Tedqiqt işi
“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İB-nin Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Respublikasında istefada olan hərbçilərin, müharibə iştirakçılarının və əlillərinin reabilitasiyasi, mülki həyata uyğunlaşması ilə bağlı vəziyyətin öyrənilməsi və bu sahədə islahatların aparılması proqramı” layihəsi
çərçivəsində tədqiqat işi
Məlum olduğu kimi müharibədən çıxmış ölkələr, keçmiş döyüşçülərin, müharibə iştirakçılarının və əlillərinin reabilitasiyasi, mülki həyata uyğunlaşmasi problemi ilə rastlaşırlar. Belə ki, uzun müddət hərbi qulluqda olan, mülki həyatdan uzaqlaşmış, muharibə, döyüş şəraitində olan insanlar mülki həyata qayitarkən bir çox problemlərlə qarşılaşırlar. Bu özünü həm onların mənəvi-psixoloji durumunda, həm də yeni həyata fiziki və sosial adaptasiyasi prosesində də biruzə verir. Bir çox ölkələrdə insanların mülki həyata uyğunlaşa bilməməsi, cəmiyyətdə yerini tapa bilməməsi bir sıra neqativ halların yaranmasına səbəb olur. Təmsil etdiyimiz “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İB-də bu istiqamətdə layihəsini həyat keçirir. Diqqətinizə təqdim etdiyimiz sorğu anketi də layihənin tərkib hissəsidir. Məqəsədimiz , keçmiş döyüşçülərin, ehtiyatda olan zabitlərin, müharibə iştirakçılarının və əlillərinin vəziyyətini öyrənilməsi, onların ehtiyac və tələblərinin aşkarlanması, onların qarşılaşdığı problemləri öyrənilməsi, mənəvi və hüquqi yardima ehiyacı olanların, bu ehtiyacların mahiyyətini araşdırılmasına nail olmaqdır. Hesab edirik ki, cəmiyyətimizin mühüm və əhəmiyytəli bir təbəqəsi olan bu insanların problemlərinin həlli ciddi şəkildə həm dövlət səviyyəsində, həm də ictimaiyyət tərəfindən aparılmalıdır və bu prosesdə hər kəs iştirak etməlidir.
[attachment=2]
Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Şərq-Şərq Sərhədsiz Tərəfdaşlıq Proqramının maliyyə dəstəyi “Müəllim hazırlığında yeni forma, metod və üsullar: Avropa təcrübəsi” layihəsini həyat keçirib. Layihənin operatoru “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyidir.
Ölkədə gеdən prоsеslərin dаhа düzgün, dаhа оbyеktiv qiymətləndirilməsi üçün şəffаflğа böyük еhtiyаc vаr. İstənilən hаldа şəffаflıq şübhələri dаğıtmаqlа yаnаşı, bir çох mənfi mеyllərin qаrşısını аlа bilər. Məhz hər iki mənаdа tədbirlərin həyаtа kеçirilməsi və bu prosesdə vətəndaşların fəal iştirakı vаcibdir. Təmsil etdiyimiz qurum - “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İB-nin əsas məqsədi də məhz bu sahədə səffaflığın yaradilmasını yardım etmək və bu prosesdə vətəndaşların maksimum iştirakina nail olmaqdir. 

