Azərbaycan ekspertləri beynəlxalq konfransda iştirak ediblər
Azərbaycan ekspertləri beynəlxalq konfransda iştirak ediblər
01-04 noyabr 2017-ci il tarixdə Tbilisi şəhərində keçirilmiş «Cənubi Qafqazad təhlükəszilik və separatizm» mövzusunda beynəlxalq konfransında Azərbaycan ekspertləri iştirak edib
01-04 noyabr 2017-ci il tarixlərində Tbilisi şəhərində Gürcüstanın “Tərkisilah və qeyri-zorakılıq” («Разоружение и Ненасилие») Təşkilatı ilə Kanadının CFLİ təşkilatının birgə hazırladıqları «Cənubi Qafqazad təhlükəszilik və separatizm» mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbir regionda separatizm meyllərinin aradan qaldırılması, təhlükəsizlik və sabitlik naminə xalqlar arasında inteqrasiyanın artırılması və bu prosesdə vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi məqsədilə keçirilib.
Konfransda Cənubi Qafqazdan bir sıra tanınmış ekspertlər iştirak edirdilər. Azərbaycanı tədbirdə “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd N. Abbasbəyli və «Rezonans» Gənclərin Ictimаi Birliyinin İH-nin üzvü Uğur Nuri təmsil edib.
Hər iki ekspert məruzə ilə çıxış edərək, regionda və Azərbaycanda separatizmin törətdiyi fəsadlardan, dövlətlərin ərazi bötüvlüyünə hörmətlə yanaışlması vacibliyindən danışıblar. İki gün davam edən tədbirdə gərgin müzakirələrdə ekspertlərimiz bu kimi məsələlərdə Azərbaycan Respublikasının mövqeyini müdafiə ediblər. Konfransadan sonra ekspertlər Marneuli şəhərində həmyerlilərimizlə görüş keçirmiş, rayonda fəaliyyət göstərən azərbaycanlıların yaratdığı ictimai təşkilatlar, ictimai-siyasi fəal insanlarla müxtəlif məsələləri müakirə ediblər.