqqətindən yayınmayan çıxışı siyasi şərhçilər Kremelin “Qərbin etirazlarına baxmayaraq, Moskva Suriya ilə silah alverini davam etdirəcək” ismarıcı kimi qiymətləndirib. 

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya, Çinlə yanaşı bir neçə dəfə Suriya əleyhinə sanksiyalara qarşı veto hüququndan istifadə edib. Rusiya prezidentinin silah ixracı ilə bağlı sərt bəyanatı isə, Türkiyənin Moskva-Dəməşq reysi ilə hərəkət edən təyyarəni məcburi eniş etdirməsindən bir neçə gün sonra gəlib. Türkiyə rəsmiləri təyyarədə hərbi avadanlıq və sursatların olduğunu desə də, Rusiya tərəfi bunun (müsadirə edilmiş) yükün radar hissələrindən ibarət olduğunu və bunun legitim yük olduğunu iddia edir. 

Vladimir Putin çıxışında təyyarə insidentinə toxunmasa belə, bildirib ki, heç kim silah məsələsində Rusiyaya diktə edə bilməz.
“Hərbi silahların bu və ya digər ölkələrə daşınmasına yalnız BMT Təhlükəsizlik Şurasında qəbul olunmuş sanksiyalarla məhdudiyyət qoymaq olar. Biz məhz bu prinsip çərçivəsində hərəkət edirik. Bütün başqa hallarda, heç kimin, heç bir əsasla, Rusiya və ya digər bir ölkəyə kiminlə və necə ticarət aparmağı diktə etməyə ixtiyarı yoxdur”. 

Rəsmi Moskva Rusiyanın 2011-ci ilin mart ayından vətəndaş müharibəsi gedən Suriya ilə əvvəlki silah müqavilələrinə sadiq qalacağını açıqlayıb.(anspress.com)

Davamı

İstehlakçı kimi öz hüquqlarımızı niyə qorumuruq?

İstehlakçı kimi öz hüquqlarımızı niyə qorumuruq?
 

“Bu gün ticarət mərkəzlərində, satış obyektlərində kifayət qədər zay, vaxtı ötmüş məhsullar satışa çıxarılsa da, istehlakçı tərəfindən çox da ciddi müqavimətə rast gəlinmir”

Gündəlik həyatda hər bir insanın əsas rollarından biri istehlakçılıqdır. İnsanların yaşamasını təmin edəcək ehtiyacları var. İnsanların bir qismi başqalarına nə isə satmaq istədiyi halda digərləri də almaq üçün ticarət məkanlarına üz tutur. Beləliklə, cəmiyyətdəki ticarət həyatını istiqamətləndirməklə yanaşı ona dəstək olan da istehlakçıdır.

 

 

 

Əksəriyyət istehlakçı hüquqlarını ya bilmir, ya da... 

 

 

Dünyada əhalinin sayı və daha yaxşı yaşamaq arzusu artdıqca insanlar daha çox almağa, daha çox istehlak etməyə başladılar. Bununla yanaşı ticarət həyatı daha da inkişaf etdikcə mərhəmətsizlik problemi də başladı. Eləcə də dünyada baş verən dəyişikliklər, müasirləşmə də ticarətə öz təsirini göstərdi. Bu gün ticarət həyatının inkişaf etdiyi bir cəmiyyətdə şüurlu bir istehlakçı mədəniyyəti varmı? Bir qisim istehlakçılar var ki, müəyyən məbləğ ödəməklərinə baxmayaraq aldığı məhsulla heç maraqlanmırlar. Əvvəllər ehtiyacları üçün mal alan istehlakçılar vardısa, indi malları dəyərinə görə deyil, sadəcə ona sahib olmaq üçün istehlak edən istehlakçılar var. İstehsalçılar isə onların maarifçiliyinin azlığından faydalanırlar. Məsələn, İngiltərədə aparılan bir araşdırmaya görə, heç geyinmədikləri libasları satın alan qadınların faizinin davamlı artdığı göstərilir. Bu, sadəcə sahip olmaq məqsədilə edilən bir davranışdır. Bu onu göstərir ki, istehlak ehtiyaclardan deyil, sonsuz arzulardan qaynaqlanır. ABŞ-da aparılan digər bir araşdırmaya görə, amerikalıların böyük əksəriyyəti digər amerikalıların hovuzlu villalarda yaşadığını, avtomobillərinin, xidmətçilərinin olduğunu düşünür. Yəni filmlərdə, seriallarda bir amerikalı necə təsvir edilirsə, digər amerikalıların da o şəkildə yaşadığını zənn edirlər. İstehlakçı bir mal satın alarkən nələrə diqqət etməlidir?Bir mal alarkən həqiqətən bu mala ehtiyacının olub-olmadığını düşünməli, alacağı malın qiymətinin büdcəsinəə uygun olub-olmadığına baxmalı, malın sağlam olmasına diqqət etməli, çəkini yoxlamağı, son istifadə tarixinə baxmayı unutmamalıdır.
KIV
Davamı

Şou və seksin təbliğində kimlər maraqlıdır?

