Bakıda "Cənubi Qafqazada təhlükəszilik və separatizm" mövzusunda konfrans keçirilib
Bakı şəhərində Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri Əhməd N. Abbasbəylinin təşəbbüsü və təşkilatçılığı ilə "Cənubi Qafqazada təhlükəszilik və separatizm" mövzusunda konfrans keçirilib. "OLAYLAR" xəbərinə görə, Gürcüstanın "Tərkisilah və qeyri-zorakılıq" Təşkilatı ilə Kanadının CFLİ təşkilatının əməkdaşlıq çərçivəsində hazırlanan konfransın əsas məqsədi regionda separatizm meyllərinin aradan qaldırılması, təhlükəsizlik və sabitlik naminə xalqlar arasında inteqrasiyanın artırılması və bu prosesdə vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi idi. Konfransda Gürcüstandan olan, tanınımış ekspertlər Rimma Gelenava və İrma Gelenava iştiark etmişlər. Həm Gürcütandan olan ekpertlər, həm də Azərbaycandan olan vətəndaş cəmiyyəti təmsilçiləri məruzə ilə çıxış edərək, regionda və Azərbaycanda separatizmin törətdiyi fəsadlardan, dövlətlərin ərazi bötüvlüyünə hörmətlə yanaışlması vacibliyindən danışıblar.