Azərbaycan Respublkası ədliyyə naziri yanında İctimai Komitənin üzvləri
Azərbaycan Respublkası ədliyyə naziri yanında İctimai Komitənin üzvləri BMT İnsan Hüquqları Şurasının Xüsusi Məruzəçiləri ilə görüşdü
Azərbaycan Respublkası ədliyyə naziri yanında İctimai Komitənin üzvləri BMT İnsan Hüquqları Şurasının Xüsusi Məruzəçiləri ilə görüşdü
« Cəmiyyəin və Vətəndaş Münasibətlərinin İnkişafı" İB-nin German Marşal Fondunun(BST) dəstəyi ilə həyata keçirdiyi "Post-sovet məkanında yeni siyasi vəziyyət: xalqlar arasında münasibətlərin yaxşılaşdırılmasında vətəndaş cəmiyyətinin rolu" layihəsi çərçivəsində 13 may tarixində Bakı şəhərində beynəlxalq konfrans keçirilmişdir. Məlumdur , son dövrlər dünyada, xüsusi ilə də regionda, o cümlədən postsovet məkanında baş verən hadisələr hamını, o cümlədən Azərbaycan vətəndaşlarını da natahat edir. Bir tərəfdən Türkiyə və Avropa ölkələrində baş verən terror aktları, müxtəlif yönümülü (radikal dini, milli-siyasi və s.) terrorçuların fəallaşması, digər tərəfdən Rusiyanın MDB-də yeni ilhaq addımlarının xofu dünyanı bürüyüb.Layihə ilk növbədə ölkədə Azərbaycan xalqının dinindən, dilindən, milli mənsubiyyətinədn asılı olmayaraq müxtəlif qrupları (rusdilli əhali, etnik azlıqlar və s.) arasında etimadın artırılması baxımından, həmçinin mövzu ilə bağlı araşdırmanının aparılması, məsələyə münasibətdə real mənzərənin ortaya qoyulması, ciddi problemlərin vaxtında qarşısının alınması, preventiv tədbirlərin görülməsi, əhali arasında maarifləndirmə işlərinin görülməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, bu tip işğalçılıq, xalqlar arasında nifaq salmaq, separatçılıq toxumu səpmək siyasətinin, qonşu dövlətlərdə sabitliyi pozmaq cəhdlərinin qarşısnı almaq baxımından əhəmiyyətli ola bilər.
Konfranda Ukraynadan, Gürcüstandan, Moldovadan və Azərbaycandan olan ekspertlər tərəfindən məruzələr edilmiş, regionda olan mövcud vəziyyət, bu problemlərin yaranma səbəbləri və həlli yolları müzakirə edilmişdir. Son da layihə çərçivəsində həyat keçirilmiş sosiloji-tədqiqat işiinii nəticələri açıqlanmışdır. Tədbirdə millət vəkilləri, siyasi partiya liderləri, təmsilçiləri, beynəlxalq təşkilatların, xariici ölkə səfirlklərin, QHT-lərin və mətbuat nümayəndələri iştirak edib.
Tədbirdə layihə çərçivəsində hazırlanmış "Post-sovet məkanında yeni siyasi vəziyyət: millətlərarası münasibətlər və separatizm" kitabınnda təqdimatı keçirilmişdir.
***
Media üçün əlaqə nömrəsi:
Public Association “Development of Society and Civil Relations”( DSCR ) | Baku, Azerbaijan
Tel: (+99 412) 511-38-21 | fax: (+ 99 412) 511-38-21 | e-mail: office@dev-cociety.org, dscr-center@hotmail.com | www.dev-society.org
Azərbaycan Dillər Universitetinin, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin və “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı”nin Universitetdə həayat keçirdikləri sorğunun nəticələri
Ölkədə gеdən prоsеslərin dаhа düzgün, dаhа оbyеktiv qiymətləndirilməsi üçün şəffаflğа böyük еhtiyаc vаr. İstənilən hаldа şəffаflıq şübhələri dаğıtmаqlа yаnаşı, bir çох mənfi mеyllərin qаrşısını аlа bilər. Məhz hər iki mənаdа tədbirlərin həyаtа kеçirilməsi və bu prosesdə vətəndaşların fəal iştirakı vаcibdir. Məhz bu sahədə səffaflığın yaradilmasını yardım etmək və bu prosesdə vətəndaşların maksimum iştirakina nail olmaqdir. Məqsədimiz cəmiyyətdəki istənilən аnlаmdаkı münаsibətlərə şəffаflıq gətirməklə yаnаşı, hеç оlmаsа gənc nəslin düzgün fоrmаlаşmаsınа yаrdım еtməkdir. Bu istiqаmətdə atılacaq аddımlаrdаn biri də yеrlərdə ələxüsus təhsil müəssiəsələrinin fəаliyyəti ilə tаnış оlmаq, mümkün problemləri onları yaradan səbəbləri və aradan qaldırılması yollarını araşdırmaq, həmin təşktilаtlаrdа şəffаflığın bərqərаr оlmаsınа yаrdım еtməkdir. Gələcəkdə ümumi işimizin keyfiyyətini artırmaq,təkmilləşdirmək, təhsil sistemində daha uğurlu islahatlara nail olmaq, fəaliyyəti daha səmərəli davam etdirmək və bu proseslərdə ictimai iştiarkçılığı gücləndirmək məqsədilə sosoioloji-tədqiqat işi aparmağı məqsədəuyğun sayırıq. Diqqətinizə təqdim edilən sorğu da Azərbaycan Dillər Universitetinin, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin və “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İB-nin birgə işi olaraq bu fəaliyyətin tərkib hissəsidir.
