Sabah Bakıda korrupsiyaya qarşı “mübarizə” başlayır
Sabah Bakıda korrupsiyaya qarşı “mübarizə” başlayır
Noyabrın 11-də Bakıda keçiriləcək “Korrupsiyaya qarşı mübarizə: yeni yanaşma, yeni qüvvələr” beynəlxalq konfransın təşkilatçıları və qonaqları çərşənbə axşamı BMM-də mətbuat konfransı keçiriblər.
“Cəmiyyət-Vətəndaş Münasibətlərinin İnkişafı” ictimai birliyinin rəhbəri Əhməd Abbasbəyli korrupsiyanın ölkə qarşısında ən ağır problemlərdən biri kimi qaldığını deyib. Rəsmi Bakının bunu etiraf etdiyini, beynəlxalq qurumların hesabatlarında bu halın qeydə alındığı nəzərə çatdırılıb. Korrupsiyaya qarşı mübarizə ilə bağlı hökumətin bir sıra qanun və proqramlar işlədiyi qeyd edilib. Amma məsuliyyətin təkcə rəsmi qurumların aid olmadığı deyilib və vətəndaş cəmiyyəti korrupsiyaya qarşı mübarizə üçün fəallığa çağırılıb. İyulun 11-də keçirilən konfransda korrupsiyaya qarşı mübarizə təcrübəsi öyrənilərək, təkliflər şəkilində hökumətə təqdim ediləcəyi söylənilib.
Hüquqşünas Ə.Nuriyev korrupsiyaya qarşı mübarizədə yeni yanaşmanın tətbiq olunduğunu deyib. İndiyə kimi mübarizəni “rəsmi qurumlar-yerli vətəndaş cəmiyyəti institutları və beynəlxalq qurumlar” üçlüyü aparırdısa, indi regional təşkilatlar da bu mübarizəyə qoşulur. Ə.Nuriyev ölkədə korrupsiyanın yüksək səviyyədə olmasını xüsusi vurğulayıb, Azərbaycanın 183 ölkə arasında 143-cü olmasını bunun göstəricisi adlandırıb. Elektron hökumətin qurulmasının vacibliyi qeyd edilib. Belə ki, elektron hökumət modeli məmur-vətəndaş təmasını minimuma endirir, bu da korrupsiya hallarını azaldır. Ə.Nuriyev korrupsiya ilə bağlı nəqliyyat sahəsində bir xeyli problemlər yaşandığını bildirib. Ona görə də antikorrupsiya mexanizminin kompleks şəkildə işləməli olduğu, cəmiyyətin bu mübarizədə iştirak imkanları artırılmalıdır. Regional təşkilatlarla əməkdaşlığın korrupsiyaya qarşı mübarizədə beynəlxalq şəbəkələşməyə yardımçı olacağı xatırladılıb.
Rumıniya təmsilçisi, Freedom House təşkilatının Rumıniya rəhbəri Kristina Quest 2005-ci ildən ölkədə korrupsiyaya qarşı mübarizə başladığı, baş nazir və bir neçə nazirin, deputatın, merin korrupsiya ittihamı ilə həbsə alındığı deyilib. Korrupsiyaya qarşı mübarizədə ilk iş kimi məhkəmələrin siyasi təsirlərdən çıxarılaraq müstəqilliyinin təmin olunduğu nəzərə çatdırılıb.
Gürcüstandan olan iqtisadçı-alim Eko Kikaşidze Gürcüstanda islahatlar aparıldığını deyib. Korrupsiyanın kökü tam kəsilməsə də, səviyyəsinin aşağı düşdüyü deyilib. O, gömrük, polis, təhsil, səhiyyə və s. sahələrdə korrupsiyanın kökünün kəsildiyini söyləyib. (Turan)
Bütün hüquqlar qorunur.
Veb-saytın materiallarından istifadə zamanı "Deyerler" AIN-ə istinad (www.deyerler.org) zəruridir
Yorumlar 86