Şou və seksin təbliğində kimlər maraqlıdır?


Son illərdə Azərbaycanda kütləvi şoulaşma gedir.  Telekanalların və əksər media qurumlarının bu prosesdə “əməyi” danılmazdır. İnsanların diqqəti ciddi mövzulara, problemlərə deyil, ağıl, düşüncə, intellekt tələb etməyən yüngül məsələlərə yönəldilir. Nəticədə cəmiyyət sürətlə bioloji kütləyə çevrilir. İnsanlar elm, təhsil, peşədən çox “lüks” yaşamağı hədəf seçib və bunun üçün də sanki bir yarış gedir. Bəs vəziyyətin belə acınacaqlı hal almasına hansı amillər zəmin yaradır?
ANN.Az mövzu ilə bağlı ekspertlərin rəyini dərc edir.

PSİXOLOQ: “Cəmiyyəti belə idraə etmək daha asandır”

Bu gün Azərbaycanda cəmiyyətin ciddi məsələlərə qarşı biganə davranışının gözlənilən olduğunu deyən psixoloq Taryel Faziloğlu bildirdi ki, ölkədə son 15 ildə cəmiyyətin uğradığı dezinformasiya hücumu insanlarda inamsızlıq, depressiya vəziyyətinin geniş yayılmasına gətirib cıxardı: “İnsanlar artıq heç kimə və heç nəyə inanmır, bəzən gördüyünə belə şübhə ilə yanaşır. Belə vəziyyətdə insanlar həyatla bağlı ciddi baxışlarını itirir və diqqətlərini ancaq fiziki tələbatlara yönəldərək, yaşama instinktinə tabe olurlar. Buna görə də insanın maraq dairəsi maddi tələbatlarının ödənməsi ilə məhdudlaşır. Artıq sosial problemlər və əxlaqi dəyərlər ikinci plana keçir. Bunda maraqlı olan qüvvələr də situasiyadan istifadə edərək vəziyyəti daha da dərinləşdirmək üçün şou proqramlarla və cinsi tələbatlar üzərində ssenariləşdirilmiş filmlərlə insanlara təsir göstərərək onları yönəldirlər. Azad seksi, narkotika və fahişəliyi dolayı yollarla təbliğ edərək insanlar arasındakı münasibətləri cinsi tələbatlar çərçivəsində məhdudlaşdırmağa çalışırlar. Nəticə etibarı ilə cəmiyyət sosial cəmiyyətdən bioloji kütləyə çevrilir. Sosial dəyərlərə malik cəmiyyətin bioloji kütləyə çevrilməsi idarəetməni asanlaşdırır. Bu isə bölgədə hakim olmaq istəyən güclərə daha rahat şəkildə idarə etmək şəraiti yaradır”.

Psixoloqun fikrincə, bəziləri mövcud vəziyyətdən çox güclü şəkildə istifadə etməyə çalışırlar. Bu yolla cox böyük pullar qazanıldığını deyən T.Faziloğlu bildirirki, bu gün ən çox oxunan xəbər və ya izlənən süjet hansısa yüngül həyat keçirən bir müğənninin sevgi macəraları və ya atası bəlli olmayan hamiləliyidir: “Bu xəbərlərin qurulma forması da elədir ki, onları nəinki qınayır, əksinə qəhrəmana çevirir. Belədə oxucu da həm həyatın üzərinə qoyduğu vəzifələri, həm daşıması çətin olan problemləri müəyyən mənada unudur, həm də belə “qəhrəmanların” xəbərlərini oxuduqca, ya da seyr etdikcə onlar kimi yaxşı yaşamaq arzusuna düşür və qarşılığında bütün dəyərlərini satışa çıxarır. Bununla da cəmiyyət dəyərsizləşərək kütləyə çevrilir. Bundan da müəyyən qüvvələr istifadə edərək cəmiyyətdə öz təsirlərini hər zaman qoruyurlar”.

Psixoloqun fikrincə, vəziyyəti dəyişdirmək mümkündür. Onun sözlərinə görə, birinci növbədə dövlət milli əxlaq kodeksini işləməli və bütün təbliğat vasitələrini ona tabe etməlidir: “Azərbaycan xalqının özünəməxsus əxlaq kodeksi burada əsas götürülə bilər. Bu anlamda hazırlanmış əxlaq kodeksi kriteriyalarına uymayan verilişlər bağlanmalı, televiziyalarda mili mənəvi dəyərləri təbliğ edən verilişlər, əxlaq dəyərlərini təbliğ edən maraqlı maarifləndirici bədii əyləncəli proqramlar və bədii filmlər, seriallar verilməlidir. Bundan başqa ölkəyə daxil olan bütün internet qaynaqlarına filtr qoyulmalı, əxlaqa zidd informasiyaların qarşısı alınmalıdir”.

