Azərbaycan ekspertləri beynəlxalq konfransında iştirak ediblər
Azərbaycan ekspertləri beynəlxalq konfransında iştirak ediblər
Tbilisi şəhərində 01-04 noyabda Gürcüstanın “Tərkisilah və qeyri-zorakılıq” («Разоружение и Ненасилие») Təşkilatı ilə Kanadının CFLİ təşkilatının birgə hazırladıqları «Cənubi Qafqazad təhlükəszilik və separatizm» mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirin əsas məqsədi regionda separatizm meyllərinin aradan qaldırılması, təhlükəsizlik və sabitlik naminə xalqlar arasında inteqrasiyanın artırılması və bu prosesdə vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi idi. Konfransda Cənubi Qafqazdan bir sıra tanınmış ekspertlər iştirak edirdilər. Azərbaycanı tədbirdə “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd N. Abbasbəyli və «Rezonans» Gənclərin İctimаi Birliyinin İH-nin üzvü Uğur Nuri təmsil edirdilər. Hər iki ekspert məruzə ilə çıxış edərək, regionda və Azərbaycanda separatizmin törətdiyi fəsadlardan, dövlətlərin ərazi bötüvlüyünə hörmətlə yanaışlması vacibliyindən danışmışlar. İki gün davam edən tədbirdə gərgin müzakirələrdə ekspertlərimiz bu kimi məsələlərdə Azərbaycan Respublikasının mövqeyini müdafiə etmişlər. Konfransadan sonra ekspertlər Marneuli şəhərində həmyerlilərimizlə görüş keçirmiş, rayonda fəaliyyət göstərən azərbaycanlıların yaratdığı ictimai təşkilatlar, ictimai-siyasi fəal insanlarla müxtəlif məsələləri müzakirə ediblər.