Şuranın dəstəklədiyi layihə çərçivəsində Şamaxıda tədbir baş tutub
qhtxeber.az// “Cəmiyyətin və vətəndаş münаsibətlərin inkişаfı” İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı üzrə İctimai iştirakçılığın genişləndirilməsi ilə bağlı fəaliyyətin monitorinqi" layihəsi çərçivəsində Şamaxı rayonunda tədbir keçirilib.
qhtxeber.az-a daxil olan məlumaya görə, tədbirdə ekpert İ. Kərimov mövzu ilə əlaqədar məruzə edib, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat verib. Həmçinin tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı Həsən Səmədov da iştirak edib və mövzu ilə bağlı öz fikirlərini bölüşüb. Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
Tədbirdə layihə çərçivəsində hazırlanmış sorğu anketləri paylanıb və sorğu anketinin sualları iştirakçılar tərəfindən cavablandırılıb.