«Vətən müharibəsi qazilərinə qayğı, vətənpərvərlik nümunəsidir» layihəsi çərçivəsində tədqiqat işi
“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi «Vətən müharibəsi qazilərinə qayğı, vətənpərvərlik nümunəsidir» layihəsi çərçivəsində
tədqiqat işi
Məlum olduğu kimi müharibədən çıxmış ölkələr, keçmiş döyüşçülərin, müharibə iştirakçılarının və əlillərinin reabilitasiyasi, mülki həyata uyğunlaşmasi problemi ilə rastlaşırlar. Belə ki, uzun müddət hərbi qulluqda olan, mülki həyatdan uzaqlaşmış, muharibə, döyüş şəraitində olan insanlar mülki həyata qayitarkən bir çox problemlərlə qarşılaşırlar. Bu özünü həm onların mənəvi-psixoloji durumunda, həm də yeni həyata fiziki və sosial adaptasiyasi prosesində də biruzə verir. Bir çox ölkələrdə insanların mülki həyata uyğunlaşa bilməməsi, cəmiyyətdə yerini tapa bilməməsi bir sıra neqativ halların yaranmasına səbəb olur. Təmsil etdiyimiz “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İB-də bu istiqamətdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi «Vətən müharibəsi qazilərinə qayğı, vətənpərvərlik nümunəsidir» layihəsini həyata keçirir. Diqqətinizə təqdim etdiyimiz sorğu anketi də layihənin tərkib hissəsidir. Məqəsədimiz , keçmiş döyüşçülərin, ehtiyatda olan zabitlərin, müharibə iştirakçılarının və əlillərinin vəziyyətini öyrənilməsi, onların ehtiyac və tələblərinin aşkarlanması, onların qarşılaşdığı problemləri öyrənilməsi, mənəvi və hüquqi yardima ehiyacı olanların, bu ehtiyacların mahiyyətini araşdırılmasına nail olmaqdır. Hesab edirik ki, cəmiyyətimizin mühüm və əhəmiyytəli bir təbəqəsi olan bu insanların problemlərinin həlli ciddi şəkildə həm dövlət səviyyəsində, həm də ictimaiyyət tərəfindən aparılmalıdır və bu prosesdə hər kəs iştirak etməlidir. Tədqiqta işinin yerinə yetirilməsində Azərbaycan Qarabağ Əlillər Cəmiyyətinin regional şöbələri, Azərbaycan Vətən Muharibəsi Veteranlari Birliyinin regional şöbələri, Ehtiyatda olan Zabitlər Konfederasiyasinin, Əfqanıstan Veteranlari İttifaqının rayon şöbələri, və s. fəal iştirak etmişdir.Metodologiya
Sosoiloji-tədqiqat işi özündə aşağıdakı fəaliyyətləri birləşdirib;
- Valideyn, və təıəbələr (şağirdlər) arasında aparilan sorğu;
- həmin ərazidətəhsil müəsissələrində müəllimlər arasında aparılan sorğu; - ekspertlərin rəyləri;
- sorğuların nəticələrinin müqayisəli təhlili;
Sosioloji-tədqiqat işi şərti olaraq 3 dövrə bölünmüşdü: 1) sorğuya hazırlıq, təşkilatı işlərin yekunlaşdırılması, respondentlərin müəyyənləşdiriliməsi, anketin tərtib olması, onun təsdiqi və çoxaldilması, 2) respondentlər arasında anketlərin paylanması, sorğunun keçirilməsi, 3) nəticələrin hesablanması, əldə olunmuş nəticələrə görə təhlilin aparılması.
Ərazi
Sorğu bütövlükdə ölkənin 3 regionunda - Bakı, Quba və Biləsuvar şəhərlərində və ətraf qəsəbə və kənddə həyata keçirilmiş və cəmi 370 respondenti əhatə etmişdir.
Respondentlər
Yuxarıda qeyd olunduğu kimi sorğular yuxarıda göstərilən ərazilərdə əhali arasında aparılıb. Lakin tədqiqat zamanı daha çox keçmiş döyüşçülərin, ehtiyatda olan zabitlərin, müharibə iştirakçılarının və əlillərin, həmçinin onların ailə üzvlərinin bu məsələlərə münasibətinin öyrənilməsi və obyektiv nəticənin ortaya qoyulması əsas məqsədlərdən idi. Bunun üçün anket tərtib edilmiş, respondentlərə paylanmışdır.
Sorğuda iştirak edənlərin 54,34% kişi, 43,47%-i qadın idi (İştirakçıların 2,19%-i isə bu haqda heç bir qeyd etməyiblər). Respontentlərin digər kriteriyalar üzrə təmsilşiliyi aşağıdakı kimidir.
Yaş: 18-25- 4,75%
25-35 – 44,58%
35-45 - 30,21%
45-55 – 10,58%
55 və daha artıq- 5,64%
(4,24% bu məlumatı qeyd etməyib)
Təhsil:
Ali- 53,77 %
Orta- 34,39%
natamam ali-5,7%
(6,14% bu məlumatı qeyd etməyib)
Əvvəlcədən qeyd etmək lazımdır ki, sorğunun nəticələrinin hesablanmasında rəqəmlərdə (% göstəricilərində) mümkün kiçik uyğunsuzluqlar və qeyri-dəqiqlikilər, bəzi respondentlərin bu və ya digər sualları cavablandırmamaları ilə əlaqədardır.
SORĞU ANKETİ
1. Siz və ya ətrafınızda (qohumlar, qonşular və s.) kimlərsə ehtiyatda olan zabit, ya müharibə iştirakçısı, ya da əlil və s. kimi statusa maliksinizmi və buna görə hər hansı bir imtiyazınıs, ya da güzəştiniz varmı?a) Bəli, həm də çox; 11,59%b) Bəli, amma imtiyazlardan istifadə edilmir; 14,63%
c) Bəli, amma heç bir imtiyaz və ya güzəşt yoxdur; 15,77%
d) Xeyr, ətrafdakılardan kiminsə də belə imtiyazlardan istifadə etdiyini
bilmirəm;10,64%
e) Xeyr, amma bundan xeyli adamın faydalandığını bilirəm;12,73%
f) Bəli, amma əvvəllər xeyli imtiyazlar var idi, indi yoxdur 25,46%
g) Digər, qeyd edin____________________________
Təşkilatımızın həyat keçirdiyi tədqiqat işi əslində ölkədə müzakirə və mübaghisələr səbəb olan bir neçə suala cavab axtarmaq və tapmaq üçün tutarlı materiallar toplamağa imkan verdi, desək yanılmarıq. Elə sorğu anketində 1-ci sualı kim qoyulmuş suala verilən cavablara görə ən azı iki məslə ilə bağlı heç də subyektivolmayan fikir söyləmək olar:
1) Vətəndaşların çox hissəsi (67,45%) ya özü ya da ətrafında kimsə ehtiyatda olan zabit, ya müharibə iştirakçısı, ya da əlil və s. kimi statusa malikdir. Demək bizim ölkədə insanların çoxu mütəmadi olaraq bu və ya digər formada bu qəbildən şəxslərlə ünsiyyətdə olur və onların problemləri ilə az və ya çox dərcədə tanışdılar. Zənnimizcə bu kifayət qədər böyük gıstəricidir və müharibə şəraitində yaşayan şlkə üçün normal bir
haldır. Bu göstərici bir daha sübut edir ki, bu insanların taleyinə biganə qalmaq, onların problerlə baş-başa buraxmaq olmaz, bu o demədir ki, ölkədə hər 4 nəfərdən təxminən 3 bunu hiss edəcək. Rəyi soruşulanların 23,37%-i isə ümumiyyətlə ətrafında nə ehtiyatda olan zabit, nə müharibə iştirakçısı, nə də əlil və s. olmadığını qeyd edir.