KIV
Davamı

Qırx ildən artıq birlikdə olmanın sirri

Qırx ildən artıq birlikdə olmanın sirri
Bir vaxtlar insanların uzun illər bir ailədə yaşamaları təbii qarşılansa da, son illər bu normalar pozulub.
 Bunun səbəbləri isə müxtəlif amillərlə izah edilir. Belə ki, həyat yoldaşını sevənlər kiçik bir sözlə başlayan böyük mübahisələr yaşamaları nəticəsində böyük xəyallarla başlanan evliliyin sonunun gəldiyini düşünürlər. Evlilikdə uzun illər xoşbəxt yaşamış cütlüklərlə bağlı aparılan araşdırmada xoşbəxtliyin qaynağının mərhəmət və qarşılıqlı sevgi, hörmət olduğu ortaya çıxıb. Belə ki, cütlüklər arasında, xüsusilə də davranış tərzi evlilik ömrünü azaltdığı halda, onların bir-birinə qarşı mərhəmət və sevgisi xoşbəxt evliliyin təməl daşları arasında yer alır. Beləliklə, möhkəm ailələrin təməlində əxlaqi dəyərlərlə bərabər, qəbul etmə, ünsiyyət, dinləmə kimi amillər var.

Qadınların hansı xətaları var?

Mübahisələrdə qadınların kişilərə güvənməmələri və yoldaşlarına sıx-sıx zəng edərək  "Haradasan?", "Nə edirsən?", "Yanında kim var?", "Məni sevirsənmi?" kimi suallar vermələri təsirli rol oynayır. Xətalardan biri də dava sonunda ailə böyüklərinə zəng vurub ağlayaraq şikayət etməkdir. Eləcə də "Onunla görüş, bununla görüşmə!" kimi qərarlarla çıxış etmək, "Götür bu uşaqları, bütün günü məni bezdirdilər" deyərək yoldaşından qapıdan girər-girməz uşaqlarla maraqlanmasını istəməkdir. Mübahisələrdə kişinin ailəsini pisləmək, davamlı olaraq keçmişi gündəmə gətirmək də xətalar sırasındadır.

Kişilərin xətaları

Bu xətalar sırasında həyat yoldaşı danışarkən başqa tərəfə (televizor, telefon və s.) baxmaq, "Çay gətir", "Uşağın səsini kəs" kimi əmrlərlə xidmət tələb etmək yer alır. Eləcə də kişilərin həyat yoldaşlarıyla söhbət etməməsi də davalara gətirib çıxarır. Bir kişinin evliliyin təməlini möhkəmləndirməsində əsas amillərdən biri həyat yoldaşını dinləməkdə usta olmasıdır. Kişilər tənqid və ya bu cür qəbul etdikləri sözlərə hədsiz həssasdırlar. Hansısa bir işin qadın tərəfindən kişiyə təklif olunması kişidə bacarıqsızlıq duyğusu oyadır. Bu o deməkdir ki, kişidə nə edəcəyini bilmədiyi duyğusunu oyandıran qadın onu anlamır. Xətalar sırasında cəmiyyət içində yoldaşı haqqında "o bilməz" kimi alçaldıcı danışmaq, qadının maaş kartını əlindən almaq, ev işlərində yardım etməmək, hədsiz qısqanclıq da var.

Evin "dirəyi" dünyagörüşüdür?..

Sosioloq Əhməd Abbasbəyli deyir ki, xoşbəxtlik dedikdə ailənin uzunmüddətli, mehriban, səmimi yaşamasına qiymət verilməlidir. Ailənin möhkəmliyinə gəldikdə isə, sosioloqun fikrincə, insanların fərdi keyfiyyətlərindən asılı olan məsələlər var: 

KIV
Davamı

unikal QHT-lər korrupsiyaya qarşı fəallaşır








QHT-lər korrupsiyaya qarşı fəallaşır
QHT-lər korrupsiyaya qarşı fəallaşır

Əhməd Abasbəyli: "Son illər vətəndaş cəmiyyəti institutları korrupsiyaya qarşı mübarizə sahəsində hökümətin əsas tərəfdaşına çevrilib"

Qeyri-hökumət təşkilatları artıq ölkədə real qüvvəyə çevrilməkdədir. Və maraqlıdır ki, bu qurumların fəaliyyəti gənclərlə daha çox ilgilənir. "Cəmiyyətin və vətəndaş münasibətlərinin inkişafi" İB rəhbəri Əhməd Abasbəyli "Unikal"a bildirib ki, "İstənilən halda biz bir vətəndaş kimi, bir QHT kimi ölkənin imicinə xələl gətirəcək hər bir hərəkətin qarşısını almağa, ona qarşı mübarizə üçün birləşməyə hazır olmalı birgə fəaliyyət göstərməliyik. 

