“Korrupsiyaya qarşı son illər ciddi islahatlar aparılsa da...”

Əhməd Abbasbəyli: “Məqsədimiz korrupsiyaya qarşı aparılan mübarizəni intensivləşdirmək, köklü dəyişiklərə nail olmaq və dövlətin həyata keçirdiyi tədbirlərdə fəal iştirak etməkdir”
“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərlə bağlı suallarımızı cavablandırıb.
-Əhməd müəllim, rəhbəri olduğunuz təşkilat korrupsiyaya qarşı mübarizə istiqamətində hansı işlər həyata keçirib?
-Təşkilatımız 7 ildən çoxdur ki, ölkədə şəffaflığın bərqərar olması, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ilə bağlı müxtəlif layihələr, tədbirlər həyata keçirir. Bununla əlaqədar, ölkə ərazisində müxtəlif istiqmətlər üzrə sosiloji-tədqiqatlar keçirmiş, monitorinqlər aparmış, dəyirmi masalar keçirmiş, ictimai müzakirələr təşkil etmiş, müxtəlif növ çap məhsulları hazırlamışıq. Təşkilatımızın təşəbüsü ilə müxtəlif vaxtlarda yerlərdə vətəndaşlara hüquqi yardım, ərizə və şikayətlərin müvafiq strukturlara çatdırılması məqəsdi ilə məsləhət otaqları fəaliyyət göstərib.
Uğurlu işlərimizin biri də elə ötən il Bakıda təşkil olunmuş “Korrupsiyaya qarşı mübarizə: yeni ideyalar, yeni qüvvələr” mövzusunda Beynəlxalq Konfarnsı oldu. Konfarnsın işində xarici ekspertlər, dövlət qurumlarının nümayəndələri, səfirliklərin və ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, yerli QHT-lər, KİV və s. iştirak edirdi. Konfransın nəticəsi olaraq Azərbaycanın, Rumıniyanın, Ukraynanın, Gürcüstanın vətəndaş cəmiyyəti institutları “Qara dəniş Ölkələri QHT-lərinin Antikorrupsiya Şəbəkəsinin “ yaradılması təşəbbüsü ilə çıxış etdilər. Həqiqtən bu maraqlı, səmərəsi ola biləcək bir təşəbbüsdür. Hal-hazırda da bu istiqamətdə işlər davam edir. Biz bu təşəbbüsə qoşulmaq üçün Qara dəniş hövzəsində olan digər ölkələrin vətəndaş cəmiyyəti institutlarına da müraciət etmişik. Bu günə Moldovadan olan həmkarlarımız da bizə qoşulmaq istəklərinin bildiriblər. Amma etiraf edim ki, proses gözlədiyimizdən zəif gedir. Bunun da bir neçə səbəbi var... Amma inanıram ki, bu fikri tam mənada realaşdırmaq mümkün olacaq.