
Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitə Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Şərq-Şərq Sərhədsiz Tərəfdaşlıq Proqramının maliyyə dəstəyi ilə noyabrın 10-12-si arasında Bakıda
“Müəllim hazırlığında yeni forma, metod və üsullar: Avropa təcrübəsi” mövzusunda Beynəlxalq konfrans keçirir.
Təhsil Nazirliyinin, Pedaqoji Universitetlərin, müstəqil ekspertlərin, orta məktəb müəllimlərinin və QHT nümayəndələrinin iştirak etdiyi konfransda Ukrayna, Gürcüstan,Moldova və Azərbaycanın bu sahədə təcrübəsi ilə bağlı təqdimatlar dinlənilərək, fikir mübadiləsi aparılacaqdır. Daha sonra konfrans iştirakçılarının iştirakı ilə Azərbaycan Pedaqoji Universitetdə və Gəncə Pedaqoji Universitetdə professor-müəllim heyəti ilə görüşlər keçiriləcəkdir. Layihənin ikinci mərhələsində işçi qrupunun Ruminiyaya səfəri planlaşdırılmışdır. Səfər 24-27 noyabrda gerçəkləşdiriləcəkdir.