Bakıda "Cənubi Qafqazada təhlükəszilik və separatizm" mövzusunda konfrans keçirilib


Newscenter.az-ın xəbərinə görə, Gürcüstanın “Tərkisilah və qeyri-zorakılıq” Təşkilatı ilə Kanadının CFLİ təşkilatının əməkdaşlıq çərçivəsində hazırlanan konfransın əsas məqsədi regionda separatizm meyllərinin aradan qaldırılması, təhlükəsizlik və sabitlik naminə xalqlar arasında inteqrasiyanın artırılması və bu prosesdə vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi idi.
Konfransda Gürcüstandan olan, tanınımış ekspertlər Rimma Gelenava və İrma Gelenava iştiark etmişlər. Həm Gürcütandan olan ekpertlər, həm də Azərbaycandan olan vətəndaş cəmiyyəti təmsilçiləri məruzə ilə çıxış edərək, regionda və Azərbaycanda separatizmin törətdiyi fəsadlardan, dövlətlərin ərazi bötüvlüyünə hörmətlə yanaışlması vacibliyindən danışıblar.