QHT Əməkdaşlıq Alyansının həmsədri Avstriya səfiri ilə görüşüb

QHT Əməkdaşlıq Alyansının həmsədri Avstriya səfiri ilə görüşüb

Dekabrın 3- də QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov Avstriya Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri xanım Silvia Mayer- Kaybiçlə görüşüb.
QHT Əməkdaşlıq Alyansının mətbuat katibliyindən Avropa.info-ya verilən məlumata görə, görüşdə R. Qonaqov xanım səfirə Alyans haqqında ətraflı məlumat verib, Azərbaycan və Avstriya vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin qurulmasında və əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Görüş çərçivəsində eyni zamanda Azərbaycandakı vətəndaş cəmiyyəti instutlarının vəziyyəti, 2013- cü ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinin monitorinqi və QHT kualisiyası olaraq Alyansı düşündürən digər məsələlər ətrafında müzakirə aparılıb.
Silvia Mayer- Kaybiç Alyansın fəaliyyətini yaxından izlədiyini və öz ölkəsinin müvafiq vətəndaş cəmiyyəti institutları ilə Alyans arasında əməkdaşlıq yaranmasına köməklik edəcəyini bildirib.
Görüşdə QHT Əməkdaşlıq Alyansının Beynəlxalq Əlaqələr katibi Nailə İsmayılova, Alyansın üzvü, Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı Mərkəzinin sədri Əhməd Abbasbəyli və BMAM İdarə Heyətinin üzvü Eldar Orucov da iştirak ediblər.
Yorumlar 73