Press-Reliz
Press-Reliz
Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitə Açıq
Cəmiyyət İnstitutu Yardım Fondunun Şərq-Şərq Sərhədsiz
Tərəfdaşlıq Proqramının maliyyə dəstəyi ilə noyabrın 10-12-si arasında Bakıda “Müəllim
hazırlığında yeni forma, metod və üsullar: Avropa təcrübəsi” mövzusunda Beynəlxalq
konfrans keçirir. Təhsil Nazirliyinin, Pedaqoji Universitetlərin, müstəqil ekspertlərin, orta
məktəb müəllimlərinin və QHT nümayəndələrinin iştirak etdiyi konfransda
Ukrayna, Gürcüstan,Moldova və Azərbaycanın bu sahədə təcrübəsi ilə bağlı təqdimatlar
dinlənilərək, fikir mübadiləsi aparılacaqdır. Daha sonra konfrans iştirakçılarının iştirakı ilə
Azərbaycan Pedaqoji Universitetdə və Gəncə Pedaqoji Universitetdə professor-müəllim heyəti
ilə görüşlər keçiriləcəkdir. Layihənin ikinci mərhələsində işçi qrupunun Ruminiyaya səfəri
planlaşdırılmışdır. Səfər 24-27 noyabrda gerçəkləşdiriləcəkdir. Səfər proqramına Ruminiya
Təhsil Nazirliyində, Pedaqoji Universitetdə, müəllim hazırlığı ilə bağlı digər müəssisələrdə
görüşlərin keçirilməsi daxildir. Layihənin yekunu olaraq eyni adlı tövsiyələr hazırlanaraq Təhsil
Nazirliyinə və Parlamentin Elm və Təhsil Komissiyasına təqdim ediləcəkdir.
Noyabrın 10-da konfrans öz işinə başlamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Moldova və Gürcüstan nümayəndələrinin təqdimatları dinlənilmişdir. Təqdimatlar ətrafında maraqlı müzakirələr aparılmış, təkliflər verilmişdir. (fotogörüntülər əlavə olunur)
Yorumlar 11