Digər tərəfdən yetişməkdə olan gənc nəsil bu münasibətlərin, bu təpkilərin təsiri altında yetişməsi müsbət hal deyil. Hər bir gənc azərbaycanlı gündəlik həyatında hər hansı bir haqsızlıqla rastlaşırsa, özündən böyük nəslin bu haqsızlığa qarşı laqeydliyini hiss edirsə, qarşılaşdığı haqsızlıqlar, qanun pozuntuları getdikcə mütəşşəkkil hal almağa başlayırsa, həyat tərzinə çevrilməyə başlayırsa, onun mükkəmməl bir insan kimi, ləyaqətli bir vətəndaş kimi yetişməsi şübhə doğurur. Yox əksinə haqsızlıqlara rastlaşdıqca ona qarşı təpkini, rüşvətxorluğun, korrupsiyanın ifşa olunmasını, cəmiyyətin belə halların qibtə doğuracaq bir şey deyil, cinayət olmasını qəbul etdiyini hiss edən hər kəsin seçimi də doğru olar. 
Mümkündür ki, ölkədə gedən proseslərin daha düzgün, daha obyektiv qiymətləndirilməsi üçün şəffaflğa böyük ehtiyac var. istənilən halda şəffaflıq şübhələri dağıtmaqla yanaşı, bir çox mənfi meyllərin qarşısını ala bilər. Məhz hər iki mənada bu layihənin həyata keçirilməsi vacibdir. Təbii ki, reallıqdlar onu diqtə edir, bu çatışmamazlıqların tez bir zamanda düzəldilməsi mümkün deyil. Lakin ölkədə şəffaflğın bərqərar olması, ictimai nəzarətin gücləndirilməsi, bu istiqamətdə təbliğatın qurulması, problemləri cəmiyyətin diqqətinə çatdırılması, xüsusi ilə gənclərin bu işə cəlb olunması tədricən yeni münasibətlərin qurulmasına və sonucda hər şeyin haqqın, ədalətin, saflığın xeyrinə dəyişəcəyinə inamı artırır".
Abasbəyli bildirir ki, "Xüsusi ilə son dövrlərdə - gənclərin böyuk əksəriyyətinin ölkədə baş verən ictimai siyasi proseslərdən kənarda qaldığı, bu ictimai-siyasi həyatdan özünü təcrid etdiyi bir vaxtda, onları fəallaşdırmaq, ictimai problemlərin araşdırılmasına cəlb etmək, bu proseslərin fəal iştirakçısına çevirmək ən azı ölkənin gələcəyinə edilmiş istinad baxımından əhəmiyyətlidir.  
KIV
Davamı

Xarici dil, yoxsa zəmanə dəbi?


Xarici dil, yoxsa zəmanə dəbi?

04 OKTYABR 2012 [02:30] - MİLLİ.AZ
Son vaxtlar hər bir insanın xarici dil bilməsi sanki günün tələbinə çevrilib.
 Mağazada satıcı kimi çalışmaq üçün də xarici dil bilməlisən

Sovet dövründə ölkədə xarici dil kimi rus dili tədris olunur və əhalinin bir çoxu da bu dili dəqiqliklə öyrənməyə çalışırdı. Əslində bu, ilk növbədə, dövrün “tövsiyəsi” idi və istər-istəməz əhali bu dili öyrənirdi. Hətta bir sıra ailələr övladlarının məhz rusdilli məktəblərdə təhsil almasına çalışırdılar. Rusdilli olmaları ilə fəxr edib özlərini daha yüksək təbəqənin nümayəndəsi kimi düşünənlər də vardı. Hazırda da bu cür düşünənlər yox deyil. Məsələn, Yasamal rayonunda yeni inşa edilən bir binanın sakinlərinin demək olar ki, əksəriyyəti məhz rus dilində, hətta ingilis dilində danışırlar. Onlar özlərini sanki başqa bir cəmiyyətin insanları kimi təqdim edirlər. Bu günlərdə bu binada yaşayan bir nənə ilə 3 yaşında nəvənin söhbətinin şahidi oldum ki, onlar da məhz rus dilində danışırdılar və həmin uşaq hazırda Azərbaycan dilini bilmir.

Doğrudur, indi xarici dilin öyrənilməsi yeni dəblər sırasındadır. Hətta bu gün demək olar ki, xarici dil, xüsusilə də ingilis və rus dilini bilməsən səni heç bir şirkətdə işə qəbul etmirlər. Hətta mağaza satıcısı kimi çalışmaq üçün müraciət etdikdə belə xarici dili bilib-bilmədiyini soruşurlar. Xarici dilə marağın bu qədər artdığını nəzərə alaraq bu gün ölkədə xarici dil kurslarının da sayı gündən-günə artır. Çalışmaq istəyən insanlar isə məcbur qalıb üz tuturlar həmin kurslara. Bu kurslardakı tədrisin keyfiyyəti isə başqa bir mövzudur. Beləliklə, bu gün, sözün həqiqi mənasında, xarici dil öyrənmək istəyənlərlə yanaşı, bir vaxtlar rus dilini öyrəndikləri kimi indi də “zəmanə dəbi” olan ingilis dilinə üstünlük verənlər var.

