Suriya Kofi Annanın sülh planını qəbul etdi
Suriyan münaqişəyə son qoymaq üçün BMT-nin və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi səfiri, BMT-nin keçmiş baş katibi Kofi Annan 6 bənddən ibarət planı qəbul edib. Bu barədə K. Annanın sözçüsü Ahmed Fevzi Cenevrədə açıqlama verib. O, Suriya rəhbərliyinin yazılı məktupla həll planını qəbul etdiyini söyləyib.
Sülh planı yaralıların təxliyyəsini və humanitar yardımların çatıdırlması üçün Suriya qüvvələrinin gündə iki saat atəşkəs rejimi tətbiq etməsini və siyasi həll üçün hərtərəfli görüşlərin təşkil edilməsini nəzərdə tutur.
Qeyd edək ki, Kofi Annan Suriyadakı vəziyyəti müzakirə etmək üçün əfər etdiyi Çində danışıqlara başlayıb. Pekində Çinin xarici işlər nazirliyinin rəsmiləri ilə görüşdən sonra Kofi Annan bu ölkənin baş naziri Ven Çzyabao ilə də görüşüb. Çinin baş naziri ölkəsinin Kofi Annanın sülh təşəbbüslərini dəstəklədiyini bildirib.
"Biz sizin vasitəçilik təşəbbüslərinizə inanırıq və bu təşəbbüslərin Suriya məsələsinin həllində irəliləyişə gətirib çıxaracağına və problemin tam və hərtərəfli həll olunacağına inanırıq." - deyə, Ven Çzyabao bildirib.
Xatırladaq ki, Kofi Annan Bəşər Əsədə münaqişəyə son qoymaq üçün 6 bənddən ibarət plan təklif edib. Kofi Ənnan isə görüşdən sonra verdiyi açıqlamada Suriyanın BMT-nin sülh planını qəbul etdiyini açıqlayıb.
"Suriyadakı vəziyyətlə bağlı müzakirələr apardıq və Çin də öz dəstəyini nümayiş etdirdi. Onlar 6 bənddən ibarət sülh planının icra edilməsi üçsün mənimlə və Şuranın digər üzvləri ilə işləməyə hazırdırlar. Mən Çinə Suriya hökumətindən müsbət cavab aldığımı və bunu da bu gün ictimaiyyətə açıqlayacağını dedim." - Kofi Annan belə deyib.
BMT-nin keçmiş baş katibi Pekinə Suriyadakı vəziyyəti müzakirə etdiyi Moskvadan gəlib. Rusiya Çinlə birlikdə iki dəfə BMT-nin Təhlükəsizlik Şurasının Suriya prezidenti Bəşər Əsədə qarşı qətnaməsinə veto qoymuşdu. Lakin Suriyada zorakılığın davam etməsi və hökumətlə müxalifətin dialoqdan imtina etməsi ilə hər iki ölkə Ərəb Ölkələri Liqasının və Kofi Annanın təşəbbüsünü və sülh planını dəstəkləyib.
Bu arada, Suriya dövlət televiziyası prezident Bəşər Əsədin Homs şəhərinin Baba-Əmr rayonuna baş çəkdiyi barədə xəbər yayıb.

Yorumlar 104