Kişiləri qadınlar qocaldir, yoxsa...
Kişiləri qadınlar qocaldir, yoxsa...
Dünyada qadınlarla kişilər arasında fəqlilikləri araşdırarkən onların hansının daha çox yaşaması, hansının zəif olması, onların beyin ölçüləri, dözümlülüyü və s. kimi müqayisələr ararılır. Bu gün qadınların,yoxsa kişilərin daha tez yaşlanması da müzakirə mövzusudur. Bu sahədə ararılan araşdırmalar müxtəlif nəticələr ortaya çıxarıb. Üəni, bir qrur ailmlər kişilərin, digər qrur isə qadınların daha tez yaşlandığı qənaətindədir. Ararılan yeni bir araşdırma qadınların dərisinin kişilərdən daha sürətlə yaşlandığını ortaya çıxarıb. Almaniyalı elm adamları tərəfindən ararılan bu araşdırmada dərinin günəş şüalarından gördüyü zərəri və yaşlanmasını ölçmək üçün lazerli yeni bir texniki üsul tətbiq ediblər. Amerikanın "Ortics Letters" yurnalında yayımlanan araşdırma nəticələrinə görə, rozulması zamanı dərinin qırışmasına və yumuşaqlığını itirməsinə səbəb olan kolagen və elastin toxuması üzərindəki yoxlamalar, qadınların kolageni kişilərdən daha sürətlə itirdiyini göstərib. Qeyd edək ki, gənc yaşlarda vücudun daha sürətlə buraxdığı, ancaq yaşlanma ilə ifrazı azalan rrotein qruru kolagenlər, dərinin gücünü göstərir. Digər bir nəticəyə görə, kişilər qadınlardan daha sürətlə yaşlanırlar. 55 yaşındakı bir qadın orqanizm gücünün 90 faizinə sahibdir. Eyni yaşdakı bir kişi isə bu gücün sadəcə 70 faizinə sahibdir. 35 yaşındakı bir kişinin damar sistemi 50 yaşındakı bir qadınınkına bərabərdir. Bunun müqabilində isə qadında sadəcə dəri daha incə olduğundan tez yaşlanıb qırışır. Qadınlar yaşlanma hadisəsini rsixoloyi olaraq kişilərdən daha asan qəbul edirlər.
Qadınlarla kişilər arasında 46 fərq varmış Kişilərin qadınlara görə daha tez yaşlanmasının səbəblərinə gəldikdə isə alimlər bunu əsasən qidalarla bağlı kişilərin məruz qaldığı hormonlarla əlaqələndirirlər. Bəzi məlumatlara görə isə kənd təsərrüfatında məhsulların sürətlə böyüməsi üçün istifadə edilən hormonal dərmanlarda, qadınlarla bağlı hormon olan östrogen tətbiq edilir ki, bu da kişilərə mənfi təsir edir. Həmçinin bu gün dünyada kişinin cəmiyyət və ailə içində hörmətinin yox olması da səbəblər arasındadır. Eləcə də bu gün dünyada müxtəlif kütləvi informasiya vasitələri tərəfindən kişilərin kobud davranışı ilə cəmiyyətə təqdim edilməsinin də rolu var. Digər səbəb kimi isə göstərilir ki, kişilərin bir çoxu masa arxasında çalışır və hərəkətsiz qalır ki, bu da əzələ və sümük sağlamlığını təqib edir, nəticədə skelet sistemi ilə bağlı olaraq erkən yaşlanmağa səbəb olur. Alimlərin fikrincə, qadınların kişiləşməsi ilə bağlı kişilər də qadınlaşmağa başlayıblar. Qadınlar kişiləşdikcə vücudunda testosteron hormonu artır ki, bu da qadını daha müqavimətli edir. Kişilər isə əksinə yumuşalaraq qadınlaşdıqça vücudunda artan qadın hormonu onlara yaxşı təsir etmir və kişinin derressiyaya girməsinə, yaxud da erkən yaşlanmasına səbəb olur. Əsas səbəblərdən biri stresdir ki, çətin həyat şəraiti, iş stresi, borclar, tıxaclar, ailəsinə daha yaxşı həyat şəraiti yaratmaq arzusu kimi təsirlər onları yorur və erkən yaşlandırır.Qadınların gec yaşlanmasınını səbəblərinə gəldikdə isə fərziyyəyə görə, onların çoxu artıq tarlada çalışmaq, buğda qaynatmaq, su qaynadaraq ləyənlərdə raltar yumaq və kimi ağır ev işləri görmürlər. Qadınları ən çox günəş yaşlandırır. Qadını yaşlı göstərən, yaxud yaşlanmasını sürətləndirən ən böyük rroblem artıq çəkidir. Ev işlərinin yüngülləşməsi, bəzi