Təbii ki, xarici dilin öyrənilməsi vacibdir. Ancaq bunu yalnız dəb xatirinə seçmək düzgün deyil. Bu gün orta məktəblərimizdə I sinifdən başlayaraq xarici dil tədris olunur. Xarici dil kurikulumunda da göstərilir ki, bir və yaxud iki xarici dildə ünsiyyət qurmağı, əlaqə saxlamağı bacaran şəxsiyyətin formalaşdırılması müasir məktəbin mühüm vəzifələrindən biridir. Bu da bir faktdır ki, xarici dilə yiyələnən şəxs bilavasitə beynəlxalq arenaya çıxaraq öz xalqının milli-mənəvi dəyərləri, qazandığı uğurları başqalarına çatdırmaq, fikir mübadiləsi aparmaq imkanı qazanır.
KIV
Davamı
Xəbərlərin siyahısı: Oktyabr 2012 illər » DEV-SOCIETY.ORG<dev-society.org/title> <meta name="description" content="DEV-SOCIETY.ORG" dev-society.org/> <meta name="keywords" content="DEV-SOCIETY.ORG" dev-society.org/> <meta name="generator" content="DataLife Engine (http:dev-society.org/dev-society.org/dle-news.ru)" dev-society.org/> <link rel="search" type="applicationdev-society.org/opensearchdescription+xml" href="http:dev-society.org/dev-society.org/dev-society.orgdev-society.org/enginedev-society.org/opensearch.php" title="DEV-SOCIETY.ORG" dev-society.org/> <link rel="alternate" type="applicationdev-society.org/rss+xml" title="DEV-SOCIETY.ORG" href="http:dev-society.org/dev-society.org/dev-society.orgdev-society.org/rss.xml" dev-society.org/> <meta name="HandheldFriendly" content="true"> <meta name="format-detection" content="telephone=no"> <meta name="viewport" content="user-scalable=no, initial-scale=1.0, maximum-scale=1.0, width=device-width"> <meta name="apple-mobile-web-app-capable" content="yes"> <meta name="apple-mobile-web-app-status-bar-style" content="default"> <link rel="shortcut icon" href="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/imagesdev-society.org/favicon.ico"> <link rel="apple-touch-icon" href="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/imagesdev-society.org/touch-icon-iphone.png"> <link rel="apple-touch-icon" sizes="76x76" href="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/imagesdev-society.org/touch-icon-ipad.png"> <link rel="apple-touch-icon" sizes="120x120" href="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/imagesdev-society.org/touch-icon-iphone-retina.png"> <link rel="apple-touch-icon" sizes="152x152" href="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/imagesdev-society.org/touch-icon-ipad-retina.png"> <link href="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/cssdev-society.org/engine.css" type="textdev-society.org/css" rel="stylesheet"> <link href="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/cssdev-society.org/styles.css" type="textdev-society.org/css" rel="stylesheet"> <dev-society.org/head> <body> <div class="page"> <div class="wrp"> <!-- Header --> <header id="header"> <!-- Ara --> <form id="q_search" class="rightside" method="post"> <div class="q_search"> <input id="story" name="story" placeholder="Axtar..." type="search"> <button class="btn q_search_btn" type="submit" title="Tap"><svg class="icon icon-search"><use xlink:href="#icon-search"><dev-society.org/use><dev-society.org/svg><span class="title_hide">Tap<dev-society.org/span><dev-society.org/button> <a class="q_search_adv" href="dev-society.org/index.php?do=search&mode=advanced" title="Ətraflı Axtar..."><svg class="icon icon-set"><use xlink:href="#icon-set"><dev-society.org/use><dev-society.org/svg><span class="title_hide">Ətraflı Axtar...<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/div> <input type="hidden" name="do" value="search"> <input type="hidden" name="subaction" value="search"> <dev-society.org/form> <!-- dev-society.org/ Ara --> <div class="header"> <div class="wrp"> <div class="midside"> <div id="header_menu"> <!-- Логотип --> <a class="logotype" href="dev-society.org/"> <span class="logo_title">DEV-SOCIETY.ORG<dev-society.org/span> <dev-society.org/a> <!-- dev-society.org/ Логотип --> <!-- Bilgiler Menü --> <nav id="top_menu"> <a href="http:dev-society.org/dev-society.org/eng.dev-society.org" title="English"><img src="http:dev-society.org/dev-society.org/dev-society.orgdev-society.org/en.png"> English<dev-society.org/a> <a href="http:dev-society.org/dev-society.org/dev-society.orgdev-society.org/galereyadev-society.org/index.html" target="_blank" title="Qalereya">Qalereya<dev-society.org/a> <a href="dev-society.org/index.php?do=feedback" title="Əlaqə">Əlaqə<dev-society.org/a> <dev-society.org/nav> <!