QHT Əməkdaşlıq Alyansının həmsədri Avstriya səfiri ilə görüşüb
QHT Əməkdaşlıq Alyansının həmsədri Avstriya səfiri ilə görüşüb
Alyans Avstriya vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq edəcək
Dekabrın 3- də QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov Avstriya Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri xanım Silvia Mayer- Kaybiçlə görüşmüşdür. Görüşdə R. