Müxalifətin məğlubiyyətinə ictimai-siyasi xadimlərin münasibətləri

Unikal.org

Müxalifətin məğlubiyyətinə ictimai-siyasi xadimlərin münasibətləri

Müxalifətin məğlubiyyətinə ictimai-siyasi xadimlərin münasibətləri

Milli Şura liderlərinin siyasətdən getmələri istənildi

Ölkədə təzəcə başa çatmış və fəaliyyətdə olan prezident İlham Əliyevin inamlı qələbəsi ilə yekunlaşmış prezident seçkiləri radikal müxalifətin tam fiaskosu ilə müşayiət olundu. Onun namizədi Cəmil Həsənli ən güclü rəqibi İlham Əliyevdən on dəfə az səs toplayıb. Müxalifətin bu cür biabırçı iflasının səbəblərini araşdırmaq məqsədi ilə “Unikal” olaraq ölkənin bir sıra siyasətçi, politoloq, ziyalı və media mənsublarının fikirlərini öyrəndik.
 
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin sözlərinə görə, “Azərbaycan cəmiyyəti 1988-ci ildən Dağlıq arabağ probleminin qəflətən ortalığa çıxması və dünyanın ən nəhəng imperiyalarından biri olmuş SSRİ-nin dağılmasından üzübəri başlayaraq gərgin və faciəli hadisələr yaşayıb. 20 yanvar qırğını, Xocalı qətliyamı, uğursuz hərbi əməliyyatlar və Dağlıq Qarabağın, ətraf bölgələrin Ermənistan tərəfindən işğal edilməsi, ölkədə bu proseslərin fonunda baş verən fasiləsiz hakimiyyət dəyişiklikləri və bütün bunlarla yanaşı yaşanan ağır iqtisadi durum Azərbaycan cəmiyyətini kifayət qədər yorub. Azərbaycan xalqı daha sərt dönüşlər, ağır yaşantılardan bezib və sakit, təkamülə söykənən dəyişimlərin tərəfdarıdır. Xüsusən də gözümüzün qabağında ərəb ölkələrində baş vermiş qanlı inqilablar və bu inqilabların doğurduğu daha qanlı nəticələr, inqilaladan sonrakı social-iqtisdfi durmun daha da ağırlaşması Azərbaycan cəmiyyəti üçün ciddi ibrət dərsi oldu. Ona görə də seçicilər radikal mübarizə tərəfdarlarını dəstəkləmədilər. Fikrimcə, radikal müxalifətin bu dəfəki prezident seçkilərində düçar olduğu acı məğıubiyyətin başlıca səbəbi bu amillərdən qaynaqlanır”. 
Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağının fikrincə, “Radikal müxalifət prezident seçkilərinə hələ bir neçə ay qalmış aydın taktiki xətt seçə bilməmişdi və mənə elə gəlir ki, onlar bu seçkilərə qatılmağın məsuliyyətini dərindən anlamırdılar. Müxaliflər əvvəlcə siyasətdn tamamilə xəbərsiz olan Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürdülər, lakin sonradan məlum oldu ki, ikili vətəndaşlığı olduğuna görə onun namizədliyi qeydə alınmayacaq və beləliklə, çox qiymətli bir zaman itirildi. Bundan sonra tələm-tələsik şəkildə cəmiyyətinn yaxşı tanımadığı Cəmil Həsənlinin namizədlinin üstündə durdular. Belə bir taktika kökündən yanlış idi və hətta izlədiyim Avropa telekanalları da bu cür seçimə, taktikaya istehza ilə yanaşırdı. Nəticədə müxalıifət ciddi şəkildə seyt-nota düşdü və seçkiöncəsi təbliğat kampaniyasını arzuedilən səviyyədə qura bilmədi. Bunun da sonucu istər-istəməz məğlubiyyət olmalıydı. Radikal müxalifətin namizədi bu seçkilərdə heç ciddi səs də toplaya bilmədi”.
Ölkənin məşhur kinorejissoru Şeyx Əbdül Mahmudbəyovun dediyinə görə, o, ümumiyyətlə siyasətdən uzaq adamdır və siyasi prosesləri yaxşı təhlil də edə bilmir. Lakin “hesab edirəm ki, hazırda Azərbaycan cəmiyyətinin ən ciddi problemlərindən biri ölkədə müxalifətin olmaması problemidir. Müxalifət adından danışanlardan müxalifətçi çıxmaz. Mənim müşahidəmə və başa düşdüyümə görə. Müxalifətçilik onlar üçün dolanışıq, bir tikə çörək qazanmaq peşəsinə çevrilib. Necə ki camaat gedib zavodda, fabrikdə, əkin sahəsində qan-tər içində işləyib, əlləşib özünə, ailəsinə çörək qazanırsa, bizim müxalifətçilər də müxalifətçiliyə bu cür yanaşırlar. Onları dövlətin, xalqın problemləri narahat etsəydi, bu cür biabırçı məğlubiyyətə gətirib çıxartmış addımların atılmasına yol verməzdilər. Mənə elə gəlir ki, onlar daha bundan sonra papaqlarını qabaqlarına qoyub bir yaxşı-yaxşı fikirləşməlidirlər. Bu cür biabırçılıq olmaz. Daha bundan sonra nə müxalifətçilik? Bir də ki, elin gözü tərəzidir. Su içmək istəyən ata muşqurmaq lazım deyil, at suyu görür, su da atı. Öz içlərindən bir nəfəri namizəd seçmək üçün aylarla, iIlərlə dalaşan adamlar bu ölkənin problemlərini həll edə bilməzlər”.
