P R Е S S - R Е L I Z
«Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin Inкişаfı» Ictimаi Birliyi, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun (Think Tank proqramı daxilində) dəstəyi ilə “Azərbaycan Respublikasında istefada olan hərbçilərin, müharibə iştirakçılarının və əlillərinin reabilitasiyasi, mülki həyata uyğunlaşması ilə bağlı vəziyyətin öyrənilməsi və bu sahədə islahatların aparılması proqramı” layihəsinin həyata keşirilməsinə başlayır. Layihə çərçivəsində keçmiş hərbçilərin, ehtiyatda olan zabitlərin, müharibə veteranlarının və əlillərin vəziyyətini öyrənilməsi, onlarla bağlı problemlərin araşdırılması, onların ehtiyac və tələblərinin aşkarlanması üçün əvvəlcə müzakirələr və tədqiqat işi nəzərdə tutlub.