Azadlıq radiosu
1-ci maddə Mövcud variant Maddə 1. Bu Qanunun məqsədi Bu Qanun ictimai birliklərin və fondların yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. Bu Qanunda «qeyri-hökumət təşkilatı» anlayışına ictimai birliklər və fondlar daxildir. Bu Qanun hüquqi şəxslər kimi qeyri-hökumət təşkilatlarının yaradılmasını, fəaliyyətini, yenidən təşkil edilməsi və ləğv edilməsi qaydalarını, qeyri-hökumət təşkilatlarının fəaliyyətini, idarə olunmasını, dövlət hakimiyyəti orqanları ilə münasibətlərini müəyyən edir. Bu Qanun siyasi partiyalara, həmkarlar ittifaqlarına, dini birliklərə, yerli özünüidarə orqanlarına və başqa qanunlarla tənzimlənən digər qeyri-hökumət təşkilatlarına şamil edilmir. Təklif olunan variant Maddə 1. Bu Qanunun məqsədi Bu Qanun ictimai birliklərin və fondların yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. Bu Qanunda «qeyri-hökumət təşkilatı» anlayışına ictimai birliklər və fondlar daxildir. Bu Qanun hüquqi şəxslər kimi qeyri-hökumət təşkilatlarının yaradılmasını, hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmasını, fəaliyyətini, yenidən təşkil edilməsi və ləğv edilməsi qaydalarını, qeyri-hökumət təşkilatlarının fəaliyyətini, idarə olunmasını, dövlət hakimiyyəti orqanları ilə münasibətlərini müəyyən edir. 1.4. Bu Qanun siyasi partiyalara, həmkarlar ittifaqlarına, dini birliklərə, yerli özünüidarə orqanlarına, habelə bu təsisatlara məxsus olan funksiyaların həyata keçirilməsi məqsədi ilə yaradılan qurumlara və başqa qanunlarla tənzimlənən digər qeyri-hökumət təşkilatlarına şamil edilmir. |