  “Cəmiyyətin və vətəndaş münasibətlərinin inkişafı” ictmai birliyinin sədri Əhməd Abasbəylinin fikrincə, “Radikal müxalifətin bu seçkilərdə məğlubiyyətə uğramasının bir neçə ciddi səbəbi var. Məncə, başlıca səbəblərdən biri müxalifətin seçkilərə hazırlaşmağa hədsiz dərəcədə çox vaxt itirməsidir. Müxalifət birləşmək üçün xeyli zaman qeyb etdi. Əvvəlcə İctimai Palatanı müxalifətin yeganə güc mərkəzi və birləşdirici ünvanı kimi qələmə verirdilər. lakin sonradan məlum oldu ki, bu qurumu təşkil edən iki əsas siyasi partiyanın arasında vahid namizədliklə bağlı ciddi problemlər yaşanır və onlar bir-birinə güzəştə getmək fikrində deyillər. Sonradan yeni birlik forması olan Milli Şura ideyası meydana çıxdı və onun da təşkil edilməsinə xeyli vaxt itirildi. Təşkilati işlər başa çatandan sonar onların vahid namizədi Rüstəm İbrahimbəyovun qeydiyyata alınması məlum səbəblər üzündən dalana dirəndi. Elə bu prosesin gedişatından bəlli ourdu ki, müxalifət artıq zamanla ayaqlaşa bilmir və qarşıdan gələn seçkiləri uduzacaq.
Fikrimcə, müxalifətin uduzmasının digər mühüm səbəbi onun maliyyə resurslarının məhdudluğundadır. On-on beş il əvvəl müəyyən kommersiya strukturları müxalifət yardım edə bilirdi, amma sonradan bu kanallar da kəsildi. Nəticədə müxalifət ağır duruma düşdü.
Üçüncü mühüm bir səbəb isə geniş resurslara malik olan iqtidarın daha mütəşəkkil komanda kimi çıxış etməsi ilə bağlıdır. Belə bir mütəşəkkilliyi müxalifət sıralarında müşahidə etmirik. Bununla belə, qeyd etməliyəm ki, Cəmil Həsənli radikal müxalifəti böyük bir biabırçılıqdan xilas etdi və müxalifət buna görə ona minnətdar olmalıdır”.
Millət vəkili Çingiz Qənizadənin fikrincə, “İstər radikal müxalifət, istərsə də qeyri-radikal müxalifət bu seçkilərdə, sadəcə, fakt qarşısında Qaldı. Bu fakt isə ondan ibarətdir ki, prezidentliyə namizəd və həm də fəaliyyətdə olan president cənab İlham Əliyev onillik fəaliyyəti ilə sübut edib ki, ölkənin həm xarici, həm də daxili siyasətində uğurlu nəticələr əldə etməklə fundamental dəyişikliklərə nail olub. Cənab prezidentin regionların sosial-iqtsadi inkişafı ilə bağlı qəbul etdiyi qərarlar və onların icrası cəmiyyəti bir daha əmin etdi ki, bu gün ali hakimiyyət kreslosunda qurub-yaradan bir insan əyləşib. Məhz bu özəlliklərə görə cəmiyyətin böyük əksəriyyəti ona səs verdi. Müxalifət gəlincə isə, bu düşərgə hələ ki qeyri-müəyyən şüarlar irəli sürməkdən və seçicilərin qulaqlarını yağır etməkdən başqa heç nəyə nail ola bilməyib. Mənə elə gəlşir ki. bu günki radikal müxalifətin ən böyük problem qarşıya qyulan məqsədə səmimi şəkildə yanaşılmamasıdır. Şəxsi ambisiyalarını ümumi məqsəd naminə qurban verə bilməyən bir zümrə heç zaman cəmiyyətə xidmət edə bilməz. Elə buna görə də onlar yenə də hakimiyyətə gəlsələr, cəmiyyətin və dövlətin marqlarını yerinə yetirməklə deyil, öz şəxsi ambisiyalarının təmin edilməsi ilə məşğul olacaqlar. Uzun illərin təcrübəsindən sonr Azərbaycan cəmiyəti də bu elementar həqiqəti asanlıqla anladığına görə onlaırn ardınca getmədi və onlaırn namizədinə də səs vermədi”.