Diqqətinizə həyat keçirilən sorğunun qısa xülasəsini təqdim edirik. Sizi çox yormamaq üçün sorğunun metologiyası və s. barədə geniş izahat vermədən yalnız sorğu respontləri və onlarınmüəyyənləşdirilməsi barədə məlumatı təqdiç edərək, sorğunun nəticələrinin təhlilinə keçəcəyik.
[attachment=8]
Erməniləri qırmış rus əsgərin məhkəməsi yenidən aparılacaq.
Ermənistan Gümrü hərbi bazasında baş tutan Rusiya qarnizon məhkəməsinin Permyakova kəsdiyi 10 illik işə indi Ermənistan Məhkəməsində baxılacaq.
ANS PRESS-in məlumatına görə, avqustun 12-də keçirilən Rusiya qarnizon məhkəməsi Permyakovu fərarilik və silah oğurluna görə on il müddətinə azadlıqdan məkhum edib.
Rusiya İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin bu barədə çıxışında bildirib ki, 7 Ermənistan vətəndaşını qətlə yetirən Permyakovun məhkəməsi bu dəfə Ermənistanın aidiyyəti orqanları tərəfindən aparılacaq. Proses Ermənistan məhkəməsində keçsə də, lakin sonda qərar yenə də Rusiya qanunlarına uyğun olaraq veriləcək.
Tədqiqatçıların sözlərinə görə, yanvarın 12-də özbaşına hərbi xidməti tərk edən Permyakov daha sonra Avetisyan əiləsinə gəlib, ailənin 6 üzvünü güllələyib, 6 aylıq körpəsini yaralayıb.
Hadisə Ermənistanda güclü səs-küyə səbəb olub. Ermənistan höküməti cinayətkarın Rusiya məhkəməsi tərəfindən lazımı cəzanın verilməməsindən ehtiyatlanaraq, onu yerli hüquq-mühafizə orqanlarına təhvil verməyi tələb edib.
Rusiya və Ermənistan hakimiyyət orqanlarının bağladıqları müqaviləyə görə, Gümrü hərbi bazasında keçirilən Rusiya hərbi qarnizon məhkəməsində Permyakova yalnız silah oğurluğu və fərariliyə görə iş kəsiləcək. Ermənistan məhkəməsi isə ona 7 vətəndaşı öldürdüyünə görə hökm oxuyacaq. (anspress.com)
Obama Pentaqona səfəri zamanı bildirib ki, buna əsas səbəb silahlıların mülki insanlar arasında gizlənməsidir.
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama İŞİD qruplaşmasına qarşı mübarizənin asan olmadığını etiraf edib. Obama Pentaqona səfəri zamanı bildirib ki, buna əsas səbəb silahlıların mülki insanlar arasında gizlənməsidir. Bununla belə, Obama İraq və Suriyada İŞİD-ə qarşı mübarizədə irəliləyişin də olduğunu deyib.
“İŞİD üzərində qələbə dərhal mümkün olmayacaq. Bu, uzunmüddətli bir kampaniyadır. İŞİD hiyləgər və çevikdir. İraq və Suriyada onlar günahsız insanların arasında gizlənirlər. Onların aşkarlanıb məhv edilməsi isə müəyyən vaxt tələb edir. Bunu etmək yerli hərbi qüvvələrin əsas vəzifəsi olmalıdır. Biz isə, hərbi təlimlər və havadan dəstəklə onlara kömək edəcəyik”
Obama vurğulayıb ki, anti-İŞİD koalisiyası indiyə qədər bu qruplaşmaya məxsus minlərlə strateji mövqelərə 5 mindən çox aviazərbə endirib. Onun sözlərinə görə, İŞİD-in İraq və Suriyadakı son günlərdəki uğursuzluqları bu qruplaşmanın, əslində, məğlubedilməz olmadığını göstərir.
