"Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin Inкişаfı" Ictimаi Birliyi
Bu fəaliyyətin nəticəsi olaraq sosioloji-tədqiqat işi həyat keçirilmiş və yekun sənəd hazırlanmışdır. Fikrimizcə, ictimaiyyətin diqqətini cəlb edəcək maraqlı tədqiqat işi ortaya qoymaq mümkün olub.
Nəhayət layihənin yekunu olaraq, cəlb edilimiş hüquqşünaslar ölkə üçün bu sahədə vacib olan, mövcud problemlərin aradan qaldırılmasına xidmət edə biləcək “ 2012 – 2015-CI ILLƏR “AZƏRBAYCAN RESPUBLİKASININ SILAHLI QÜVVƏLƏRINDƏN TƏXRIS OLUNUŞ HƏRBI QULLUQÇULARININ, MÜHARİBƏ İŞTİRAKÇILARININ REABİLİTASİYASI VƏ MÜLKİ CƏMİYYƏTƏ UYĞUNLAŞDIRILMASI” ÜZRƏ DÖVLƏT PROQRAMININ layihəsini hazırlamışdır. Bu sənəd ictimaiyyətin və müvafiq qurumların diqqətini təqdim edilir, ciddi müzakirələr və fikir mübadiləsi nəticəsində obyektiv qiymətini alacaq.
Layihənin tərkib hissəsi olan dir sosiloji-tədqiqat işinin bəzi maralı məqamlarını diqqətinizə təqdim edirik. Sorğu anketində yer almış “Keçmiş döyüşçülərə, ehtiyatda olan zabitlərə, müharibə iştirakçılarina və əlillərə dövlət qaygısının kifayət qədər qənaətbəxş hesab edirsinzimi?” suallarına verilən cavablardan məlum olur ki, vətəndaşların əksəriyyəti (74,48%) keçmiş döyüşçülərə, ehtiyatda olan zabitlərə, müharibə iştirakçılarina və əlillərə dövlət qaygısının olduğunu bu və ya digər dərəcə təsdiqləyirlər. Lakin bu cür düşünən insanlardan xeyli hissə (24,51%) eyni zamanda vəziyyətin əvvələr daha yaxşı olduğunu da vurğulamağı unutmayıblar, 17,67%-i isə qayğının olmasına baxmayaraq, yerlərdə məmurların məsuliyyətsizliyinin görülən işlərə gölgə saldığını qeyd edirlər. Həmçinin respondentlərin 22,42%-i isə ümumiyyətlə dövlətin keçmiş hərbçilərə olan qaygısının kifayət qədər qənaətbəxş hesab etmirlər, bəzilər (7,79%) isə daha radikal münasibət bildirərək, bu təbəqədən olan insanlara münasibətin pis olduğunu qeyd etmişlər.
Düşünürük ki, ola bilsin ki, nəticələrə, xüsusi ilə bəzi iştirakçıların mövcud vəziyyəti əvvəlki illərlə müqayisəsindən irəli gələn göstəriclərə bir neçə il əvvəl müharibə veteranlarına tədbiq edilən bəzi vergi, kömrük, kommunal güzəştlətin ləğvi də təsirini göstərmişdir. Digər bir sual- “Sizcə keçmiş döyüşçülər, ehtiyatda olan zabitlər, müharibə iştirakçıları və əlillərinin hər hansı bir promlemlə üzləşirlərmi? Əgər problem varsa bu daha çox hansı sahədə özünü biruzə verir?” sualına verilən cavablarından görünür ki, respondentlərin 11,78%-i keçmiş döyüşçülər, ehtiyatda olan zabitlər, müharibə iştirakçıları və əlillərinin hər hansı bir promlemlə üzləşmədyini deyirsə, əksəriyyət bu və ya digər formada problemlərin olduğunu qeyd edirlər. Yeri gəlmişkən sualları cavablandırarkən iştirakçılar bu problemlərin daha çox biruzə verdiyi sahələrə münasibəti fərqli olub. Yəni, rəyi soruşulanların 14,63%-i “müavinat və yardımların həddən artıq aşağı olmasını”, 11,97%-i çox “sağlamlığın bərpasını”, 11,78%-i “işsizliyi”, 7,79% “evsizliyi” ən vacib problem hesabedirsə, 15,77%-i problemlərin hamısını vacib hesab edir, 14,82%-i sadəcə olaraq normal münasibət və diqqətə ehtiyacı olduğunu dilə gətirir və daha çox da “rəsmi strukturların münasibətindən” narazılğını bildirir. 33,44% cavablar isə problemlər olmasını baxmayaraq qayğının da olduğunu və bunların tədricən həll olduğunu düşünənlərin mövqeyidir.
