İranlı deputatlardan "İsraili durdurun" çağırışı
İranlı deputatlardan "İsraili durdurun" çağırışı
"ABŞ və Qərb müttəfiqlərinin dəstəyini görən İsrailin bu hərəkətlərinə İslam ölkələri laqeydcəsinə şahidlik edir"
İran parlamentinin 210 millət vəkili BMT və İslam Əməkdaşlıq Təşkilatından İsrailin Fələstində həyata keçirdiyi hərbi əməliyyatları dayandırılmasını tələb edib.
ANS PRESS-in məlumatına görə, iranlı millət vəkilləri İsrailin Qəzzadakı hərbi əməliyyatları vəhşi cinayət adlandırıb:
"Mərhəmətsiz sionist rejim mübarək Ramazan ayında Qəzzada məzlum xalqı uşaq və qadın ayrı-seçkiliyi etmədən vəhşicə qətlə yetirir. ABŞ və Qərb müttəfiqlərinin dəstəyini görən İsrailin bu hərəkətlərinə İslam ölkələri laqeydcəsinə şahidlik edir".
BMT və İƏT-nın baş katibindən İsrailin günahkar elan olunmasını istəyən deputatlar Fələstin xalqının müdafiə olunmasını istəyiblər:
"İsrail, ABŞ və müttəfiqlərinin illərdir Suriyada reallaşdırmaq istədikləri hədəflərə çatmamaları ardından sıra ilə İraq və Fələstində yeni qarşıdurmalar yaratmağa başlayıblar. ABŞ və İsrail bunu çox yaxşı bilsin ki, bölgədə yandırdıqları bütün bu atəşin tüstüsü ən qısa zamanda onların öz gözlərini kor edəcək və bu cinayətlər sionist rejimin sonunu sürətləndirəcək".(anspress)