Bakıda beynəlxalq konfrans: “Post-sovet məkanında yeni siyasi vəziyyət”
Bakıda beynəlxalq konfrans: “Post-sovet məkanında yeni siyasi vəziyyət”
qhtxeber.az// “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin German Marşal Fondunun (BST) dəstəyi ilə həyata keçirdiyi “Post-sovet məkanında yeni siyasi vəziyyət: xalqlar arasında münasibətlərin yaxşılaşdırılmasında vətəndaş cəmiyyətinin rolu” layihəsi çərçivəsində Bakı şəhərində beynəlxalq konfrans keçirilib.
Məlum olduğu kimi, son dövrlər dünyada, xüsusi ilə də regionda, o cümlədən postsovet məkanında baş verən hadisələr hamını, o cümlədən Azərbaycan vətəndaşlarını da narahat edir. Bir tərəfdən Türkiyə və Avropa ölkələrində baş verən terror aktları, müxtəlif yönümlü (radikal dini, milli-siyasi və s.) terrorçuların fəallaşması, digər tərəfdən Rusiyanın MDB-də yeni ilhaq addımlarının xofu dünyanı bürüyüb.
Layihə ilk növbədə ölkədə Azərbaycan xalqının dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq müxtəlif qrupları (rusdilli əhali, etnik azlıqlar və s.) arasında etimadın artırılması baxımından, həmçinin mövzu ilə bağlı araşdırmanın aparılması, məsələyə münasibətdə real mənzərənin ortaya qoyulması, ciddi problemlərin vaxtında qarşısının alınması, preventiv tədbirlərin görülməsi, əhali arasında maarifləndirmə işlərinin görülməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, bu tip işğalçılıq, xalqlar arasında nifaq salmaq, separatçılıq toxumu səpmək siyasətinin, qonşu dövlətlərdə sabitliyi pozmaq cəhdlərinin qarşısını almaq baxımından əhəmiyyətli ola bilər.
Konfransda Ukraynadan, Gürcüstandan, Moldovadan və Azərbaycandan olan ekspertlər tərəfindən məruzələr edilib, regionda olan mövcud vəziyyət bu problemlərin yaranma səbəbləri və həlli yolları müzakirə edilib. Sonda layihə çərçivəsində həyata keçirilmiş sosioloji-tədqiqat işinin nəticələri açıqlanıb.
Tədbirdə millət vəkilləri, siyasi partiya liderləri və təmsilçiləri, beynəlxalq təşkilatlar, xarici ölkə səfirlklərinin, QHT və KİV-lərin nümayəndələri iştirak edib.
Tədbirdə həmçinin layihə çərçivəsində hazırlanmış "Post-sovet məkanında yeni siyasi vəziyyət: millətlərarası münasibətlər və separatizm" kitabının təqdimatı baş tutub.
Hamlet