Xarici dil, yoxsa zəmanə dəbi?

Xarici dil, yoxsa zəmanə dəbi?
04 OKTYABR 2012 [02:30] - MİLLİ.AZ
Son vaxtlar hər bir insanın xarici dil bilməsi sanki günün tələbinə çevrilib.
Mağazada satıcı kimi çalışmaq üçün də xarici dil bilməlisən
Sovet dövründə ölkədə xarici dil kimi rus dili tədris olunur və əhalinin bir çoxu da bu dili dəqiqliklə öyrənməyə çalışırdı. Əslində bu, ilk növbədə, dövrün “tövsiyəsi” idi və istər-istəməz əhali bu dili öyrənirdi. Hətta bir sıra ailələr övladlarının məhz rusdilli məktəblərdə təhsil almasına çalışırdılar. Rusdilli olmaları ilə fəxr edib özlərini daha yüksək təbəqənin nümayəndəsi kimi düşünənlər də vardı. Hazırda da bu cür düşünənlər yox deyil. Məsələn, Yasamal rayonunda yeni inşa edilən bir binanın sakinlərinin demək olar ki, əksəriyyəti məhz rus dilində, hətta ingilis dilində danışırlar. Onlar özlərini sanki başqa bir cəmiyyətin insanları kimi təqdim edirlər. Bu günlərdə bu binada yaşayan bir nənə ilə 3 yaşında nəvənin söhbətinin şahidi oldum ki, onlar da məhz rus dilində danışırdılar və həmin uşaq hazırda Azərbaycan dilini bilmir.
Doğrudur, indi xarici dilin öyrənilməsi yeni dəblər sırasındadır. Hətta bu gün demək olar ki, xarici dil, xüsusilə də ingilis və rus dilini bilməsən səni heç bir şirkətdə işə qəbul etmirlər. Hətta mağaza satıcısı kimi çalışmaq üçün müraciət etdikdə belə xarici dili bilib-bilmədiyini soruşurlar. Xarici dilə marağın bu qədər artdığını nəzərə alaraq bu gün ölkədə xarici dil kurslarının da sayı gündən-günə artır. Çalışmaq istəyən insanlar isə məcbur qalıb üz tuturlar həmin kurslara. Bu kurslardakı tədrisin keyfiyyəti isə başqa bir mövzudur. Beləliklə, bu gün, sözün həqiqi mənasında, xarici dil öyrənmək istəyənlərlə yanaşı, bir vaxtlar rus dilini öyrəndikləri kimi indi də “zəmanə dəbi” olan ingilis dilinə üstünlük verənlər var.
Təbii ki, xarici dilin öyrənilməsi vacibdir. Ancaq bunu yalnız dəb xatirinə seçmək düzgün deyil. Bu gün orta məktəblərimizdə I sinifdən başlayaraq xarici dil tədris olunur. Xarici dil kurikulumunda da göstərilir ki, bir və yaxud iki xarici dildə ünsiyyət qurmağı, əlaqə saxlamağı bacaran şəxsiyyətin formalaşdırılması müasir məktəbin mühüm vəzifələrindən biridir. Bu da bir faktdır ki, xarici dilə yiyələnən şəxs bilavasitə beynəlxalq arenaya çıxaraq öz xalqının milli-mənəvi dəyərləri, qazandığı uğurları başqalarına çatdırmaq, fikir mübadiləsi aparmaq imkanı qazanır.

“Adi bir mehmanxana, restorana gedəndə çalışırlar rus dilində danışsınlar”
Ümumiyyətlə, əhali arasında xarici dilin I sinifdən başlayaraq tədrisi də birmənalı qarşılanmır. Bəzi valideynlər bunu müsbət qarşılasa da, bəziləri uşaqlar üçün çətinlik yaratdığı fikrindədir. Qeyd edək ki, 2012-2013-cü tədris ilindən etibarən V sinifdən başlayaraq məktəblərdə ikinci xarici dil tədris olunacaq. Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Firudin Həmzəyev bildirdi ki, hazırda orta məktəblərdə bir sıra xarici dil fənni tədris olunsa da, başqa xarici dil öyrənmək istəyənlər də var: “Artıq V sinifdən iki xarici dilin tədrisi nəzərdə tutulub”. Bir çoxlarının ikinci xarici dil kimi adətən rus dilini seçdiklərini deyən sektor müdiri bildirdi ki, seçim isə valideynlərin, uşaqların istəyi ilədir. Bu baxımdan ikinci xarici dil heç bir problem yaratmayacaq.
Sosioloq Əhməd Abbasbəylinin sözlərinə görə, ümumiyyətlə, belə bir mif var ki, rusdilli məktəblərdə təhsil daha güclüdür: “Mən bununla tamamilə razı deyiləm. Dəfələrlə belə mübahisələrin şahidi olmuşam. Ancaq yüzlərlə ali təhsilli insanlar, elmi dərəcə almış, böyük uğurlar qazanmış insanlar var ki, məhz Azərbaycan təhsilli insanlardır. Bu sovet dövründə yaradılmış bir mifdir və rus dilinə marağı artırmaq məqsədi daşıyırdı. Mən hansısa qadağalar qoyulmasının tərəfdarı deyiləm. Sadəcə, rusdili məktəbləri tərifləməklə Azərbaycandilli məktəbləri nüfuzdan salmaq düzgün deyil. Mən uşaqların rus dili də daxil olmaqla digər xarici dilləri öyrənməsini istəyirəm. Amma, ilk növbədə, öz ana dilini bilməsi önəmlidir. Yəni, ilk olaraq ana dilini öyrəndikdən sonra digər dillərin də öyrənilməsi vacibdir. İngilis, rus, alman, ispan, Şərq ölkələrinin dillərini öyrənmək lazımdır.
Körpə övladla, 3-5 yaşında uşaqla başqa dillə danışmaq qəbuledilməzdir. Mən ailədə istəyirəm ki, xarici dil öyrənsinlər. Amma xarici dilin öyrənilməsi o demək deyil ki, sən öz dilinə barmaqarası yanaşmalısan. Məsələn, Lüksemburqda uşaqlar 1-dən 3-cü sinifə qədər öz dilini, 3-dən-5-ə qədər alman, 5-dən-8-ə qədər digər dildə paralel olaraq təhsil alırlar. Bir çox ölkələrdə insanlar bir neçə dil bilirlər, ancaq bunu inzibati qaydada tətbiq etmirlər”.
Sosioloqun fikrincə, onsuz da, bu gün ancaq orta məktəblərdə birdən-birə həyata keçirilən islahatlar, kurikulum və texniki üsullar həyata keçirilir ki, nəticədə uşaqlar yüklənirlər: “Ən azından öz qanunlarımıza hörmət etməliyik. Adi bir mehmanxana, restorana gedəndə çalışırlar rus dilində danışsınlar. Bu, şəxsən məni qane etmir. Uşaqların isə orta məktəbdə ana dili ilə yanaşı, xarici dili orta səviyyədə bilməsi kifayətdir. Sonra ali təhsil alarkən başqa dilləri də öyrənmək olar”.
Nigar Abdullayeva
Milli.Az

Yorumlar 2