«Cənubi Qafqazad təhlükəszilik və separatizm» mövzusunda konfrans
24-25 dekabr 2017-ci il tarixdə Bakı şəhərində «Cənubi Qafqazad təhlükəszilik və separatizm» mövzusunda konfrans keçirilmişdir
24-25 dekabr 2017-ci il tarixlərində Bakı şəhərində MQG-nin komnfrans salonunda Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd N. Abbasbəylinin təşəbbüsü və təşkilatçılığı ilə «Cənubi Qafqazad təhlükəszilik və separatizm» mövzusunda konfrans keçirilmişdir. Gürcüstanın “Tərkisilah və qeyri-zorakılıq” («Разоружение и Ненасилие») Təşkilatı ilə Kanadının CFLİ təşkilatının əməkdaşlıq çərçivəsində hazırlanan konfransın əsas məqsədi regionda separatizm meyllərinin aradan qaldırılması, təhlükəsizlik və sabitlik naminə xalqlar arasında inteqrasiyanın artırılması və bu prosesdə vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi idi. Konfransda Gürcüstandan olan, tanınımış ekspertlər Rimma Gelenava və İrma Gelenava iştiark etmişlər. Həm Gürcütandan olan ekpertlər, həm də Azərbaycandan olan vətəndaş cəmiyyəti təmsilçiləri məruzə ilə çıxış edərək, regionda və Azərbaycanda separatizmin törətdiyi fəsadlardan, dövlətlərin ərazi bötüvlüyünə hörmətlə yanaışlması vacibliyindən danışmışlar.