Rasmussen: "NATO-nun Suriyaya müdaxilə etmək niyyəti yoxdur"
NATO-nun Suriyaya müdaxilə etmək niyyəti yoxdur. Bu cür bəyanatla çıxış edən NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib ki, Suriya rejimi istənilən halda xalqın legitim istəklərini həyata keçirməlidir. Onun sözlərinə görə, irəliyə gedən yol yalnız azadlıq və demokratiyadan keçir.
"Hər şeydən əvvəl mülki insanlara qarşı törədilən zorakılığa görə rejimi şiddətlə qınayıram və zorakılığa son qoyulmasını tələb edirəm. Rejim uzun sürəcək olan bu proses çərçivəsində xalqın istəklərinə qarşı gələ bilməyəcək. Bu bizim açıq ismarıcımızdır. Biz Suriyaya müdaxilə etməyəcəyik, çünki böhranın yeganə həll yolu Kofi Annanın sülh planları əsasında siyasi dialoqlardan keçir" - deyə Rasmussen qeyd edib

Yorumlar 485