Əliyev Ərdoğana zəng vurdu
"Türkiyəni bundan sonra da heç bir qüvvə inkişaf və demokratiya yolundan döndərə bilməz".İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
ANS PRESS-in məlumatına görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı Türkiyədə hərbi çevriliş cəhdini qətiyyətlə pisləyərək bildirib ki, Azərbaycan xalqı və dövləti həmişə olduğu kimi Türkiyə xalqı və dövlətinin yanındadır. Prezident İlham Əliyev çevriliş cəhdinin qarşısının alınması nəticəsində həlak olanların ailə üzvlərinə və Türkiyə Prezidentinə başsağlığı verib, yaralılara şəfa arzulayıb.
Azərbaycan Prezidenti əminliyini ifadə edib ki, Türkiyəni bundan sonra da heç bir qüvvə inkişaf və demokratiya yolundan döndərə bilməz.
Türkiyə Prezidenti Prezident İlham Əliyevin və Azərbaycan xalqının göstərdiyi qardaşlıq mövqeyini yüksək qiymətləndirərək bildirib ki, Türkiyə rəhbərliyi ölkədə vəziyyəti normallaşdırmaq üçün bütün lazımi tədbirləri görməkdədir.
Daha əvvəl İlham Əliyev Rəcəb Tayyib Ərdoğana iyulun 15-dən 16-na keçən gecə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd ilə bağlı məktub ünvanlayıb.