"Sebastiyan" nəhayət ki, həbs edildi
"Sebastiyan" nəhayət ki, həbs edildi
Kolumbiyada narkotika ticarətində ölkənin ən böyük qruplaşmasının başçısı tutuldu
Kolumbiyada narkotika ticarətində ölkənin ən böyük qruplaşmasının başçısı həbs edilib. "Sebastiyan" ləqəbli narkobaron Erikson Varqas Kardonanı Kopakabana vilayətində polisin xüsusi əməliyyatı nəticəsində ələ keçirmək mümkün olub. Onun həbs edilməsi ilə bağlı açıqlama verən Kolumbiya prezidenti Xuan Manuel Santos bildirib ki, "Sebastiyan" tezliklə Birləşmiş Ştatlara ekstradisiya olunacaq.
"Sebastiyan Kopakabana əyalətində ələ keçirilib. O, şübhəsiz "Ofisina de Enviqado" cinayətkar qrupunun başçısıdır. Biz uzun müddətdir ki, onu axtarırdıq. İndi isə o, ekstradisiya olunacaq", - deyə Santos bildirib.
Qeyd edək ki, axtarışda olan zaman "Sebastiya"nın ünavanını deyənə 673 min dollar mükaft vəd olunub.
Yorumlar 352