Obama İŞİD-in, eyni zamanda, Amerika Birləşmiş Ştatlarında da özünə tərəfdar toplamağa çalışdığı barədə xəbərdarlıq edib. Ağ Ev rəhbəri qeyd edib ki, təəssüf ki, Amerika hökuməti İŞİD-in çağırışlarına aldanan insanların yerini və planlarını əvvəlcədən müəyyən etməyə qadir deyil. (anspress.com)
Fələstin XİN: "Vatikanla imzalanan sənəd azadlıq və ləyaqət haqqımızı dünyaya tanıdacaq"
Vatikan ilə Fələstin dövləti arasında ilk mühüm müqavilə imzalanıb.
ANS PRESS-in məlumatına görə, Vatikan 2012-ci ildən Fələstini de-fakto olaraq tanıyır. İsrail bu razılaşmanı tələsik addım kimi qiymətləndirib və sülh danışıqlarının inkişaf perspektivinə təhlükə sayır. Həmçinin bunun Vatikanla diplomatik münasibətlərə də təsir göstərəcək.
Fələstin muxtariyyətinin nəzarətində olan ərazilərdə Katolik Kilsəsinin fəaliyyəti haqqında müqavilə həm də Papa Fransisin rəhbərliyi altında Vatikanın xarici siyasətinin daha fəal rolundan xəbər verir. Keçən il o, Birləşmiş Ştatlar və Kuba ilə tarixi əlaqələrin bərpasında vasitəçi olmuşdu.
İmzalama mərasimində Vatikanın xarici işlər naziri arxiyepiskop Paul Gallagher deyib ki, bu saziş uzun tarixə malik İsrail-Fələstin münaqişəsinə son qoyulması yönündə stimul olacaq. Biz tərəfləri birbaşa sülh danışıqlarına dəvət edirik. Bu, əlbəttə cəsarətli qərar tələb edir, amma bu həm də regionda sabitliyə və sülhə böyük töhfə olar. Bu razılaşma din və vicdan azadlıqları sahəsində başqa ərəb-müsəlman ölkələri üçün model ola bilər."
Fələstinin xarici işlər naziri Riad Al-Maliki söyləyib ki, bu, Fələstin xalqının müqəddəratını təyin etmə, müstəqil dövlətində azadlıq və ləyaqət haqqının tanınmasına yardımçı olacaq.
Ümumiyyətlə, BMT-nin 135 ölkəsi Fələstini tanıyıb. Bu, ümumi sayın 70 faizidir. Müqayisə üçün, BMT-nin 193 üzvündən 160-ı İsraili dövlət kimi tanıyıb. Ötən ilin oktyabrında İsveç birinci böyük Avropa ölkəsi olaraq Fələstini tanıdı. Bu isə İsrailin ittihamlarına və onlar arasında gərginliyə səbəb oldu.
Avropa İttifaqı ümumilikdə Fələstini dövlət kimi tanımayıb. Onlar da ABŞ kimi eyni izahatı verirlər - Fələstin birtərəfli tanınma yolu ilə yox, İsraillə danışıqların nəticəsində müstəqil ölkə ola bilər.
Xatırladaq ki, Vatikan Yaxın Şərqdə böyük diplomatik rola malik olmaqda xüsusilə maraqlıdır. Münaqişələr üzündən xaçpərəstlər burdan - Suriya, İraq və başqa ölkələrdən qaçırlar. İsraildə və Fələstin ərazilərində əksəriyyəti fələstinli olmaqla, 100 minədək roma, yunan-melkit ayinli katolik var. (anspress.com)
Ticarət naziri: "Aİİ-yə üzvlüklə bağlı Rusiya ilə danışıqlara başlanılacaq"
Misir hakimiyyəti Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olmaq barədə danışıqlara başlamağa hazırlaşır.
ANS PRESS-in məlumatına görə, bu barədə Misirin ticarət naziri Munir Faxri Abdel Nurun Avrasiya İqtisadi Komissiyasının sədri Viktor Xristenko ilə görüşündə qərar qəbul oluna bilər.