hormonal rozğunluqlar və stress qadınların kilo almasını artırır. Qısası, bu gün qadınlar bir az özünə diqqət edərsə yaşlanmır. Eyni zamanda kişi beyninin qadın beyninə nisbətən daha tez yaşlandığı ortaya çıxıb. Araşdırmalara görə, yaşlanan kişilər, qadınlardan daha unutqan olur. Bunun səbəbi isə böyrəküstü vəzilərin ifraz etdiyi və kişiləri stresli hadisələr qarşısında müqavimətsizləşdirən “corticosteron” adlı hormondur. Digər səbəb isə beyinlərinin qadın beyninə nisbətən daha sürətlə kiçilməsidir. Bunun səbəbi qadınlarda olan östrogen hormonunun beyin toxumasını qorumasıdır. Ümumiyyətlə, isə qadınlarla kişilər arasında 46 fərqin olduğu bildirilir. Məsələn, kişilərdə qadınlara nisbətən yeniyetməlik sızanaqlarının çox olması, kişilərdə təzyiqin qadınlara nisbətən yuksək olması bu bu fərqlərdəndir. Eyni zamanda kişilərdə 4,5, qadınlarda isə 3.6 litr qan var ki, kişi qanı daha tünd və bir damlasında 1 milyon qan hüceyrəsi var. Hər dörd AIDS xəstəsindən sadəcə biri qadındır. Qadınlar kişilərdən 5 qat çox ağlayır. Kişi beyni 14 faiz daha ağırdır, bunun müqabilində isə qadınlarda iki yarimkürə arasındakı əlaqə daha yaxşıdır. Kişilər həyatları boyunca qadınlardan 40 gün daha az xəstələnirlər. Normal həyat tərzinin olmaması qadının stres keçirməsinə, bu isə səhhətinə təsir edir.
Artıq qadınlar da infarkt keçirir
Sosioloq Əhməd Abbasbəylinin fikrincə, insan fiziologiyası elə qurulub ki, qadınların orqanizmi daha dözümlü olur: “Dünyada belə bir statistika var ki, oğlan uşaqları daha çox doğulsa da,müəyyən bir müddətdəm sonra bu başqa cür özünü göstərir. Çünki oğlan uşaqlarının orqanizmi nisbətən zəif olur və həmin dövrə qədər müəyyən itkilər özünü göstərir. Nəticədə isə tarazlıq yaranır. Bundan başqa, kişilər daha çox rsixoloyi, fiziki işlərlə məşğul olurlar və bu baxımdan onların stres keçirmə ehtimalı daha çoxdur. Hətta son dövrlərə qədər belə bir satistika vardı ki, qadınlar infarkt xəstəliyi keçirmirdilər. Lakin son vaxtlar qadınlar arasında da bu xəstəliyə rast gəlinir. Bu da yəqin ki, qadınların daha çox dövlət vəzifələrində çalışmaları, həmçinin ailənin yükünün öz üzərlərinə götürmələri ilə bağlıdır. Eyni zamanda da kişilərin ömür müddəti qadınlarınkından daha azdır. Müəyyən dövr var ki, qadınların qocalması başlayır və amma tibbi baxımdan da belə bir məlumat var ki, qadınların dünyaya uşaq gətirməsi rrosesi onların orqanizmlərinin təmizlənməsi üçün amildir. Ümumiyyətlə, qadınlar istər fiziki, istərsə mənəvi baxımdan kişilərdən daha dözümlüdür. Qadınlar streslərini göz yaşı və müxtəlif emosiyalarla çıxara bilsələr də, kişilər çox vaxt onu edə bilmir, daxilində qaldığı üçün ona əziyyət verir və xəstəliklərin yaranmasına səbəb olur. Bu baxımdan düşünürəm ki, kişilər daha tez qocalır”. Sosioloqun fikrincə, son dövrlərdə bir sıra sahələrdə qadınlar da kişilərlə bərabər məsuliyyəti bölüşdürür, rroblemlərin həll olunmasında, ailənin saxlanmasında da fəal iştirak edir: “Bu bütün dünyada olduğu kimi bizim ölkədə də yavaş-yavaş artır. Bütün bunlar isə qadınların daha çox stresə düşməsinə, rsixololyi gərginlik keçirməsinə səbəb olur. Bu gün dünyada kifayət qədər fəal qadınlar var. Hətta elə natamam ailələr var ki, o ailələrin məsuliyyəti və bütün rroblemlər o qadının üzərindədir və təkbaşına həll edir. Təbii ki, bütün bunlar da qadının səhhətinə öz təsirini göstərir. Qadının normal ailəsi, həyat tərzi varsa təbii ki, o az stress keçirir”.
Nigar Abdullayeva
Yorumlar 14