Qəzzada ölü sayı 500-ü ötdü
İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatları nəticəsində ölən fələstinlilərin sayı getdikcə artır. ANS PRESS-in məlumatına görə, Qəzzada son iki həftədə keçirilən əməliyyatlar zamanı 500-dən çox fələstinli ölüb, 3100-dən çox adam isə yaralanıb.
İsrail Qəzzada quru əməliyyatlara başlayandan sonra bölgədə ölənlərin sayı kəskin artıb. İsrail qırıcılarının bölgəni bombardman etməsi nəticəsində xeyli sayda yaşayış evi yerlə bir olub.
Təkcə ötən gün Xan-Yunis və Rafax şəhərlərində yaşayış məntəqələrinin bombalanması zamanı 9 nəfər ölüb. Onlardan 7-si uşaq olub.
Son məlumatlara görə, hazırda İsrail ordusu ilə Həmas hərəkatı arasında qızğın döyüşlər Qəzzanın mərkəzi hissəsində gedir. (anspress)