Layihə
“Azərbaycan Respublikasında istefada olan hərbçilərin, müharibə iştirakçılarının və əlillərinin reabilitasiyasi, mülki həyata uyğunlaşması ilə bağlı vəziyyətin öyrənilməsi və bu sahədə islahatların aparılması proqramı” layihəsi
Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu ictimai siyasət üzrə araşdırma qruplarının inkişafı (Think Tank) proqramı daxilində 2010-cu il üçün müsabiqəsi çərçivəsində həyat keçirilir.
İctimai siyasət üzrə araşdırma qruplarının inkişafı proqramı cəmiyyət üçün aktual olan mövzular üzrə fərdi və birgə tədqiqatların aparılmasını, həmin tədqiqatların müzakirəsini və nəticə olaraq səmərəli təkliflərin həyata keçirilməsi üzrə ictimai maraqların qorunması tədbirlərin görülməsini qarşısında məqsəd kimi qoyur. Elmi araşdırma mərkəzlərinin, fərdi tətqiqatçıların və vətəndaş cəmiyyətinin fəallarının ayrı-ayrı sahələr üzrə inkişaf proseslərinə müsbət təsiri, habelə cəmiyyətin maarifləndirilməsi hazırkı müsabiqənin məqsədləridir.
Layihə çərçivəsində keçmiş hərbçilərin, ehtiyatda olan zabitlərin, müharibə veteranlarının və əlillərin vəziyyətini öyrənilməsi, onlarla bağlı problemlərin araşdırılması, onların ehtiyac və tələblərinin aşkarlanması üçün əvvəlcə müzakirələr və tədqiqat işi nəzərdə tutulub.