-- dev-society.org/ Bilgiler Menü --> <!-- Кнопка вызова меню --> <button id="mobile_menu_btn"> <span class="menu_toggle"> <i class="mt_1"><dev-society.org/i><i class="mt_2"><dev-society.org/i><i class="mt_3"><dev-society.org/i> <dev-society.org/span> <span class="menu_toggle__title"> Menyu <dev-society.org/span> <dev-society.org/button> <!-- dev-society.org/ Кнопка вызова меню --> <!-- Кнопка вызова меню --> <button id="search_btn"> <span> <svg class="icon icon-search"><use xlink:href="#icon-search"><dev-society.org/use><dev-society.org/svg> <svg class="icon icon-cross"><use xlink:href="#icon-cross"><dev-society.org/use><dev-society.org/svg> <dev-society.org/span> <dev-society.org/button> <!-- dev-society.org/ Кнопка вызова меню --> <dev-society.org/div> <dev-society.org/div> <div id="cat_menu"> <nav class="cat_menu"> <div class="cat_menu__tm"><a href="http:dev-society.org/dev-society.org/eng.dev-society.org" title="English"><img src="http:dev-society.org/dev-society.org/dev-society.orgdev-society.org/en.png"> English<dev-society.org/a> <a href="http:dev-society.org/dev-society.org/dev-society.orgdev-society.org/galereyadev-society.org/index.html" target="_blank" title="Qalereya">Qalereya<dev-society.org/a> <a href="dev-society.org/index.php?do=feedback" title="Əlaqə">Əlaqə<dev-society.org/a> <dev-society.org/div> <ul> <li><a href="dev-society.org/anadev-society.org/">Dev-Society <span style="float: right;">70<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/li><li><a href="dev-society.org/haqqimizdadev-society.org/">Haqqımızda <span style="float: right;">7<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/li><li><a href="dev-society.org/layihedev-society.org/">Layihələr <span style="float: right;">50<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/li><li><a href="dev-society.org/kivdev-society.org/">KIV <span style="float: right;">194<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/li><li><a href="dev-society.org/pressdev-society.org/">Press reliz <span style="float: right;">43<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/li><li><a href="dev-society.org/nesrlerdev-society.org/">Nəsrler <span style="float: right;">29<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/li><li><a href="dev-society.org/kitabxanadev-society.org/">Kitabxana <span style="float: right;">25<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/li><li><a href="dev-society.org/qanundev-society.org/">Qanunlar <span style="float: right;">18<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/li> <dev-society.org/ul> <dev-society.org/nav> <div class="soc_links"> <a class="soc_vk" href="#" title="vКонтакте"> <svg class="icon icon-vk"><use xlink:href="#icon-vk"><dev-society.org/use><dev-society.org/svg> <dev-society.org/a> <a class="soc_tw" href="#" title="Twitter"> <svg class="icon icon-tw"><use xlink:href="#icon-tw"><dev-society.org/use><dev-society.org/svg> <dev-society.org/a> <a class="soc_fb" href="#" title="Facebook"> <svg class="icon icon-fb"><use xlink:href="#icon-fb"><dev-society.org/use><dev-society.org/svg> <dev-society.org/a> <a class="soc_gp" href="#" title="Google"> <svg class="icon icon-gp"><use xlink:href="#icon-gp"><dev-society.org/use><dev-society.org/svg> <dev-society.org/a> <dev-society.org/div> <dev-society.org/div> <dev-society.org/div> <dev-society.org/div> <dev-society.org/header> <!-- dev-society.org/ Header --> <div class="conteiner"> <div class="midside"> <div class="content_top"> <div id="combo-tools" class="pagetools"> <div class="pagetools_in"> <div class="sortbar"> <div class="sortbar_in"> <span class="sort_label">Sıralama:<dev-society.org/span><form name="news_set_sort" id="news_set_sort" method="post"><ul class="sort"><li class="asc"><a href="#" onclick="dle_change_sort('date','asc'); return false;">Xəbərın tarixinə görə<dev-society.org/a><dev-society.org/li><li><a href="#" onclick="dle_change_sort('rating','desc'); return false;">məşhurluğa görə<dev-society.org/a><dev-society.org/li><li><a href="#" onclick="dle_change_sort('news_read','desc'); return false;">oxunma sayına