15 iyun 2024-cü il tarixində Tbilisi şəhərində “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi həyata keçirdiyi ““Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində beynəlxalq tədbir baş tutmuşdur.
Tədbirdən əvvəl, iştirakçılar, səfir Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev başda olmaqla, səfirliyinin əməkdaşları ilə birgə 15 iyun Milli Qurtuluş Günü nümansibəti ilə Ümumilli Lider Heydər Əliyevin Tbilsinin mərkəzində ucaldılmış heykəlini ziyarət etmiş, əklil qoymuşlar.
Tədbiri giriş nitqi ilə açan M. F. Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyini direktoru Leyla xanım Əliyeva, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin müşaviri Eldar Bayramov, “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin sədri Əhməd N. Abbasbəyli iştirakçıları salamlayaraq nitqində layihənin məqsədi və görülən işər barədə məlumat vermiş, layihənin, o cümlədən tədbirin həayat keçirlməsində əməyi keçə hər kəsə- işçi heyətə, ekspertlərə və s. minnətdarlıq bildirdilər.