Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan başlayan hərbi təlimlər avqustun 10-dək davam edib. Genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti iştirak edib.
Bu hərbi təlimlər barədə hərbi ekspert Ramil Məmmədli Sonxeber.az-a geniş açıqlama verib.
Ramil Məmmədli bildirib ki, "Azərbaycan və Türkiyə arasında keçirliən irimiqyaslı təlim hərbi-texniki baxımdan ordumuzun Türkiyənin istifadə etdiyi müasir döyüş texnikaları ilə yaxından tanış olma imkanı verib":
"Azərbaycan hərbiçiləri NATO standartlarına cavab verən qərb müdafiə sənayəsinə məxsu olan silah və texnikalarla işləyərək bu istiqamət üzrə təcrübə qazandılar. Dünyanın ən güclü ordularından biri sayılan Türkiyə Sİlahlı Qüvvələrinin müxtəlif qoşun növləri üzrə döyüş bacarıqları ilə tanış oldular və döyüş idarə etmə üsulunu öyrəndilər.
Son illərdə Türkiyə ordusu Suriya , Liviya və İraqda çox uğurlu hərbi əməliyyatlar keçirib. Bu baxımdan müxtəlif qoşun növləri üzrə keçirilən birgə təlimlərdə ordumuz Türkiyə Silahlı Qüvvələrinin döyüşlərdə qazandığı təcrübələrdən yararlana bildi. Azərbaycan Silahlı Qüvvələri Türkiyənin öz sanəyisinə məxsus olan PUA-lar ilə işləmək və bu istiqamətdə döyüşlərin aparılması sahəsində böyük təcrübə qazandı. Burda ən əsas məqamlardan biri strateji müttəfiqimiz olan Türkiyə Sİlahlı Qüvvəlləri ilə döyüşün idarə olunması, planlaşdırılması, gələcəkdə hərbi əməliyyatlarda bir-bir ilə koordinasiyalı şəkildə hücum və ya müdafiə istiqamətində ola biləcək döyüşlərdə iki ordunun birgə fəaliyyəti üzrə işlər görüldü".
Ekspert, Türkiyə ilə irimiqyasılı hərbi təlimlər Azərbaycanın regionda tək olmadığını göstərdiyini qeyd edib:
"Digər tərəfdən hərbi-siyasi nöqtəyi nəzərdən məsələyə yanaşdıqda Azərbyacan regionda böyük üstünlük əldə edib. 12 iyulda Tovuzda baş verən döyüşlərdən sonra Ermənistan öz ərazisində Rusiya ilə birgə hərbi təlimlərə başlaması Azərbaycan üçün narahtlıq yartmışdı. Rusiya və Ermənistanın atdığı bu addımdan sonra hərbi əməkdaşlıq sazişinə əsasən Azərabyacanın Türkiyə ilə irimiqyasılı hərbi təlimlərinin keçirilməsi cavab həmləsi olmaqla yanaşı, Azərbaycanın regionda tək olmadığını göstərdi. İki dövlət arasında hərbi əməkdaşlıq sazişinə əsasən keçirliən irimiqyaslı təlimlər Ermənistan hökümətini qorxuya saldı. Bu barədə, hətta Ermənistanın bir neçə siyasətçisi, həmçinin orduya rəhbərlik edənlər bəyanatlar səsləndiriblər. Türkiyə kimi güclü orduya sahib olan dövlətlə bu səviyyədə hərbi strateji müttəfiqimizin olması, Azərbaycana həm hərbi güc, həm də hərbi-siyasi baxımından böyük üstünlüklər verir".