İŞİD daha 50 nəfər müsəlmanı qətlə yetirdi
İŞİD daha 50 nəfər müsəlmanı qətlə yetirdi
Kütləvi qətl kampaniyası İraqın Ənbar vilayətində həyata keçirilib
İŞİD terror qruplaşması İraqda bu gün 50 nəfəri edam edib.
ANS PRESS-in məlumatına görə, İŞİD yaraqlıları onlara müqavimət göstərənlərə qarşı həyata keçirdikləri kütləvi qətl kampaniyası Ənbar vilayətində həyata keçirilib.
Məlumata görə, İŞİD tərəfindən güllələnənlər sünni müsəlmanlar olub.
Bir neçə gün əvvəl İraq hökümətindən verilən rəsmi açıqlamada deylirdi ki, Ramadi şəhəri yaxınlığında qəbiləyə aid 150-dən çox cəsədin basdırıldığı kütləvi məzar aşkar edilib. Qəbilə İŞİD-in Bağdadın qərbinə doğru genişlənməsinə müqavimət göstərir. 70-dən çox nəfər isə Hit qəsəbəsində qətlə yetirilib.
İŞİD yaraqlılarından biri bildirib ki, edamlar onlara müqavimət göstərən hər bir şəxsə şamil olunacaq.