görə<dev-society.org/a><dev-society.org/li><li><a href="#" onclick="dle_change_sort('title','desc'); return false;">əlifbaya görə<dev-society.org/a><dev-society.org/li><dev-society.org/ul><input type="hidden" name="dlenewssortby" id="dlenewssortby" value="date" dev-society.org/> <input type="hidden" name="dledirection" id="dledirection" value="DESC" dev-society.org/> <input type="hidden" name="set_new_sort" id="set_new_sort" value="dle_sort_date" dev-society.org/> <input type="hidden" name="set_direction_sort" id="set_direction_sort" value="dle_direction_date" dev-society.org/> <dev-society.org/form> <dev-society.org/div> <dev-society.org/div> <div class="breadcrumb"> <div class="breadcrumb_in"> <dev-society.org/div> <a class="pagetools_back" href="dev-society.org/"> <svg class="icon icon-left"><use xlink:href="#icon-left"><dev-society.org/use><dev-society.org/svg> <span class="title_hide">Ana Səhifə<dev-society.org/span> <dev-society.org/a> <dev-society.org/div> <dev-society.org/div> <dev-society.org/div> <dev-society.org/div> <section id="content"> <div id='dle-info'><dev-society.org/div> <div id='dle-content'><dev-society.org/div> <dev-society.org/section> <dev-society.org/div> <aside class="rightside"> <!-- Popülerler --> <div class="block top_block"> <h4 class="title"><b><dev-society.org/b><dev-society.org/h4> <ol class="topnews"> <dev-society.org/ol> <dev-society.org/div> <!-- dev-society.org/ Popülerler --> <!-- Баннер 300X250 --> <div class="banner banner_300"> <img src="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/imagesdev-society.org/tmpdev-society.org/banner_300x250.png" alt=""> <dev-society.org/div> <!-- dev-society.org/ Баннер 300X250 --> <!-- Баннер 240X400 --> <div class="banner banner_240"> <img src="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/imagesdev-society.org/tmpdev-society.org/banner_240x400.png" alt=""> <dev-society.org/div> <!-- dev-society.org/ Баннер 240X400 --> <!-- Etiketler --> <div class="block tags_block"> <h4 class="title"><b>Teqlər<dev-society.org/b><dev-society.org/h4> <div class="tag_list"> <dev-society.org/div> <dev-society.org/div> <!-- dev-society.org/ Etiketler --> <!-- Son eklenen yorumlar --> <!-- dev-society.org/ Son eklenen yorumlar --> <dev-society.org/aside> <dev-society.org/div> <div class="footer_menu clrfix"> <div class="rightside"> <a id="upper" href="dev-society.org/" title="Yukarı"> <svg class="icon icon-up"><use xlink:href="#icon-up"><dev-society.org/use><dev-society.org/svg> <dev-society.org/a> <dev-society.org/div> <dev-society.org/div> <footer class="footer"> <div class="wrp clrfix"> <!-- Блок для установки счетчиков --> <div class="rightside"> <div class="counter"> <img src="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/imagesdev-society.org/tmpdev-society.org/counter.png" alt=""> <dev-society.org/div> <dev-society.org/div> <!-- dev-society.org/ Блок для установки счетчиков --> <div class="midside"> <!-- Копирайт --> <div class="copyright"> Copyright © 2005–2017 <a href="http:dev-society.org/dev-society.org/fmpyazilim.comdev-society.org/" target="_blank">FMP YAZILIM<dev-society.org/a> All Rights Reserved. Powered by FMP © 2017 <dev-society.org/div> <!-- dev-society.org/ Копирайт --> <a class="ca" href="http:dev-society.org/dev-society.org/fmpyazilim.com" target="_blank" rel="nofollow"><svg class="icon icon-ca"><use xlink:href="#icon-ca"><dev-society.org/use><dev-society.org/svg>Dizayn – FMP YAZILIM<dev-society.org/a> <dev-society.org/div> <dev-society.org/div> <dev-society.org/footer> <dev-society.org/div> <script type="textdev-society.org/javascript"> <!-- var dle_root = 'dev-society.org/'; var dle_admin = ''; var dle_login_hash = ''; var dle_group = 5; var dle_skin = 'Default'; var dle_wysiwyg = '1'; var quick_wysiwyg = '1'; var dle_act_lang = ["Bəli", "Xeyr", "Daxil et", "Ləğv et", "Yadda Saxla", "Sil", "Yüklənir. Zəhmət olmasa gözləyin..."]; var menu_short = 'Sürətli redaktə et'; var menu_full = 'Tam redaktə et'; var menu_profile = 'Profilə bax'; var menu_send = 'Şəxsi mesaj göndər'; var menu_uedit = 'Adminpanelə get'; var dle_info = 'İnformasiya'; var dle_confirm = 'Təsdiq et'; var dle_prompt = 'İnformasiyanı daxil et'; var dle_req_field = 'Bütün vacib sahələri doldurun'; var dle_del_agree = 'Siz həqiqətən seçilmişi