Şimali Koreya dünya ictimaiyyətinə səsləndi
Dünya siyasətçilərinə Şimali Koreyada dəyişiklik gözləməmək tövsiyə olunub
Şimali Koreya dünya ictimaiyyətinə müraciət edərək, ölkə lideri Kim Çen İrin vəfatı ilə ölkədə hansısa bir dəyişikliyi gözləməməyi tövsiyə edib. "Təntənəli şəkildə və əminliklə bəyan edirik ki, bütün dünyada ağılsız siyasətçilər, o cümlədən Cənubi Koreyadakı kiçik bir qrup bizdən hər-hansı dəyişiklik gözləməsin" - bəyanatda belə deyilir.
Şimali Koreyanın Milli Müdafiə Komissiyasının adından verilən bəynanat dövlət kütləvi-informasiya vasitələrində yayılıb. Məhz bu qurumun Şimali Koreyada ən mühüm qərarları qəbul etdiyi hesab edilir.
Xatırladaq ki, dekabrın 17-də 1994-cü ildən Şimali Koreyanı idarə edən Kim Çen İr vəfat etdikdən sonra onun kiçik oğlu və varisi Kim Çen In "partiyanın, xalqın və ordunun ali rəhbəri" elan edilib.