“Unikal” qəzetinin təsisçisi və baş redaktoru Asər Rzayevin fikrincə, “Müxalifətin radikal adlandırılan qanadı 9 oktyabr prezident seçkilərində məğlub olacağını lap əvvəlcədən bilirdi. Ona görə də cəmiyyətin diqqətini daha çox Milli Şuranın daxilıində gedən intriqalara yönəldirdi. Bunu da qeyd etməliyəm ki, onalrın radikallığı vur-tut 15-20 nəfərin içində gerçək hadisəyə çevrilə bilər. Cəmiyyətin hansısa zümrəsi üçün və yaxud ümumən Azərbaycan cəmiyyətində radikal davranmağa onalrın nə gücləri yetər, nə də siyasi səviyyələri. Çünki radikal davranmaq üçün cəmiyyətdə müəyyən nüfuza malik olmaq lazımdır. Onların isə cəmiyyətdə bu nüfuzları yoxdur. Bu baxımdan hətta vəziyyəti o yerə gətirib çıxartdılar ki, özlərinə inamsızlıqlarına görə kiniossenarist Rüstəm İbrahimbəyovun qoltuğuna sığınmalı oldular. Hadisələrin bu istiqamətdə inkişaf etdiyini görən Azərbaycan seçiciləri də həqiqəti tam şəkild anlayıb Rüstəm İbrahimbəyova və Cəmil Həsənliyə inanmadı. Təəssüf doğuran haldır ki, bu cür siyasi səviyyəsi olan və mübarizə əzmindən məhrum olan bir yığın insan Azərbaycanda özünü hakimiyyətə iddialı hesab edir. Fikrimcə, indiki zamanda onların ən yaxşı şansı siyasətdən getməkdir. Və onlar bu addımı atsalar, Azərbaycan cəmiyyətinə böyük fayda vermiş olarlar”.
Ölkənin tanınmış politoloqu Elxan Şahinoğlunun sözlərinə görə, “Müxalifətin bu dəfəki prezident seçkilərində qazanmış olduğu məğlubiyyətin obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblərdən ən başlıcası müxalifətin zamandan səmərəli şəkildə istifadə edib təmərküzləşə, yəni toparlana bilməməsndən irəli gəlir. Müxalifətin bu yöndəki səylərini əvvəldən diqqətlə müşahidə etdiyimə görə deyə bilərəm ki, onlar bu baxımdan bağışlanmaz səviyyədə səhvlərə və yersiz müzakirələrə meydan verdilər. Prezident seçkilərinə cəmi iki ay qalarkən hələ də onların namizədi konkret şəkildə məlum deyildi. Bu isə istənilən seçki parktikasına zidd vəziyyət idi. Siyasətçi və yaxud siyasi birlik bu cür səriştəsizliyə yol verərkən nəticəsi mütləq şəkildə məğlubiyyət olacaq. Mənə elə gəlir ki, müxalifətin indiki liderlərinin əksəriyyəti bu məğlubiyyətdən sonra öz postlarından istefa verib siyasət meydanından çəkilməlidirlər. Lakin bu gün (dünən-red.) onların verdiyi açıqlamalardan aydın olur ki, hələ də siyasətlə məşğul olmağı davam etdirmək niyyətindədirlər. Fikrimcə, radikal müxalifətin aparıcı zümrəsinin bir qismi seçkiyə hazırlıq prosesinin lap əvvəlindən bilərəkdən prosesin bu istiqamətə yönəlməsinə cəhd edirdi. Digər bir qismi isə proseslərin nə ilə nəticələnəcəyini anlamadan ümumi axına qoşulmuşdu. Məğlubiyyətin digər səbəbi beynəlxalq güclərin bölgədəki davranışı ilə bağlıdır. Nə Qərb, nə Birləşmiş Ştatlar, nə Türkiyə, hətta nə də Rusiya bu cürc zəif təşkil olunmuş müxalifətə güvənməyin hədər olduğunu bildiyindən ona lazımi şəkildə dəstək vermədi. Buna görə də hesab edirəm ki. müxalifət 25 illik məğlubiyyətlər silsiləsindən sonra öz yerini daha güclü müxalifət təşkil edə biləcək qüvvələrə verməlidir”.
