Cəzaçəkmə müəssisələrində məhkumlarla görüş olub
Cəzaçəkmə müəssisələrində məhkumlarla görüş olub
«Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin İnkişаfı» İctimаi Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Cəzaçəkmə müəssisələrindən azad olan gənclərin reabilitasiyası proqramı» layihəsini həyata keçirir. Layihənin məqsədi həbsхаnаdа оlаn məhkumların yаşаyışıyla mаrаqlаnmаq, оnlаra mənəvi dаyаq оlmаq, hüquqi yаrdım еtmək, nоrmаl həyаtlа əlаqəsini qurmаğа, məhkumluqdan sonra cəmiyyətə inteqrasiyasına yardım etməkdir. Lаyihə həbsхаnаyа düşmüş bir çох insanların аzаdlığа çıхdıqdаn sоnrа prоblеnmlərlə üzləşməməsi üçün yаrdım еtmək, оnlаrın rеаbilitаsiyаsı, və nоrmаl həyаtа qаyıdışını, аdаptаsiyаsını аsаnlаşdırmаğı nəzərdə tutur.
Layihə çərçivəsində nəzərdə tutulmuş işlərin həyata keçirilməsinə start verilib. Belə ki, artıq hazırlıq işləri yekunlaşıb, maarifləndirmə məqsədi ilə bukletlər çap edilib. Layihədə qeyd edildiyi kimi əsas vəzifələrdən biri cəzaçəkmə müəssisələrində məhkumlarla görüşmək, onların iştirakı ilə tədbir keçirməkdir ki, bu istiqamətdə ilk tədbir 23 may 2015-ci il tarixdə 2 saylı CÇM-də baş tutub. Tədbir çərçivəsində məhkumların saxlanma şəraiti ilə tanış olunub. Daha sonra məhkumluq həyatı yaşamış insanların azadlığa çıxdıqdan sonra normal hayata qayıtması, onun sosial rabilitasiyası üçün vacib olan tədbirlərdən, müvafiq strukturlar qarşısında duran vəzifələrdən danışılıb, cəmiyyətimizdə cinayətkarlığın azalması üçün atılması vacib olan addımlar barədə ətraflı müzakirələr aparılıb. Tədbirdə layihə çərçivəsində hazırlanmış bukletlər paylanıb. Əlavə olaraq mövzu ilə bağlı müxtəlif vəsaitlər-kitablar, bukletlər CÇM-nin kitabxanasına hədiyyə edilib.