ABŞ prezidenti Barak Obama etiraf etdi
ABŞ prezidenti Barak Obama etiraf etdi]
Obama Pentaqona səfəri zamanı bildirib ki, buna əsas səbəb silahlıların mülki insanlar arasında gizlənməsidir.
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama İŞİD qruplaşmasına qarşı mübarizənin asan olmadığını etiraf edib. Obama Pentaqona səfəri zamanı bildirib ki, buna əsas səbəb silahlıların mülki insanlar arasında gizlənməsidir. Bununla belə, Obama İraq və Suriyada İŞİD-ə qarşı mübarizədə irəliləyişin də olduğunu deyib.
“İŞİD üzərində qələbə dərhal mümkün olmayacaq. Bu, uzunmüddətli bir kampaniyadır. İŞİD hiyləgər və çevikdir. İraq və Suriyada onlar günahsız insanların arasında gizlənirlər. Onların aşkarlanıb məhv edilməsi isə müəyyən vaxt tələb edir. Bunu etmək yerli hərbi qüvvələrin əsas vəzifəsi olmalıdır. Biz isə, hərbi təlimlər və havadan dəstəklə onlara kömək edəcəyik”
Obama vurğulayıb ki, anti-İŞİD koalisiyası indiyə qədər bu qruplaşmaya məxsus minlərlə strateji mövqelərə 5 mindən çox aviazərbə endirib. Onun sözlərinə görə, İŞİD-in İraq və Suriyadakı son günlərdəki uğursuzluqları bu qruplaşmanın, əslində, məğlubedilməz olmadığını göstərir.
Obama İŞİD-in, eyni zamanda, Amerika Birləşmiş Ştatlarında da özünə tərəfdar toplamağa çalışdığı barədə xəbərdarlıq edib. Ağ Ev rəhbəri qeyd edib ki, təəssüf ki, Amerika hökuməti İŞİD-in çağırışlarına aldanan insanların yerini və planlarını əvvəlcədən müəyyən etməyə qadir deyil. (anspress.com)