Postsovet məkanında yeni siyasi vəziyyət müzakirə olunub
Postsovet məkanında yeni siyasi vəziyyət müzakirə olunub
Mayın 13-də Bakıda “Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin İnkişаfı” İctimаi Birliyinin German Marşal Fondunun (BST) dəstəyi ilə həyata keçirdiyi "Postsovet məkanında yeni siyasi vəziyyət: xalqlar arasında münasibətlərin yaxşılaşdırılmasında vətəndaş cəmiyyətinin rolu" layihəsi çərçivəsində konfrans keçirilib. Məlumdur, son dövrlər dünyada, xüsusi ilə də regionda, o cümlədən postsovet məkanında baş verən hadisələr hamını, o cümlədən Azərbaycan vətəndaşlarını da natahat edir. Bir tərəfdən Türkiyə və Avropa ölkələrində baş verən terror aktları, müxtəlif yönümülü (radikal dini, milli-siyasi və s.) terrorçuların fəallaşması xofu dünyanı bürüyüb. Layihə ilk növbədə ölkədə Azərbaycan xalqının dinindən, dilindən, milli mənsubiyyətinədn asılı olmayaraq müxtəlif qrupları (rusdilli əhali, etnik azlıqlar və s.) arasında etimadın artırılması baxımından, həmçinin mövzu ilə bağlı araşdırmanının aparılması, məsələyə münasibətdə real mənzərənin ortaya qoyulması, ciddi problemlərin vaxtında qarşısının alınması, preventiv tədbirlərin görülməsi, əhali arasında maarifləndirmə işlərinin görülməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, bu tip işğalçılıq, xalqlar arasında nifaq salmaq, separatçılıq toxumu səpmək siyasətinin, qonşu dövlətlərdə sabitliyi pozmaq cəhdlərinin qarşısnı almaq baxımından əhəmiyyətli ola bilər.
Konfransda Ukraynadan, Gürcüstandan, Moldovadan və Azərbaycandan olan ekspertlər tərəfindən məruzələr edilib, regionda olan mövcud vəziyyət, bu problemlərin yaranma səbəbləri və həlli yolları müzakirə edilib. Son da layihə çərçivəsində həyat keçirilmiş sosioloji-tədqiqat işinin nəticələri açıqlanıb. Tədbirdə millət vəkilləri, siyasi partiya liderləri, təmsilçiləri, beynəlxalq təşkilatların, xarici ölkə səfirlklərinin, QHT və mətbuat nümayəndələri iştirak edib.
Tədbirdə layihə çərçivəsində hazırlanmış "Postsovet məkanında yeni siyasi vəziyyət: millətlərarası münasibətlər və separatizm" kitabının da təqdimatı keçirilib.
Fuad