Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı monitorinq keçirilib
«Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı» İctimai Birliyi Avropa Demokratiyanı Himayə Fondunun (EED) dəstəyi ilə “Ədalətli cəmiyyət naminə (Vətəndaşların dövlət orqanlarına müraciət etmək hüquqlarının təmin edilməsinə dəstək proqramı)”layihəsi çərçivəsində monitorinq və sorğu həyata keçirib. İB-dən bildirilib ki, monitorinqin məqsədi Azərbaycan hökumətinin bu sahədə həyata keçirdiyi tədbirlərə, o cümlədən dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, şəffaflığın yaradılması və korrupsiyaya qarşı mübarizə tədbirlərinə dəstək verilməsidir. Həmçinin bu istiqamətdə fəaliyyətin daha səmərəli həyata keçirilməsinə yardım göstərilməsi və əldə olunmuş nailiyyətlər, görülən işlər barədə ictimaiyyətin məlumatlandırılmasıdır. Məqsəd eyni zamanda Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq vətəndaşların müraciət etmək hüquqlarının reallaşdırılması, onlara baxılma qaydaları, bu istiqamətdə dövlət orqanlarının fəaliyyətini nəzərdən keçirmək olub.
Monitorinq 2 istiqamət üzrə aparılıb. Belə ki, öncə dövlət orqanlarının fəaliyyətində vətəndaşların müraciət etmək hüquqlarının reallaşdırılması, onlara baxılma qaydaları və s. səviyyəsini öyrənilib. Daha sonra dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırma vəziyyətini monitorinq edilib.
Bakı və 5 regionda keçirilən monitorinq zamanı 30-a yaxın rəsmi dövlət hakimiyyəti orqanları üçün sorğular göndərilib, eləcə də müxtəlif maraq qrupları, ictimai fəallar və əhali arasında sosioloji sorğular aparılıb. Bundan başqa rəsmi dövlət hakimiyyəti orqanlarının və müxtəlif maraq qruplarının təmsilçilərindən müsahibələr götürülüb. Eyni zamanda yerli media və internet resurslarının işi analiz edilib.
İki ay müddətində həyata keçirilən monitorinqin nəticələrinə görə, demək olar ki, bütün dövlət orqanlarının vebsaytları fəaliyyət göstərir və əksər saytlarda da elektron müraciət üçün xüsusi bölmələr fəaliyyət göstərir. Lakin edilən müraciətlərlə bağlı məlumatlar və müraciətlərlə bağlı görülən tədbirlər barədə məlumatlar saytlarda yeləşdirilməyib.
Vətəndaşların dövlət orqanlarına müraciətləri üçün internet resurslarından istifadə sayəsində dövlət orqanları tərəfindən təmin edilməsi ilə bağlı monitorinqin nəticəsində məlum olub ki, mərkəzi icra hakimiyyəti orqanlarının, rayon və şəhər icra hakimiyyəti qurumlarının saytlarında vətəndaşların müraciətlərinin, təklif və rəylərinin qəbul edilməsi üçün elektron ünvanlar yerləşdirilib. Bundan əlavə həmin saytların hamısında “Elektron müraciət” bölməsi yaradılıb. Mərkəzi icra hakimiyyəti orqanlarının bir çoxunda interaktiv sual-cavab üçün xüsusi bölmə yaradılıb. Eyni zamanda monitorinqə cəlb olunan dövlət orqanlarının əksəriyyətində, xüsusi ilə rayon və şəhər icra hakimiyyəti qurumlarının çoxunun saytında müzakirələrin təşkil edilməsi və interaktiv sual-cavab üçün xüsusi bölmə yaradılmayıb. Yəni, hazırkı saytlarda vətəndaşlara bu orqanlarla onlayn əlaqə imkanı yaradılmayıb, interaktiv əlaqə faktiki olaraq birtərəflidir.
“Monitorinqin nəticələri bir daha sübut etdi ki, bu sahədə əvvəlki illərə nisbətən ciddi dəyişiklər olub. Bu, istər vətəndaşların müraciətlərin qəbulu və onların cavablandırılması prosedurunda, istərsə də elektron resurslardan istifadə imkanlarının genişləndirilməsi baxımından. Lakin eyni zamanda, təəssüflə qeyd etməliyik, bu sahədə kifayət qədər problemlər qalmaqdadır. Yəni bəzi mərkəzi icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti orqanları həyata keçirilən bu yeniliklərlə ayaqlaşa bilmir, vətəndaşların rəy və təkliflərinin qəbul edilməsində, idarəetmə prosesinə cəlb olunması, ictimai qərarların qəbulunda onların rəyinin nəzərə alınması istiqamətində aparılan işlərə laqeyd qalır, özlərini həm ictimaiyyətdən təcrid vəziyyətində saxlayır, həm də vətəndaşların müraciət və şikayətlərinə vaxtında və obeyktiv baxmırlar”, deyə təşkilatdan bildirilib.
6 regionunda keçirilən sorğuda isə cəmi 927 (1000 ədəd sorğu anketi hazırlanmış və paylanmışdı) respondent iştirak edib. Sorğuda iştirak edənlərin 63,34% kişi, 31,47%-i qadın idi (İştirakçıların 5,19%-i isə bu haqda heç bir qeyd etməyiblər).
Sorğuya cəlb edilmiş sakinlərin 9,5%-nin fikrincə, “hər şey qanun çərçivəsində olsa heç bir problem olmaz”. Maralıdır ki, sorğuda iştirak edənlərin müəyyən hissəsi (19,22-i) bu sahədə olan problemləri dövlət qurumlarının fəaliyyəti ilə deyil, tamam başqa amillərlə əlaqələndirir, yəni bir hissə ( 8,53%-i) bu sahədə olan qüsurlarda daha çox əhalini ittiham edir və hesab edir ki, onların qanunların tələblərinə əməl etməmələri bu sahədə problemlərə səbəb olur, digər
hissə isə (10,68%) hesab edir ki, dövlət orqanlarına müraciətlərlə bağlı hər hansı bir problemlər bu sahədə daha çox maarifləndirmə işinin zəif olmasından irəli gəlir