2) Digər tərəfdən isə sorğu iştirakçılarının 38,95%-i hesab edirsə ki, ehtiyatda olan zabit, ya müharibə iştirakçısı, əlil və s. kimi statusa malik olanlar kifayət qədər imtiyaz və güzəştlərə malikdirlər, əksinə 51,87%-i isə ya heç bir güzəşt və imtiyazların olmadığını, ya da bunların kifayət qədər olmadığını qeyd edirlər. Bu nəticələri daha dərindən təhlil etdikdə, daha maraqlı münasibətlərə rast gəlmək olar. Yəni, ya özü ya da ətrafında
kimsə ehtiyatda olan zabit, ya müharibə iştirakçısı, ya da əlil və s. kimi statusa malik olanlardan 26,22%-i kifayət qədər güzəşt və imtiyazların olduğunu etiraf edirsə, 41.23%-i hesab edir ki, heç bir imtiyaz və ya güzəşt yoxdur və əvvəllər vəziyyət daha yaxşı olub. Maraqlıdır ki, ümumiyyətlə yaxınlarında heç bir ehtiyatda olan zabit, nə müharibə iştirakçısı, nə də əlil və s. olmayan, bu cür insanlara təmasda olmayan insanların da imtiyaz və güzəştla bağlı fikirləri parçalanır. Onların da bəzisi (10,64%) “ətrafdakılardan kiminsə də belə imtiyazlardan istifadə etdiyini bilmədiyini” söyləsə də, digərləri (12,73%) isə hətta “bundan xeyli adamın faydalandığını bildiyini” qeyd etmişdir.
2. Keçmiş döyüşçülərə, ehtiyatda olan zabitlərə, müharibə iştirakçılarina və əlillərə dövlət qaygısının kifayət qədər qənaətbəxş hesab edirsinzimi?
a) Bəli; 13,68%
b) Bəli, amma yerlərdə məmurlar bu işə məsuliyyətsiz yanaşırlar; 17,67%
c) Müəyyən diqqət var, amma bu insanlara daha həssas yanaşmaq lazımdır;18,62%
d) Bir neçə il əvvəl vəziyyət daha yaxşı idi; 24,51%
e) Xeyr, 8,74%
f) Xeyr, amma bundan xeyli adamın faydalandığını bilirəm; 5,89%
g) Bu təbəqədən olan insanlara münasibət tamamilə pisdir; 7,79%
h) Digər, qeyd edin____________________________
Diaqrammadan göründüyü kimi, sorğuya cəlb olunmuş vətəndaşların əksəriyyəti (74,48%) keçmiş döyüşçülərə, ehtiyatda olan zabitlərə, müharibə iştirakçılarina və əlillərə dövlət qaygısının olduğunu bu və ya digər dərəcə təsdiqləyirlər. Lakin bu cür düşünən insanlardan xeyli hissə (24,51%) eyni zamanda vəziyyətin əvvələr daha yaxşı olduğunu da vurğulamağı unutmayıblar, 17,67%-i isə qayğının olmasına baxmayaraq, yerlərdə məmurların məsuliyyətsizliyinin görülən işlərə gölgə saldığını qeyd edirlər. Həmçinin respondentlərin 22,42%-i isə ümumiyyətlə dövlətin keçmiş hərbçilərə olan qaygısının kifayət qədər qənaətbəxş hesab etmirlər, bəzilər (7,79%) isə daha radikal münasibət bildirərək, bu təbəqədən olan insanlara münasibətin pis olduğunu qeyd etmişlər.
Düşünürük ki, ola bilsin ki, nəticələrə, xüsusi ilə bəzi iştirakçıların mövcud vəziyyəti əvvəlki illərlə müqyisəsinədn irəli gələn göstəriclərə bir neçə il əvvəl müharivə vetarnlarına tədbiq edilən bəzi vergi, kömrük, kommunal güzəştlətin ləğvi də təsirini göstərmişdir.
3. Sizcə keçmiş döyüşçülər, ehtiyatda olan zabitlər, müharibə iştirakçıları və əlillərinin hər hansı bir promlemlə üzləşirlərmi? Əgər problem varsa bu daha çox hansı sahədə özünü biruzə verir?
