«Cəмiyyətin və vətəndаş мünаsibətlərin inкişаfı» Ictimаi Birliyinin
Ermənistan silahlı qüvvələrinin atəşi nətic’sində Azərbaycan Respublikasının dinc sakinlərinin həlak olması ilə bağlı
BƏYANATI
2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən bir daha Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər məqsədyönlü şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulmuşdur. Nəticədə 1967-ci il təvəllüdlü yaşlı qadın Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak olmuş, digər mülki şəxs 1965-ci il təvəllüdlü qadın Quliyeva Səlminaz ağır yaralanmış və mülki obyektlər dağıdılmışdır.
Beynəlxalq birlik, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Ermənistan silahlı qüvvələrininin mülki əhalinin öldürülməsi də daxil olmaqla mülki ilə hərbi hədəfləri fərqləndirməyən hücumları müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətlədnirilməlidir.
“Cəmiyyətin və vətəndaş münasibətlərinin inkişafı” İctimai Birliyi olan gənclər adından bəyan ediirk ki, Ermənistan Respublikası Azərbaycana qarşı davam edən təcavüzə görə beynəlxalq hüququn pozuntularına görə tam beynəlxalq məsuliyyət daşıyır. 2017-ci il 4 iyulda Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kənd sakinləri 2 yaşlı Zəhra Quliyeva və 50 yaşlı Allahverdiyeva Sahibənin Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsinə həlak olması Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz, etnik təmizləmə və terror aktlarının davamı olan daha bir cinayətdir. Ermənistanın beynəlxalq hüquqa zidd əməlləri nəticəsində ortaya çıxan bu cür məsuliyyətə görə müvafiq sanksiyalara məruz qalmalı, sivil dünya qarşısında cavab verməldir.
Biz Azərbaycan vətəndaş cəmiyyyəti nümayəndələri dərin təəssüf hissi ilə bəyan edirik ki, Ermənistanın davamlı olaraq Azərbaycan Respublikasının dinc əhalisnə qarşı törətdiyi bu cür terror aktlarına adekvat qiymət verilmədiyindən bu siyasət məqsədyönlü şəkildə 25 ildir ki, ermənilər tərəfindən davam etdirilir.
Azərbaycan ictimai fəallları adından bir daha beynəlxalq birliyi və beynəlxalq təşkilatları Ermənistan Respublikası və onun rəhbər şəxslərinin bu cinayətlar əməllərinə hüquqi-siyasi qiymət verilməsinə, Ermənistanın təcüvüzünə son qoyulması ilə bağlı zəruri addımlar atılmasına, dinc sakinlərin, yaşlı insanların və uşaqların məqsədöyünlü şəkildə öldürülməsinə laqeyd qalmamağa çağırırıq.
Azərbaycan, Bakı
06 iyul 2017-ci il