“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlının sözlərinə görə, “Fikrimcə, müxalifətin radikal və qeyri-radikal qanadlara bölünməsi düzgün deyil. Müxalifət elə müxalifədir. Qaldı ki, müxalifətin prezident seçkilərini uduzmasına, mənə elə gəlir ki, onlar bu seçkilərə bir neçə il əvvəlcədən hazırlaşmalıydılar ki, vaxtında ortalığa hazır namizədlə və güclü platforma ilə çıxa bilsinlər. Amma bunu görmədik. Bu seçkilərdə müxalifətin ən böyük rəqibi iqtidar deyil, əsassız şəxsi iddialar üzündən bilə-bilə qeyb etdiyi zaman oldu. Müxalifətin bu seçkilərdə seçici kütləsi toplaya bilməməsinin bir səbəbi də odur ki, onlar seçki kampaniyasının gedişində cəmiyyətə yeni ideyalar təqdim edə bilmədilər. Adətən, seçkilər kampaniyası başlayarkən seçicilər onlara təqdim edilən platforma və ideyalardakı yeni və onları maraqlandıran detallara xüsusi diqqət yetirirlər. Çünki bir müddətdən sonra bu ideyalar onların social gerçəkliyinə çevilə bilər. Müxalifət yeni ideyalar hasil edə bilmir, ona görə də cəmiyyət üçün maraqsız zümrəyə çevrilmək üzrədir. Fikrimcə, müxalifət düşərgəsi bu barədə ciddi şəkildə götür-qoy etməlidir ki, növbəti seçkilərdə nəyəsə nail ola bilsin”.
Tanınmış telejurnalist Qulu Məhərrəmlinin fikrincə, “Artıq bu faktdır ki, müxalifət bu seçkiləri də uduzub və bu məğlubiyyətin min bir səbəbi var. Ən başlıca səbəb radikal müxalifətin hədsiz dərəcədə zəif olmasıdır. Mənə elə gəlir ki, müxalifətin siyasi intellekti dünya standartlarından xeyli geridə qalır. Buna görə d cəmiyyətin nəbzini tuta bilmirlər. Cəmiyyəti öz ardıənca aparmaq üçün onu narahat edən əsas problemləri duymağı bacarmalısan. əgər bu gün müxalifətin kütləvi etiraz aksiyalarına 5-6 min nəfərdən artlq adam yığışmırsa, deməli, onlar cəmiyyət üçün maraq kəsb etmirlər. Yənui müxaliflər oturub düşünməlidirlər ki, niyə cəmiyyəti tərpədə bilən ideyalar ortalığa qoya bilmirlər. Arxasında sosial gücü olmayan siyasi qurum isə heç kimə lazım deyil”.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin qənaətinə görə, “Bu seçkilər bir daha sübut etdi ki, Azərbacan xalqı bu gününə və gələcəyinə inanır. Çünki bu xalq quruculuğa, abadlığa, soacial rifaha, dövlətçiliyin daha da möhkəmlənməsinə səs verdi. Və Azərbaycanda gedən bu əzəmətli proseslərinn müəllifi möhtərəm prezidentimiz İlham Əliyevdir. Müaxlifətə gəlincə isə, Azərbacan xalqı onun naturasına və əqidəsinə yaxşı bələddir. Görünən dağa bələdçi nə lazım? Bu müxaliflərin 90-cı illərdə Azərbaycanda törətdiyi hərc-mərclik, dövlətçiliymizi uçuruma aparıb çıxartmaları cəmiyyətin yadından çıxmayıb. Ona görə də seçicilər müxalifətə dəstək deyil, dirsək göstərdilər”.
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadənin dediyinə görə, “Hər hansı siyasi texnoloqdan və yaxud elə adi bir seçicidən soruşsanız ki, “Hansısa siyasi birliyin lideri seçkilərə bir həftə vaxt qalmış müəyyənləşirsə, seçkilərdə bu qurumun və onun namizədinin aqibəti necə olacaq?”, onalr sizə bildirəcəklər ki, “Qaçılmaz məğlubiyyət”. Radikal müxalifət bu seçkilərdə məğlubiyyətdən başqa heç nəyə nail olmaq potensialında deyildi. Birinci növbədə ona görə ki, istənilən seçkilərə hazırlığın öz qayda və qanunları var və bunlara mütləq şəkildə əməl edilməlidir. Siyasi qurumlarn seçkilərə hazırlaşmağının alfası və omeqası var. Mən demirəm ki, müxalifət düşərgəsində olanlar bunlardan xəbərsizdirlər. onlar bu sahədə kifayət qədər məlumatlıdırlar. Amma müxalifətin problem tamam başqa bir yöndən qaynaqlanır. Xatırlayırsınızsa, bu ilin əvvəlindən onkarda vahid namizəd problem kəskin şəkil almışdı. Sonradan bu gərginlik müxtəlif biçimlərə keçərək Milli Şura deyilən siyasi birliyə də transfer edildi və orada da zaman-zaman münasibətlərdə gərginləşmələr, qarşılıqlı ittiham və şantajlar qeydə alınmağa başlandı. Yəni müxalifət seçkilərə hazırlaşmaqdansa vaxtının və enerjisinin çox hissəsini daxili “razborka”lara sərf edirdi. Nəticədə də başlıca hədəflər - iqtidar və seçki prosesinə hazırlıq yaddan çıxırdı. Yəni əslində, müxalifət bu seçkilərə boş əllə gəlmişdi. Vahid namizəd çox gec müəyyən edildyindən seçki kampaniyasını da uğurlu şəkildə qura bilmədilər. Belə olan halda hansısa real nəticəyə ümid bağlamaq əbəsdir”.