a) Heç bir problem yoxdur; 11,78%
b) Müəyyən problemlər var, amma tədricən həll edilir; 15,77%
c) Problem ola bilər var, amma qayğı da var; 17,67%
d) Problem var - daha çox işsizlikdir; 11,78%
e) Var və bu daha çox sağlamlığın bərpası ilə bağlıdır; 11,97%
f) Müavinat və yardımların həddən artıq aşağı olması problemdir; 14,63%
g) Veteranların evsizliyi;7,79%
h) Rəsmi strukturların münasibəti və diqqətsizlik;14,82%
i) Problemlər o qədərdir ki, hamısı da vacib; 15,77%
j) Digər, qeyd edin____________________________
Sorğunun cavablarından görünür ki, respondentlərin 11,78%-i keçmiş döyüşçülər, ehtiyatda olan zabitlər, müharibə iştirakçıları və əlillərinin hər hansı bir promlemlə üzləşmədyini deyirsə, əksəriyyət bu və ya digər formada problemlərin olduğunu qeyd edirlər. Yeri gəlmişkən sualları cavablandırarkən iştirakçılar bu problemlərin daha çox biruzə verdiyi sahələrə münasibəti fərqli olub. Yəni, rəyi soruşulanların 14,63%-i
“müavinat və yardımların həddən artıq aşağı olmasını”, 11,97%-i çox “sağlamlığın bərpasını”, 11,78%-i “işsizliyi”, 7,79% “evsizliyi” ən vacib problem hesabedirsə, 15,77%-i problemlərin hamısını vasib hesab edir, 14,82%-i sadəcə olaraq normal münasibət və diqqətə ehtiyacı olduğunu dilə gətirir və daha çox da “rəsmi strukturların münasibətindən” narazılğını bildirir. 33,44% cavablar isə problemlər olmasını
baxmayaraq qayğının da olduğunu və bunların tədricən həll olduğunu düşünənlərin mövqeyidir.
4. Ölkədə keçmiş döyüşçülərin, ehtiyatda olan zabitlərin, müharibə iştirakçılarının və əlillərinin problemlərinin həlli məqsədi ilə aparılan fəaliyyət sizi qane edirmi?
a) Bəli, tam; 17,86%
b) Qismən və lakin müəyyən islahatlara ehtiyac var; 28,5%
c) Tamamilə qane etmir, hesab edirəm ki, köklü dəyişiklərə ehtiyac var; (Təkliflərinizi qeyd edin) _______ 22,61% _______________________
d) Cavab verməkdə çətinlik çəkirəm 14,44%
e) Bu barədə düşünmürəm. 7,6%
Yuxarıda qeyd olunduğu kimi sorğu nəticələrindən aydın olud ki, bizimlə ünsiyyətdə olan vətəndaşların əksəriyyəti ölkədə keçmiş döyüşçülərin, ehtiyatda olan zabitlərin, müharibə iştirakçılarının və əlillərin bu və ya digər problemlərinin olmasını qeyd edərək, bu problerin daha çox hansı sahəyə aid olması barədə də öz münasibətlərini bildirmişlər. Bu sual isə məhz bu problemlərin adaran qaldırılması üçün aparılan fəaliyyətə münasibət öyrənmək məqsədi daşıyır. Göründüyü kimi rəyi soruşulanların təxminən yarısı (46,36%) bu fəaliyyət məqbul hesab edərək, bu istiqamətdə fəaliyyəti daha da genişləndirmək istəyini də biruzə vermişlər. Eyni zamanda bu fəaliyyətə tənqidi yanaşanlar və hətta tamamilə narazı qalanlar da az deyil (22,61%). Bu məsələ ilə bağlı fikir bildirməyə çətinlik çəkənləri (14,44%) bu sahədə məlumatsızlıq, informasiya qıtlığı və s. izah etmək olarsa, “bu barədə düşünməyənləri” (7,6%) isə yumşaq desək başa düşmək çətindir.
Digər tərəfdən sonuncu iki suala verilmiş cavabları müqayisəli təhlil etsək, belə nətcəyə gəlmək olar ki, “ölkədə keçmiş döyüşçülərin, ehtiyatda olan zabitlərin, müharibə iştirakçılarının və əlillərin bu və ya digər problemlərin olduğunu deyənlərin” yarısından çoxunu hətta bu problemlərin həlli üçün aparılan fəaliyyət də qane etmir.
