Putin və Poroşenko razılığa gəldilər
Putin və Poroşenko razılığa gəldilər
Prezidentlər arasında telefon danışığı olub
Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Pyotr Poroşenko arasında telefon danışığı olub.
ANS PRESS-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti açıqlama yayıb.
Açıqlamada bildirilir ki, telefon danışığında prezidentlər Ukraynanın şərqində gedən prosesləri müzakirə ediblər.
Münaqişə bölgəsində atəşkəs rejiminə əməl edilməsindən məmnunluq ifadə olunduğu bildirilir. Prezidentlər həmçinin, Donetsk və Luqansk vilayətlərinin sakinlərinə humanitar yardımın çatdırılması məsələlərinə də toxunub.
Vladimir Putin və Pyotr Poroşenko danışıqların davam etdirilməsinə dair razılığa gəliblər. (anspress.com)
ABŞ ordusu Ərbil və Mosul bəndi yaxınlığında yerləşən "islam Dövləti" (İŞİD) terror qruplaşmasına aid mövqelərə hava hücumları təşkil edib.
Misirin təşəbbüsü ilə İsrail və Fələstin arasında danışıqların yeni mərhələsinə başlanılıb.
Son günlər ABŞ tərəfindən İŞİD mövqelərinə endirilən aviazərbələr terrorçuların xeyli itki verməsinə səbəb olub.
Cəbhə xəttində düşmənin hücumunu dəf edərkən şəhid olan 1995-ci il təvəllüdlü Abdinov Hüseyn Etibar oğlu Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.