Yuxarıda qeyd olunduğu kimi sorğu nəticələrindən aydın olud ki, bizimlə ünsiyyətdə olan vətəndaşların əksəriyyəti ölkədə keçmiş döyüşçülərin, ehtiyatda olan zabitlərin, müharibə iştirakçılarının və əlillərin bu və ya digər problemlərinin olmasını qeyd edərək, bu problerin daha çox hansı sahəyə aid olması barədə də öz münasibətlərini bildirmişlər. “Ölkədə keçmiş döyüşçülərin, ehtiyatda olan zabitlərin, müharibə iştirakçılarının və əlillərinin problemlərinin həlli məqsədi ilə aparılan fəaliyyət sizi qane edirmi?” sualı isə məhz bu problemlərin adaran qaldırılması üçün aparılan fəaliyyətə münasibət öyrənmək məqsədi daşıyır. Göründüyü kimi rəyi soruşulanların təxminən yarısı (46,36%) bu fəaliyyət məqbul hesab edərək, bu istiqamətdə fəaliyyəti daha da genişləndirmək istəyini də biruzə vermişlər. Eyni zamanda bu fəaliyyətə tənqidi yanaşanlar və hətta tamamilə narazı qalanlar da az deyil (22,61%). Bu məsələ ilə bağlı fikir bildirməyə çətinlik çəkənləri (14,44%) bu sahədə məlumatsızlıq, informasiya qıtlığı və s. izah etmək olarsa, “bu barədə düşünməyənləri” (7,6%) isə yumşaq desək başa düşmək çətindir.
Digər tərəfdən sonuncu iki suala verilmiş cavabları müqayisəli təhlil etsək, belə nətcəyə gəlmək olar ki, “ölkədə keçmiş döyüşçülərin, ehtiyatda olan zabitlərin, müharibə iştirakçılarının və əlillərin bu və ya digər problemlərin olduğunu deyənlərin” yarısından çoxunu hətta bu problemlərin həlli üçün aparılan fəaliyyət də qane etmir.
Tədqiqat zamanı bizi düşündürən bir məsələ də cəmiyyətin keçmiş döyüşçülərə, ehtiyatda olan zabitlərə, müharibə iştirakçılarına və əlillərə bu günkü münasibətini öyrənməklə yanaşı, gələcəkdə bunun necə olacağı, dövlətin bu qəbildən olan insanlara qarşı daha məqsədəuyğun münasibətlərin qurulması barədə fikir öyrənmək idi. Aldığımız nəticələdən aydın olur ki, bu gün belə ehtiyatda olan zabitlərə, müharibə iştirakçılarına və əlillərə ictimai münasibət birmənalı olmasa belə, çoxluq dövlət tərəfindən bu təbəqədən olan insanlara daha həssas yanaşmağın, qayğının artırılmasını, güzəştlərin verilməsini istəyir. Rəqəmlərin dili ilə desək, sorğuya cəlb edilmiş vətəndaşların 26,03%-inin “Keçmiş döyüşçülərinə, ehtiyatda olan zabitlərə, müharibə iştirakçılarına və əlillərə hansı münasibət daha məqsədəuyğundur?” sualı ilə bağlı fikirlərini ümumuiləşdirib belə qənaətə gəlmək olar ki, bu sahədə artıq nə isə etməyə ehtiyac yoxdur, nə edilibsə kifayətdir, əlavə tədbirlər əks reklsiyaya səbəb ola bilər. Bəziləri (5,7%) isə aşıq-aydın “veteranların elə bir xidmətləri olmayıb ki, onlara xüsusi münasibətdə olsun” deyərək, ehtiyatda olan zabitlərə, müharibə iştirakçılarına və əlillərə qarşı olan emosiyalarını gizlətmək istəməmişlər. Lakin, cavabların böyük çoxluğu isə bu sahədə daha müsbət dəyişikləri arzulayaraq, müxtəlif sahələr üzrə islahatların keçirilməsi, yeniliklərin gətirilməsi, yeni münaibətlərin formalaşması barədə fikir bildirmişlər; 20,52% Dövlət Proqramı qəbul edilməsinin, 14,63% “bu cür insanlara daha həssas yanaşmağın”, 13,68% “bu insanların psixoloji və sosoial reabilitasiyası üçün əsaslı tədbirlər görülməsinin”, 9,69% “yüksək müavinatların verilməsinin” vacibliyini önə çəkmiş, 9,88% isə hesab edir ki, “bu insanlara munasibət elə olmalıdır ki, gələcək nəsillər üçün tərbiyəvi əhəmiyyət kəsb etsin”. Əslində bu nəticələr istər cəmiyyət üçün, istərsə də müvafiq dövlət strukturları üçün, onların bu sahədə fəaliyyəti üçün yetərincə materialdır.