ALYANS AVSTRIYA VƏTƏNDAŞ CƏMIYYƏTI INSTITUTLARI ILƏ ƏMƏKDAŞLIQ EDƏCƏK

Warning: session_set_cookie_params(): Cannot change session cookie parameters when session is active in /home/society/domains/dev-society.org/public_html/engine/modules/functions.php on line 84 Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/society/domains/dev-society.org/public_html/engine/modules/links.php on line 76

SOSİALXEBER.İNFO QHT Əməkdaşlıq Alyansının həmsədri Avstriya səfiri ilə görüşüb. Bu barədə SOSİALXEBER.İNFO- nun verdiyi xəbərə görə QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov Avstriya Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri xanım Silvia Mayer- Kaybiçlə görüşmüşdür. Görüşdə R. Qonaqov xanım səfirə Alyans haqqında ətraflı məlumat vermiş, Azərbaycan və Avstriya vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin qurulmasında və əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir. Görüş çərçivəsində eyni zamanda Azərbaycandakı vətəndaş cəmiyyəti instutlarının vəziyyəti, 2013- cü ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinin monitorinqi və QHT kualisiyası olaraq Alyansı düşündürən digər məsələlər ətrafında müzakirə aparılmışdır. Xanım səfir Silvia Mayer- Kaybiç Alyansın fəaliyyətini yaxından izlədiyini və öz ölkəsinin müvafiq vətəndaş cəmiyyəti institutları ilə Alyans arasında əməkdaşlıq yaranmasına köməklik edəcəyini bildirmişdir. Görüşdə eyni zamanda QHT Əməkdaşlıq Alyansının Beynəlxalq Əlaqələr katibiNailə İsmayılova, Alyansın üzvü, Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı Mərkəzinin Sədri Əhməd Abbasbəyli və BMAM İdarə heyyətinin üzvü Eldar Orucov da iştirak etmişdir.
Yorumlar 62