Korrupsiya əleyhinə mübarizədə yeni yanaşmalar
Bu mövzuda Bakıda beynəlxalq konfrans keçirilib
"Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin Inкişаfı" Ictimаi Birliyi"Diplomat" otelinin konfrans zalında “Korrupsiya əleyhinə mübarizə: yeni ideyalar, yeni yanaşma və yeni qüvvələr!” layihəsi çərçivəsində növbəti beynəlxalq konfrans keçirib.
Tədbirdə QHT və jurnalistlərlə yanaşı, dövlət qurumları- Respublika Prokurorluğu, Vergilər Nazirliyi, Dövlət Qulluğuna qəbul komissiyası və digər dövlər qurumları, beynəlxalq təşkilatların - BMT, USAİD, ATƏT, Kontrapart-İnternatiol", İREX və s., həmçinin xarici ölkə səfirliklərinin nümayənədələri iştirak etmişlər.
Konfransı giriş sözü ilə açan təşkilatın rəhbəri Əhməd N. Abbasbəyli layihə haqqında məlumat verərək, bu günə qədər əldə edilmiş uğurlardan, qarşıda duran vəzifələrdən danışıb. O, layihə çərçivəsində keçirilən beynəlxalq konfransın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sonra konfransın gündəlyinə uyğun olaraq “Freedom House” təşkilatının rəhbəri (Buxarest, Rumıniya) xanım Guseth Cristina Adriana, "Avropa Birliyinin Antikorrupsion təcrübəsi" mövzusunda, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin kordinatotu Əliməmməd Nuriyev "Azərbaycanda korrupsiyaya qarşı mübarizə: mövcud vəziyyət və perspektivlər" mövzusunda, “Junior Achievement Georgia” təşkilatının rəhbəri (Tbilisi, Gürcüstan), iqtisad elmlər doktoru Xanım Eka Geqeşidze "Korrupsiya problemi və Gürcüstan" mövzusunda, "Şəffaflıq Azərbaycan” təşkilatının İcraçı direktoru xanım Rəna Səfərəliyeva "Ölkədə şəffaflılğın yaradılması sahəsində "Transparency İntenational Azerbaijan" təşkilatının fəaliyyəti barədə" mövzusunda məruzələr etmişlər.