5. İstefada olan hərbçilərin, müharibə iştirakçılarının və əlillərinin reabilitasiyasi, mülki həyata uyğunlaşması istiqamətində aparılan işlərin effektivliyini artırmaq məqsədi ilə hansı addımların atılması faydalı ola bilər? (bir neçə cavabın qeyd olunması mümkündür)
a) Qanunvericilikdə ciddi dəyiçikliklər etmək, 30,4%
b) Bu sahəyə məsul olan müvafiq strukturlarda ciddi islahatlar aparmalı, rüşvətxor məmurlar cəzalandirlmalı; 21,66%
c) İctimaiyyəti bu prosesə cəlb etmək, maarifləndirmə işini gücləndirmək; 14,63%
d) TV və digər kütləvi informasiya vasitələrində təbliğatı güclənidrmək; 16,72%
e) Bu insanları xüsusi qeydiyyata alaraq, dövlət qayğısı ilə təmin etmək; 13,68%
f) Digər, qeyd edin ________________________________________________
Əvvəlki suallarda ölkədə keçmiş döyüşçülərin, ehtiyatda olan zabitlərin, müharibə iştirakçılarının və əlillərin bu və ya digər problemlərin olub-olmaması barədə və problemlərin adaran qaldırılması üçün aparılan fəaliyyətə münasibət məlumat əldə etdik. Hazırkı nəticələr isə istefada olan hərbçilərin, müharibə iştirakçılarının və əlillərinin reabilitasiyasi, mülki həyata uyğunlaşması istiqamətində aparılan işlərin effektivliyini artırmaq məqsədi ilə faydalı ola biləcək tədbirlər haqdadır. Yəni, yuxarıda qeyd olunduğu kimi, bir halda ki, vətəndaşlar bu sahədə problemin olduğunu düşünürsə və bu poblemin aradan qaldırılması üçün aparılan fəaliyyəti qənaətbəxş hesab etmirlərsə, onda bəlkə daha effektiv yollar barədə rəyə ehtiyac var. Həqiqətəndə cavablardan göründüyü kimi, respondentlərdə bu məsələ ilə bağlı fikir müxtəlifliyi olsa da, onların əkəsriyyəti bu sahədə əsaslı islahatların aparılmasını, daha konkret və qəti tədbirlərin görülməsini istəyirlər. Belə ki, sorğu iştirakçılarının 30,4%-i hesab edir ki, “qanunvericilikdə ciddi dəyiçikliklər etmək” lazımdır, 21,66%-i “bu sahəyə məsul olan müvafiq strukturlarda ciddi islahatlar aparmağın, rüşvətxor məmurlar cəzalandirmağın” tələb edir. Rəyi soruşulanların 16,72%-i təbliğatı gücləndirməyin, 14,63%-i “ictimaiyyəti bu prosesə cəlb etmək, maarifləndirmə işini gücləndirməyin”, 13,68%-i isə “bu insanları xüsusi qeydiyyata alaraq, dövlət qayğısı ilə təmin etməyin” tərəfdarıdır.
6. Keçmiş döyüşçülərinə, ehtiyatda olan zabitlərə, müharibə iştirakçılarına və əlillərə hansı münasibət daha məqsədəuyğundur?
a) Məncə onlara həddən artıq diqqət və qayğı var; 8,74%
b) Veteranların elə bir xidmətləri olmayıb ki, onlara xüsusi münasibətdə olsun; 5,7%
c) Bu gün ölkəmizdə münasibət kifayət qədər yaxşıdır; 11,59%
d) Bu cür insanlara daha həssas yanaşmaq lazımdır; 14,63%
e) İnkişaf etmiş ölkələrdə olduğu kimi Dövlət Proqramı qəbul edilmədlir; 20,52%
f) Bu insanların psixoloji və sosoial reabilitasiyası üçün əsaslı tədbirlər görülməlidir; 13,68%
g) Yüksək müavinatlar verilməlidir; 9,69%
h) Bu insanlara munasibət elə olmalıdır ki, gələcək nəsillər üçün tərbiyəvi əhəmiyyət kəsb etsin; 9,88%
i) Digər, qeyd edin_________________________________________________
