Bakıda beynəlxalq konfrans keçirildi
Bakıda beynəlxalq konfrans keçirildi
"Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İB-nin German Marşal Fondunun(BST) dəstəyi ilə həyata keçirdiyi "Post-sovet məkanında yeni siyasi vəziyyət: xalqlar arasında münasibətlərin yaxşılaşdırılmasında vətəndaş cəmiyyətinin rolu" layihəsi çərçivəsində beynəlxalq konfrans keçirib. Bu barədə QHT-nin yaydığı məlumatda deyilir:
"Son dövrlər dünyada, xüsusi ilə də regionda, o cümlədən postsovet məkanında baş verən hadisələr hamını, o cümlədən Azərbaycan vətəndaşlarını da natahat edir. Bir tərəfdən Türkiyə və Avropa ölkələrində baş verən terror aktları, müxtəlif yönümülü (radikal dini, milli-siyasi və s.) terrorçuların fəallaşması, digər tərəfdən Rusiyanın MDB-də yeni ilhaq addımlarının xofu dünyanı bürüyüb.Layihə ilk növbədə ölkədə Azərbaycan xalqının dinindən, dilindən, milli mənsubiyyətinədn asılı olmayaraq müxtəlif qrupları (rusdilli əhali, etnik azlıqlar və s.) arasında etimadın artırılması baxımından, həmçinin mövzu ilə bağlı araşdırmanının aparılması, məsələyə münasibətdə real mənzərənin ortaya qoyulması, ciddi problemlərin vaxtında qarşısının alınması, preventiv tədbirlərin görülməsi, əhali arasında maarifləndirmə işlərinin görülməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, bu tip işğalçılıq, xalqlar arasında nifaq salmaq, separatçılıq toxumu səpmək siyasətinin, qonşu dövlətlərdə sabitliyi pozmaq cəhdlərinin qarşısnı almaq baxımından əhəmiyyətli ola bilər.
Konfranda Ukraynadan, Gürcüstandan, Moldovadan və Azərbaycandan olan ekspertlər tərəfindən məruzələr edilmiş, regionda olan mövcud vəziyyət, bu problemlərin yaranma səbəbləri və həlli yolları müzakirə edilmişdir. Son da layihə çərçivəsində həyat keçirilmiş sosiloji-tədqiqat işiinii nəticələri açıqlanmışdır. Tədbirdə millət vəkilləri, siyasi partiya liderləri, təmsilçiləri, beynəlxalq təşkilatların, xariici ölkə səfirlklərin, QHT-lərin və mətbuat nümayəndələri iştirak edib.
Tədbirdə layihə çərçivəsində hazırlanmış "Post-sovet məkanında yeni siyasi vəziyyət: millətlərarası münasibətlər və separatizm" kitabı da təqdim olunub.