Press-Reliz
Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitə Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Şərq-Şərq Sərhədsiz Tərəfdaşlıq Proqramının maliyyə dəstəyi ilə noyabrın 10-12-si arasında Bakıda “Müəllim hazırlığında yeni forma, metod və üsullar: Avropa təcrübəsi” mövzusunda Beynəlxalq konfrans keçirir. Təhsil Nazirliyinin, Pedaqoji Universitetlərin, müstəqil ekspertlərin, orta məktəb müəllimlərinin və QHT nümayəndələrinin iştirak etdiyi konfransda Ukrayna, Gürcüstan,Moldova və Azərbaycanın bu sahədə təcrübəsi ilə bağlı təqdimatlar dinlənilərək, fikir mübadiləsi aparılacaqdır. Daha sonra konfrans iştirakçılarının iştirakı ilə Azərbaycan Pedaqoji Universitetdə və Gəncə Pedaqoji Universitetdə professor-müəllim heyəti ilə görüşlər keçiriləcəkdir. Layihənin ikinci mərhələsində işçi qrupunun Ruminiyaya səfəri planlaşdırılmışdır. Səfər 24-27 noyabrda gerçəkləşdiriləcəkdir. Səfər proqramına Ruminiya Təhsil Nazirliyində, Pedaqoji Universitetdə, müəllim hazırlığı ilə bağlı digər müəssisələrdə görüşlərin keçirilməsi daxildir. Layihənin yekunu olaraq eyni adlı tövsiyələr hazırlanaraq Təhsil Nazirliyinə və Parlamentin Elm və Təhsil Komissiyasına təqdim ediləcəkdir. Noyabrın 10-da konfrans öz işinə başlamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Moldova və Gürcüstan nümayəndələrinin təqdimatları dinlənilmişdir. Təqdimatlar ətrafında maraqlı müzakirələr aparılmış, təkliflər verilmişdir. (fotogörüntülər əlavə olunur)