silmək istəyirsiniz? Sonradan bu hərəkəti ləğv etmək mümkün olmayacaq'; var dle_spam_agree = 'Siz həqiqətən istəyirsinizmi istifadəçini spammer kimi işareləmək? Bu halda onun bütün şərhləri silinəcək'; var dle_complaint = 'Administrasiya üçün sizin şikayətinizin mətnini göstərin:'; var dle_big_text = 'Mətnin çox böyük sahəsi seçilmişdir.'; var dle_orfo_title = 'Tapılmış qrammatik səhvə administrasiya üçün şərhi göstərin'; var dle_p_send = 'Göndər'; var dle_p_send_ok = 'Xəbərdarlıq müvəffəqiyyətlə göndərildi'; var dle_save_ok = 'Dəyişikliklər müvəffəqiyyətlə saxlanmışdır.'; var dle_reply_title= 'Şərhə cavab yaz'; var dle_tree_comm = '0'; var dle_del_news = 'Xəbəri sil'; var dle_sub_agree = ''; var allow_dle_delete_news = false; var dle_search_delay = false; var dle_search_value = ''; hs.graphicsDir = 'dev-society.org/enginedev-society.org/classesdev-society.org/highslidedev-society.org/graphicsdev-society.org/'; hs.outlineType = 'rounded-white'; hs.numberOfImagesToPreload = 0; hs.captionEval = 'this.thumb.alt'; hs.showCredits = false; hs.align = 'center'; hs.transitions = ['expand', 'crossfade']; hs.lang = { loadingText : 'Yüklənir...', playTitle : 'Slaydşou kimi bax (boşluq)', pauseTitle:'Saxla', previousTitle : 'Əvvəlki şəkil', nextTitle :'Növbəti şəkil',moveTitle :'Yerini dəyiş', closeTitle :'Bağla (Esc)',fullExpandTitle:'Tam ölçüyə qədər aç',restoreTitle:'Şəkilin bağlanması üçün klikləyin və yerdəyişmə üçün üzərində basıb saxlayın',focusTitle:'Fokusa al',loadingTitle:'Ləğv etmək üçün bas' }; jQuery(function($){ FastSearch(); }); dev-society.org/dev-society.org/--> <dev-society.org/script><script language="javascript" type="textdev-society.org/javascript"> <!-- var dle_root = 'dev-society.org/'; var dle_admin = ''; var dle_login_hash = ''; var dle_skin = 'Default'; var dle_wysiwyg = '1'; var quick_wysiwyg = '1'; var menu_short = 'Sürətli redaktə et'; var menu_full = 'Tam redaktə et'; var menu_profile = 'Profilə bax'; var menu_fnews = 'Bütün Xəbərləri tap'; var menu_fcomments = 'Bütün şərhləri tap'; var menu_send = 'Şəxsi mesaj göndər'; var menu_uedit = 'Adminpanelə get'; var dle_req_field = 'Bütün vacib sahələri doldurun'; var dle_del_agree = 'Siz həqiqətən seçilmişi silmək istəyirsiniz? Sonradan bu hərəkəti ləğv etmək mümkün olmayacaq'; var dle_del_news = 'Xəbəri sil'; var allow_dle_delete_news = false; dev-society.org/dev-society.org/--> <dev-society.org/script> <script type="textdev-society.org/javascript" src="dev-society.org/enginedev-society.org/ajaxdev-society.org/menu.js"><dev-society.org/script> <script type="textdev-society.org/javascript" src="dev-society.org/enginedev-society.org/ajaxdev-society.org/dle_ajax.js"><dev-society.org/script> <div id="loading-layer" style="display:none;font-family: Verdana;font-size: 11px;width:200px;height:50px;background:#FFF;padding:10px;text-align:center;border:1px solid #000"><div style="font-weight:bold" id="loading-layer-text">Yüklənir. Zəhmət olmasa gözləyin...<dev-society.org/div><br dev-society.org/><img src="dev-society.org/enginedev-society.org/ajaxdev-society.org/loading.gif" border="0" alt="" dev-society.org/><dev-society.org/div> <div id="busy_layer" style="visibility: hidden; display: block; position: absolute; left: 0px; top: 0px; width: 100%; height: 100%; background-color: gray; opacity: 0.1; -ms-filter: 'progid:DXImageTransform.Microsoft.Alpha(Opacity=10)'; filter:progid:DXImageTransform.Microsoft.Alpha(opacity=10); "><dev-society.org/div> <script type="textdev-society.org/javascript" src="dev-society.org/enginedev-society.org/ajaxdev-society.org/js_edit.js"><dev-society.org/script> <script type="textdev-society.org/javascript" src="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/jsdev-society.org/lib.js"><dev-society.org/script> <script type="textdev-society.org/javascript"> jQuery(function($){ $.get("dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/imagesdev-society.org/sprite.svg", function(data) { var div = document.createElement("div"); div.innerHTML = new XMLSerializer().serializeToString(data.documentElement); document.body.insertBefore(div, document.body.childNodes[0]); }); }); <dev-society.org/script> <dev-society.org/body> <dev-society.org/html> <!-- DataLife Engine Copyright SoftNews Media Group -->