Tədqiqat zamanı bizi düşündürən bir məsələ də cəmiyyətin keçmiş döyüşçülərə, ehtiyatda olan zabitlərə, müharibə iştirakçılarına və əlillərə bu günkü münasibətini öyrənməklə yanaşı, gələcəkdə bunun necə olacağı, dövlətin bu qəbildən olan insanlara qarşı daha məqsədəuyğun münasibətlərin qurulması barədə fikir öyrənmək idi. Aldığımız nəticələdən aydın olur ki, bu gün belə ehtiyatda olan zabitlərə, müharibə iştirakçılarına və əlillərə ictimai münasibət birmənalı olmasa belə, çoxluq dövlət tərəfindən bu təbəqədən olan insanlara daha həssas yanaşmağın, qayğının artırılmasını, güzəştlərin verilməsini istəyir. Rəqəmlərin dili ilə desək, sorğuya cəlb edilmiş vətəndaşların 26,03%-inin fikirlərini ümumuiləşdirib belə qənaətə gəlmək olar ki, bu sahədə artıq nə isə etməyə ehtiyac yoxdur, nə edilibsə kifayətdir, əlavə tədbirlər əks reklsiyaya səbəb ola bilər. Bəziləri (5,7%) isə aşıq-aydın “veteranların elə bir xidmətləri olmayıb ki, onlara xüsusi münasibətdə olsun” deyərək, ehtiyatda olan zabitlərə, müharibə iştirakçılarına və əlillərə qarşı olan emosiyalarını gizlətmək istəməmişlər. Lakin, cavabların böyük çoxluğu isə bu sahədə daha müsbət dəyişikləri arzulayaraq, müxtəlif sahələr üzrə islahatların keçirilməsi, yeniliklərin gətirilməsi, yeni münaibətlərin formalaşması barədə fikir bildirmişlər; 20,52% Dövlət Proqramı qəbul edilməsinin, 14,63% “bu cür insanlara daha həssas yanaşmağın”, 13,68% “bu insanların psixoloji və sosoial reabilitasiyası üçün əsaslı tədbirlər görülməsinin”, 9,69% “yüksək müavinatların verilməsinin” vacibliyini önə çəkmiş, 9,88% isə hesab edir ki, “bu insanlara munasibət elə olmalıdır ki, gələcək nəsillər üçün tərbiyəvi əhəmiyyət kəsb etsin”. Əslində bu nəticələr istər cəmiyyət üçün, istərsə də müvafiq dövlət strukturları üçün, onların bu sahədə fəaliyyəti üçün yetərincə materialdır.
7. Siz, İstefada olan hərbçilərin, müharibə iştirakçılarının və əlillərinin reabilitasiyasi, mülki həyata uyğunlaşması məqsədi ilə aparılan hər hansı bir tədbirdə iştirak edirsinizmi? (bir neçə cavabın qeyd olunması mümkündür)
a) Bəzi layihələrin həyata keçirilməsində iştirak edirəm; 11,78%
b) Müntəzəm şəkildə tədbirlərdə iştirak edir; 13,68%
c) Yaxın adamların ehtiyaclarını ödəməkdə yardım edirəm; 14,25%
d) Nadir hallarda; 16,72%
e) Özümün köməyə ehtiyacım var; 17,48%
f) Prosesi yalnız KİV-də passiv şəkildə izləmişəm; 19,57%
g) İştirak edərdim amma, bu sahədə hər hansı bir fəaliyyət görmürəm; 15,39%
h) Bu problem məni maraqlandırmır və heç bir tədbirdə iştirak etmirəm.5,89%
Növbəti sualın cavabları isə ölkə vətəndaşlarının istefada olan hərbçilərin, müharibə iştirakçılarının və əlillərinin reabilitasiyasi, mülki həyata uyğunlaşması prosesində iştirak səviyyəsini, hər bir kəsin fərdi olaraq bu məsələyə yanaşma tərzini otraya qoyur. Nəticələrdən aydın olur ki, rəyi soruşulanların 39,71%-i prosesdə bu və ya digər formada iştirak edir və 16,72%-i isə bunu nadir hallarda edirlər. İstefada olan hərbçilərin, müharibə iştirakçılarının və əlillərinin reabilitasiyasi, mülki həyata uyğunlaşması məqsədi ilə aparılan hər hansı bir tədbirlərdə ümumyyətlə iştirak etməyənlərin sayı daha çoxdur (bütün cavabların 58,33%-i). Amma ədalət naminə qeyd edtmək lazımdır ki, bu mənada passiv olan insanlar arasında bunu obyektiv səbəblərlə izah etməyə çalışır və əslində belə bir istəyi olduğuna işarə edirlər. O cümlədən, yəqin ki, sorğu anketlərində “iştirak edərdim amma, bu sahədə hər hansı bir fəaliyyət görmürəm”(15,39%) və “özümün köməyə ehtiyacım var” (17,48%) cavablarını verənləri bu kateqoriyaya aid etmək lazımdır. Nəhayət, sorğuya cəlb edilmiş insanların 5,89%-i “bu problem məni maraqlandırmır və heç bir tədbirdə iştirak etmirəm” deyərək, öz insalıq və vətəndaşlıq mövqeyini bu cür biruzə vermişlər.