Vəhdət Partiyasının sədri Tahir Kərimlinin sözlərinə görə, “Radikal müxalifətin indiki məğlubiyyətinin təməli 1993-cü ildən qoyulub. İndi müxalifətdə olanlar o zaman özlərini və dövləti xilas etmək üçün mərhum Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdilər. Sonra “Biz vəzifəimizi dondururuq” deyərək müxalifətə keçdilər. Onların müxalifətçiliyi bu cür başlandı. Və bundan sonra da Azərbaycan cəmiyyətini “əbülfəzçi” və “əliyevçi” adı ilə iki hissəyə böldülər. Yəni indiki müxalifətçilərin ideoloji davası və ideoloji özülləri yoxdur, şəxsi iddiaları var və bu iddialar 93-cü ildə qaynaqlanır. Sonradan bu düşməncəsinə ikiləşməni “cəbhəçi-müsavatçı” formasında davam etdirdilər. Sosial şəbəkələrdə Əli Kərimlinin tərəfdarlarının İsa Qəmbərin, İsa Qəmbərin tərəfdarlarının isə Əli Kərimlinin ünvanına yağdırdığı ittihamlar fikirlərimin daha bir təsdiqidir. Bu düşmənçilyi həll edə bilməyəndə müxalifətə həmişə nifrət etmiş bir şəxsin - Rüstəm İbrahimbəyovun ətrafında birləşib onu bayrağının altına keçdilər. Radikal müxalifətin Milli Şuraya daxil olması onun ideoloji baxımdan tam məğlubiyyəti demək idi. Azərbaycan cəmiyyəti isə hər şeyi aydın şəkildə görürdü. Və cəmiyyət bunu da görürdü ki, müxalifət tez-tez simasını və mövqeyini dəyişdirir. Putin Bakıya səfər etməmişdən əvvəl radikal müxalifət tamam başqa fikirlər deyirdi. Putin gəib gedəndən sonar isə əks mövqeyə keçdi. Yəni onu demək istəyirəm ki, bu müxalifətin heç zaman öz prinsipləri və öz mövqeyi olmayıb. Küləyin səmtindən asılı olaraq gah o tərəfə əsib, gah da bu tərəfə. Təbii ki. seçicilər də bütün bu oyunları gördüyü üçün müxalifət olan inam kreditinə son qoydu”.
KIV

Yorumlar 1

Müxalifətin məğlubiyyətinə ictimai-siyasi xadimlərin münasibətləri » DEV-SOCIETY.ORG<dev-society.org/title> <meta name="description" content="Unikal.org Müxalifətin məğlubiyyətinə ictimai-siyasi xadimlərin münasibətləriMüxalifətin məğlubiyyətinə ictima" dev-society.org/> <meta name="keywords" content="v&601, d&601, müxalif&601tin, gör&601, müxalif&601t, radikal, il&601, Az&601rbaycan, üçün, &351&601kild&601, is&601, onlar, prezident, siyasi, &601n, cür, ed&601, el&601, seçkil&601rd&601, ciddi" dev-society.org/> <meta name="generator" content="DataLife Engine (http:dev-society.org/dev-society.org/dle-news.ru)" dev-society.org/> <meta property="og:site_name" content="DEV-SOCIETY.ORG" dev-society.org/> <meta property="og:type" content="article" dev-society.org/> <meta property="og:title" content="M&#252;xalif&#601;tin m&#601;&#287;lubiyy&#601;tin&#601; ictimai-siyasi xadiml&#601;rin m&#252;nasib&#601;tl&#601;ri" dev-society.org/> <meta property="og:url" content="http:dev-society.org/dev-society.org/dev-society.orgdev-society.org/kivdev-society.org/319-m252xalif601tin-m601287lubiyy601tin601-ictimai-siyasi-xadiml601rin-m252nasib601tl601ri.html" dev-society.org/> <meta property="og:image" content="http:dev-society.org/dev-society.org/unikal.orgdev-society.org/uploadsdev-society.org/postsdev-society.org/2013-10dev-society.org/1381475153_01.jpg" dev-society.org/> <link rel="search" type="applicationdev-society.org/opensearchdescription+xml" href="http:dev-society.org/dev-society.org/dev-society.orgdev-society.org/enginedev-society.org/opensearch.php" title="DEV-SOCIETY.ORG" dev-society.org/> <link rel="alternate" type="applicationdev-society.org/rss+xml" title="DEV-SOCIETY.ORG" href="http:dev-society.org/dev-society.org/dev-society.orgdev-society.org/rss.xml" dev-society.org/> <meta name="HandheldFriendly" content="true"> <meta name="format-detection" content="telephone=no"> <meta name="viewport" content="user-scalable=no, initial-scale=1.0, maximum-scale=1.0, width=device-width"> <meta name="apple-mobile-web-app-capable" content="yes"> <meta name="apple-mobile-web-app-status-bar-style" content="default"> <link rel="shortcut icon" href="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/imagesdev-society.org/favicon.ico"> <link rel="apple-touch-icon" href="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/imagesdev-society.org/touch-icon-iphone.png"> <link