Munir Faxri Abdel Nur deyib: "Biz bu məsələ ilə bağlı Misirin mövqeyini müzakirə edəcəyik və müxtəlif sektorlarda azad ticarət zanasının yaradılması haqqında fikir mübadiləsi aparacağıq. Əminəm ki, yaxın günlərdə Aİİ-yə üzvlüklə bağlı danışıqların başlanması tarixi müəyyənləşdiriləcək."
Onun sözlərinə görə, Rusiya ilə Misirin münasibətləri çox yaxşı vəziyyətdədir.
Xatırladaq ki, bu ilin fevralında Rusiya və Misir azad ticarət zonasının yaradılması haqqında razılıq əldə edib. (anspress.com)
Onlar Yunanstanı defoltdan çıxarmaq üçün təcili görüş keçirəcəklər
Avropa ölkələrinin liderləri iyunun 22-də fövqəladə iclas keçirəcəklər. Məqsəd Yunanstan defoltunun qarşısını almağa cəhdlə bağlıdır.
ANS PRESS-in məlumatına görə, bundan əvvəl 19 ölkənin maliyyə nazirlərinin Lüksemburq görüşündə nəticə əldə olunmayıb. Tərəflər Yunanstana “islahatlar qarşılığında nəğd pul” maliyyə yardımı proqramı ilə bağlı razılığa gəlməyiblər.
Yunanıstan 12 gündən sonra Beynəlxalq Valyuta Fonduna əsaslı kredit ödənişini həyata keçirməlidir. Fondun rəhbəri Kristin Lagard bildirib ki, heç bir vaxt uzadılmasından söhbət gedə bilməz, defoltun elan olunacağı istisna deyil.
Avropa Mərkəzi Bankı da xəbərdarlıq edib ki, iyunun 22-dən Yunanstanda banklar açılmayacaq.
Xatırladaq ki, iyunun 15-17-də Yunanstanda əmanətçilər hesablarından təqribən 2 milyard avro geri çəkiblər. Bu məbləğ Avropa Mərkəzi Bankının bu həftə Yunanstan banklarına verməyə zamin olduğu məbləğdən iki dəfə çoxdur. (anspress.com)
Kreml Afinanın BVF-yə olan borcunu geri qaytarması üçün kömək edəcəkmi?
Rusiyanın Yunanıstana borc verib-verməməsi bü gün bəlli olacaq.
ANS PRESS-in məlumatına görə, bu gün Rusiya prezidenti Vladimir Putin və Yunanstanın baş naziri Aleksis Sipras arasında görüş planlaşdırılıb.
Yunanstanın baş nazirinin bu ilin aprelindən Rusiyaya ikinci səfəri olacaq. O, Rusiya prezidenti ilə görüşdən sonra Sankt-Peterburqda işə başlayan iqtisadi foruma qatılacaq.
Maraqlıdır ki, Rusiya Yunanstanın Beynəlxalq Valyuta Fonduna borcunu geri qaytarması üçün kömək edəcəyi barədə verdiyi vədi yerinə yetirməsi maraq doğursa da, amma real görünmür. Çünki Rusiyanın yüksək vəzifəli şəxsləri Yunanstana borcun verilib-verilməyəcəyi barədə açıqlama verməkdən boyun qaçırıblar.
Xatırladaq ki, Yunanstan Avropa İttifaqı ilə danışıqlarda və Beynəlxalq Valyuta Fonduna borcunu geri qaytarmaqda dalana dirənib. Yardımları çıxmaq şərtilə iyunun 30-dək ödənilməli olan borcun məbləği 1,8 milyard dollardır.
Bu arada Avrozona ölkələrinin liderləri də Yunanstanla bağlı iyunun 22-də fövqəladə iclas keçirəcəklər. (anspress.com)
Çində Yantszı çayında axtarışlar davam edir
Çində Yantsızı çayında qəzaya uğrayan "Şərq ulduzu" teploxodunun sərnişin və heyət üzvlərindən daha 7 nəfərin meyiti xilasedicilər tərəfindən sudan çıxarılıb. Bununla da, qəza nəticəsində həlak olanların sayı 82-ə çatıb.
Son üç sutka ərzində aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində 14 nəfər xilas edilib. İtkin düşən 360 nəfər arasında sağ qalanların tapılması ehtimalı isə çox azdır.
Hazırda xilasedicilər itkin düşənlərin axtarışını sürətləndirmək üçün gəmini sudan çıxartmağa çalışırlar. Bu gün səhər saatlarınadək gəminin korpusunu 90 dərəcə çevirmək mümkün olub, teploxodun göyərtəsi görünməyə başlayıb. (anspress)