8. İstefada olan hərbçilərin, müharibə iştirakçılarının və əlillərinin reabilitasiyasi, mülki həyata uyğunlaşması işində effektivliyi atrıtmaq üçün, profilaktik tədbirlərin həyat keçirmək, ictimaiyyətlə əlaqələri inkişaf etdirmək, əhalini məlumatlandırılması və maarifləndiriməsi üçün hansı metodları və formaları səmərəli sayırsiniz? (bir neçə cavabın qeyd olunması mümkündür)
a) Televiziya və radio verilişləri, tok-şoular; 44,08%
b) İctimaiyyətin və bu sahəyə məsul olan rəsmi strukturlarla birgə tədbirləri; 43,13%
c) Qəzetlərdə və jurnallarda məqalələr;17,67%
d) İnternetdən istifadə; 18,62%
e) Dəyirmi masalar, müzakirələr və s.; 22,61%
f) Kütləvi tədbirlər; 21,47%
g) Əyani vəsaitlər, təbliğat materialları (plakatlar, bukletlər və s.); 14,63%
h) Digər, qeyd edin _________________________________________________
Ənənəvi olaraq anketin son sualı, istefada olan hərbçilərin, müharibə iştirakçılarının və əlillərinin reabilitasiyasi, mülki həyata uyğunlaşması işində effektivliyi atrıtmaq üçün,
profilaktik tədbirlərin həyat keçirmək, ictimaiyyətlə əlaqələri inkişaf etdirmək, əhalini məlumatlandırılması və maarifləndiriməsi üçün daha səmərəli hansı metodları və formaları müəyyənləşdirmək məqsədi daşıyırdı. Bu məsələdə də ənənəvi olaraq daha effektiv təbliğat-təşviqat, məlumatlandırma və maarifləndirimə vasitəsi kimi televiziya və radio birinciliyini (44,08%) hələ də qoruyub saxlayır. Lakin diqqəti çəkən fakt odur ki, rəyi soruşulanlar bu məsələdə “ictimaiyyətin və bu sahəyə məsul olan rəsmi strukturlarla birgə iştirak etdiyi tədbirlərin” əhəmiyyətini də yüksək qiymətləndirir (43,13%) və düşünürlər ki, bu cür tədbirlərin, birbaşa ünsiyyətlərin təsir imkanları daha real və effektli ola bilər. Göründüyü kimi bu tədbirin imkanlarına inananların sayı, TV pərəstişkarlarından dən cüzi fərqlənir. Həmçinin “dəyirmi masa və müzakirələr” bu istiqamətdə səmərəli üsul hesab edənlərdə (22,61%) yəqin ki, canlı ünsiyyət, əməkdaşlıq və s. kimi amilləri nəzərdə tutublar. Respondentlərin 18,62%-i həm də “internetdən istifadəni”, 21,47%-i həm də “kütləvi tədbirləri”, 17,67%-i həm də “qəzet və jurnalları”, 14,63%-i də həm də “əyani vəsaitlər, təbliğat materialları (plakatlar, bukletlər və s.)” məlumatlandırılma və maarifləndirimə səmərəli vasitəsi kimi qeyd etmişlər. Bu göstəricilərdə təssüf doğuran məsələ məlumatlandırılma və maarifləndirimə vasitəsi kimi çap KİV-ə olan münasibətdir ki, bu da bir tərəfdən həqiqətəndə qəzet və jurnalların oxucularının azalması və onun təsir imkanlarının azalması kimi izah edilə bilər, digər tərəfdən də ola bilsin ki, sorğuda iştirak edən vətəndaşlar məhz bu məsələdə qəzet və jurnalların effektiv olacağına inanmır, bu məsələdə digər vasitələrə üstünlük verirlər.