rel="apple-touch-icon" sizes="76x76" href="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/imagesdev-society.org/touch-icon-ipad.png"> <link rel="apple-touch-icon" sizes="120x120" href="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/imagesdev-society.org/touch-icon-iphone-retina.png"> <link rel="apple-touch-icon" sizes="152x152" href="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/imagesdev-society.org/touch-icon-ipad-retina.png"> <link href="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/cssdev-society.org/engine.css" type="textdev-society.org/css" rel="stylesheet"> <link href="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/cssdev-society.org/styles.css" type="textdev-society.org/css" rel="stylesheet"> <dev-society.org/head> <body> <div class="page showfull"> <div class="wrp"> <!-- Header --> <header id="header"> <!-- Ara --> <form id="q_search" class="rightside" method="post"> <div class="q_search"> <input id="story" name="story" placeholder="Axtar..." type="search"> <button class="btn q_search_btn" type="submit" title="Tap"><svg class="icon icon-search"><use xlink:href="#icon-search"><dev-society.org/use><dev-society.org/svg><span class="title_hide">Tap<dev-society.org/span><dev-society.org/button> <a class="q_search_adv" href="dev-society.org/index.php?do=search&mode=advanced" title="Ətraflı Axtar..."><svg class="icon icon-set"><use xlink:href="#icon-set"><dev-society.org/use><dev-society.org/svg><span class="title_hide">Ətraflı Axtar...<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/div> <input type="hidden" name="do" value="search"> <input type="hidden" name="subaction" value="search"> <dev-society.org/form> <!-- dev-society.org/ Ara --> <div class="header"> <div class="wrp"> <div class="midside"> <div id="header_menu"> <!-- Логотип --> <a class="logotype" href="dev-society.org/"> <span class="logo_title">DEV-SOCIETY.ORG<dev-society.org/span> <dev-society.org/a> <!-- dev-society.org/ Логотип --> <!-- Bilgiler Menü --> <nav id="top_menu"> <a href="http:dev-society.org/dev-society.org/eng.dev-society.org" title="English"><img src="http:dev-society.org/dev-society.org/dev-society.orgdev-society.org/en.png"> English<dev-society.org/a> <a href="http:dev-society.org/dev-society.org/dev-society.orgdev-society.org/galereyadev-society.org/index.html" target="_blank" title="Qalereya">Qalereya<dev-society.org/a> <a href="dev-society.org/index.php?do=feedback" title="Əlaqə">Əlaqə<dev-society.org/a> <dev-society.org/nav> <!-- dev-society.org/ Bilgiler Menü --> <!-- Кнопка вызова меню --> <button id="mobile_menu_btn"> <span class="menu_toggle"> <i class="mt_1"><dev-society.org/i><i class="mt_2"><dev-society.org/i><i class="mt_3"><dev-society.org/i> <dev-society.org/span> <span class="menu_toggle__title"> Menyu <dev-society.org/span> <dev-society.org/button> <!-- dev-society.org/ Кнопка вызова меню --> <!-- Кнопка вызова меню --> <button id="search_btn"> <span> <svg class="icon icon-search"><use xlink:href="#icon-search"><dev-society.org/use><dev-society.org/svg> <svg class="icon icon-cross"><use xlink:href="#icon-cross"><dev-society.org/use><dev-society.org/svg> <dev-society.org/span> <dev-society.org/button> <!-- dev-society.org/ Кнопка вызова меню --> <dev-society.org/div> <dev-society.org/div> <div id="cat_menu"> <nav class="cat_menu"> <div class="cat_menu__tm"><a href="http:dev-society.org/dev-society.org/eng.dev-society.org" title="English"><img src="http:dev-society.org/dev-society.org/dev-society.orgdev-society.org/en.png"> English<dev-society.org/a> <a href="http:dev-society.org/dev-society.org/dev-society.orgdev-society.org/galereyadev-society.org/index.html" target="_blank" title="Qalereya">Qalereya<dev-society.org/a> <a href="dev-society.org/index.php?do=feedback" title="Əlaqə">Əlaqə<dev-society.org/a> <dev-society.org/div> <ul> <li><a href="dev-society.org/anadev-society.org/">Dev-Society <span style="float: right;">96<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/li><li><a href="dev-society.org/haqqimizdadev-society.org/">Haqqımızda <span style="float: right;">7<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/li><li><a href="dev-society.org/layihedev-society.org/">Layihələr <span style="float: right;">61<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/li><li><a href="dev-society.org/kivdev-society.org/">KIV <span style="float: right;">247<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/li><li><a href="dev-society.org/pressdev-society.org/">Press reliz <span style="float: right;">48<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/li><li><a href="dev-society.org/nesrlerdev-society.org/">Nəsrler <span style="float: right;">33<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/li><li><a href="dev-society.org/kitabxanadev-society.org/">Kitabxana <span style="float: right;">25<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/li><li><a href="dev-society.org/qanundev-society.org/">Qanunlar <span style="float: right;">18<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/li> <dev-society.org/ul> <dev-society.org/nav> <div class="soc_links"> <a class="soc_vk" href="#" title="vКонтакте"> <svg class="icon icon-vk"><use xlink:href="#icon-vk"><dev-society.org/use><dev-society.org/svg> <dev-society.org/a> <a class="soc_tw" href="#" title="Twitter"> <svg class="icon icon-tw"><use xlink:href="#icon-tw"><dev-society.org/use><dev-society.org/svg> <dev-society.org/a> <a class="soc_fb" href="#" title="Facebook"> <svg class="icon icon-fb"><use xlink:href="#icon-fb"><dev-society.org/use><dev-society.org/svg> <dev-society.org/a> <a class="soc_gp" href="#" title="Google"> <svg class="icon icon-gp"><use xlink:href="#icon-gp"><dev-society.org/use><dev-society.org/svg> <dev-society.org/a> <dev-society.org/div> <dev-society.org/div> <dev-society.org/div> <dev-society.org/div> <dev-society.org/header> <!-- dev-society.org/ Header --> <div class="conteiner"> <div class="midside"> <div class="content_top"> <div class="pagetools"> <div class="pagetools_in"> <div class="breadcrumb"> <div class="breadcrumb_in"> <dev-society.org/div> <a class="pagetools_back" href="dev-society.org/"> <svg class="icon icon-left"><use xlink:href="#icon-left"><dev-society.org/use><dev-society.org/svg> <span class="title_hide">Ana Səhifə<dev-society.org/span> <dev-society.org/a> <dev-society.org/div> <dev-society.org/div> <dev-society.org/div> <dev-society.org/div> <section id="content"> <div id='dle-info'><dev-society.org/div> <div id='dle-content'><dev-society.org/div> <dev-society.org/section> <dev-society.org/div> <dev-society.org/div> <div class="footer_menu clrfix"> <div class="rightside"> <a id="upper" href="dev-society.org/" title="Yukarı"> <svg class="icon icon-up"><use xlink:href="#icon-up"><dev-society.org/use><dev-society.org/svg> <dev-society.org/a> <dev-society.org/div> <dev-society.org/div> <footer class="footer"> <div class="wrp clrfix"> <!-- Блок для установки счетчиков --> <div class="rightside"> <div class="counter"> <img src="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/imagesdev-society.org/tmpdev-society.org/counter.png" alt=""> <dev-society.org/div> <dev-society.org/div> <!-- dev-society.org/ Блок для установки счетчиков --> <div class="midside"> <!-- Копирайт --> <div class="copyright"> Copyright © 2005–2017 <a href="http:dev-society.org/dev-society.org/fmpyazilim.comdev-society.org/" target="_blank">FMP YAZILIM<dev-society.org/a> All Rights Reserved. Powered by FMP © 2017 <dev-society.org/div> <!-- dev-society.org/ Копирайт --> <a class="ca" href="http:dev-society.org/dev-society.org/fmpyazilim.com" target="_blank" rel="nofollow"><svg class="icon icon-ca"><use xlink:href="#icon-ca"><dev-society.org/use><dev-society.org/svg>Dizayn – FMP YAZILIM<dev-society.org/a> <dev-society.org/div> <dev-society.org/div> <dev-society.org/footer> <dev-society.org/div> <script type="textdev-society.org/javascript"> <!-- var dle_root = 'dev-society.org/'; var dle_admin = ''; var dle_login_hash = ''; var dle_group = 5; var dle_skin = 'Default'; var dle_wysiwyg = '1'; var quick_wysiwyg = '1'; var dle_act_lang = ["Bəli", "Xeyr", "Daxil et", "Ləğv et", "Yadda Saxla", "Sil", "Yüklənir. Zəhmət olmasa gözləyin..."]; var menu_short = 'Sürətli redaktə et'; var menu_full = 'Tam redaktə et'; var menu_profile = 'Profilə bax'; var menu_send = 'Şəxsi mesaj göndər'; var menu_uedit = 'Adminpanelə get'; var dle_info = 'İnformasiya'; var dle_confirm = 'Təsdiq et'; var dle_prompt = 'İnformasiyanı daxil et'; var dle_req_field = 'Bütün vacib sahələri doldurun'; var dle_del_agree = 'Siz həqiqətən seçilmişi silmək istəyirsiniz? Sonradan bu hərəkəti ləğv etmək mümkün olmayacaq'; var dle_spam_agree = 'Siz həqiqətən istəyirsinizmi istifadəçini spammer kimi işareləmək? Bu halda onun bütün şərhləri silinəcək'; var dle_complaint = 'Administrasiya üçün sizin şikayətinizin mətnini göstərin:'; var dle_big_text = 'Mətnin çox böyük sahəsi seçilmişdir.'; var dle_orfo_title = 'Tapılmış qrammatik səhvə administrasiya üçün şərhi göstərin'; var dle_p_send = 'Göndər'; var dle_p_send_ok = 'Xəbərdarlıq müvəffəqiyyətlə göndərildi'; var dle_save_ok = 'Dəyişikliklər müvəffəqiyyətlə saxlanmışdır.'; var dle_reply_title= 'Şərhə cavab yaz'; var dle_tree_comm = '0'; var dle_del_news = 'Xəbəri sil'; var dle_sub_agree = ''; var allow_dle_delete_news = false; var dle_search_delay = false; var dle_search_value = ''; jQuery(function($){ FastSearch(); }); dev-society.org/dev-society.org/--> <dev-society.org/script><script language="javascript" type="textdev-society.org/javascript"> <!-- var dle_root = 'dev-society.org/'; var dle_admin = ''; var dle_login_hash = ''; var dle_skin = 'Default'; var dle_wysiwyg = '1'; var quick_wysiwyg = '1'; var menu_short = 'Sürətli redaktə et'; var menu_full = 'Tam redaktə et'; var menu_profile = 'Profilə bax'; var menu_fnews = 'Bütün Xəbərləri tap'; var menu_fcomments = 'Bütün şərhləri tap'; var menu_send = 'Şəxsi mesaj göndər'; var menu_uedit = 'Adminpanelə get'; var dle_req_field = 'Bütün vacib sahələri doldurun'; var dle_del_agree = 'Siz həqiqətən seçilmişi silmək istəyirsiniz? Sonradan bu hərəkəti ləğv etmək mümkün olmayacaq'; var dle_del_news = 'Xəbəri sil'; var allow_dle_delete_news = false; dev-society.org/dev-society.org/--> <dev-society.org/script> <script type="textdev-society.org/javascript" src="dev-society.org/enginedev-society.org/ajaxdev-society.org/menu.js"><dev-society.org/script> <script type="textdev-society.org/javascript" src="dev-society.org/enginedev-society.org/ajaxdev-society.org/dle_ajax.js"><dev-society.org/script> <div id="loading-layer" style="display:none;font-family: Verdana;font-size: 11px;width:200px;height:50px;background:#FFF;padding:10px;text-align:center;border:1px solid #000"><div style="font-weight:bold" id="loading-layer-text">Yüklənir. Zəhmət olmasa gözləyin...<dev-society.org/div><br dev-society.org/><img src="dev-society.org/enginedev-society.org/ajaxdev-society.org/loading.gif" border="0" alt="" dev-society.org/><dev-society.org/div> <div id="busy_layer" style="visibility: hidden; display: block; position: absolute; left: 0px; top: 0px; width: 100%; height: 100%; background-color: gray; opacity: 0.1; -ms-filter: 'progid:DXImageTransform.Microsoft.Alpha(Opacity=10)'; filter:progid:DXImageTransform.Microsoft.Alpha(opacity=10); "><dev-society.org/div> <script type="textdev-society.org/javascript" src="dev-society.org/enginedev-society.org/ajaxdev-society.org/js_edit.js"><dev-society.org/script> <script type="textdev-society.org/javascript" src="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/jsdev-society.org/lib.js"><dev-society.org/script> <script type="textdev-society.org/javascript"> jQuery(function($){ $.get("dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/imagesdev-society.org/sprite.svg", function(data) { var div = document.createElement("div"); div.innerHTML = new XMLSerializer().serializeToString(data.documentElement); document.body.insertBefore(div, document.body.childNodes[0]); }); }); <dev-society.org/script> <dev-society.org/body> <dev-society.org/html> <!-- DataLife Engine Copyright SoftNews Media Group -->