yeni ideyalar, yeni yanaşma və yeni qüvvələr
PRESS-RELİZ -2
«Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin Inкişаfı» Ictimаi Birliyinin həyata keçirdyi “Korrupsiya əleyhinə mübarizə: üçün yeni ideyalar, yeni yanaşma və yeni qüvvələr!” layihəsi çərçivəsində növbəti tədbir iyul ayının 11-də "Diplomat" Hotelin konfrans zalında keçirilib. Tədbirdə QHT və jurnalistlərlə yanaşı, dövlət qurumları- Respublika Prokurorluğu, Vergilər Nazirliyi, Dövlət Qulluğuna qəbul komissiyası və digər dövlər qurumları, beynəlxalq təşkilatların - BMT, USAİD, ATƏT, Kontrapart-İnternatiol", İREX və s., həmçinin xarici ölkə səfirliklərinin nümayənədləri iştirak etmişlər. Konfransı giriş sözü ilə açan təşkilatın rəhbəri Əhməd N. Abbasbəyli layihə haqqında məlumat verərək, bu günə qədər əldə edilmiş uğurlardan, qarşıda duran vəzifələrdən danışdı. O, layihə çərçivəsində keçirilən Beynəlxalq Konfrans xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı. Sonra konfaransın gündəlyinə uyğun olaraq Freeedom House” təşkilatını rəhbəri ( Buxarest, Rumıniya) xanım Guseth Cristina Adriana, "Avropa Birliyinin Antikorrupsion təcrübəsi" mövzusunda, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin kordinatotu Əliməmməd Nuriyev "Azərbaycanda korrupsiyaya qarşı mübarizə: mövcud vəziyyət və perspektivlər" mövzusunda, “Junior Achievement Georgia” Təşkilatının rəhbəri (Tbilisi, Gürcüstan), iqtisad elmlər doktoru Xanım Eka Geqeşidze "Korrupsiya problemi və Gürcüstan" mövzusunda, "Şəffaflıq Azərbaycan” təşkilatının İcraşı direktoru
Xanım Rəna Səfərəliyeva "Ölkədə şəffaflılğın yaradılması sahəsində "Transparency İntenational Azerbaijan" təşkilatının fəaliyyəti barədə" mövzusunda məruzələr etmişlər. Tədbirdə hər bir məruzə üzrə ayrı-ayrılıqda müzakirlərə aparılmış, çolu sayda suallara cavalandırılmışdır.
Konfransın və ümumilikdə layhəninn nəticəsi olaraq “Qara Dəniz ölkələri QHT-lərinin şəbəkəsinin” yaradılması nəzərdə tutulur. Bu istiqamətdə artıq xeyli işlər görülmüş 5 ölkədə (Azərbaycan, Rumıniya, Ukrayna, Gürcüstan, Moldova ) fəaliyyət göstərən QHT-lərlə ilkin razılaşmalar yekunlaşmışdır. Gələcəkdə digər ölkələrin, həmçinin Türkiyənin vətəndaş cəmiyyəti institutları da bu prosesə cəlb ediləcək. Bu istiqamətə fəaliyyət davam edir.
Yorumlar 14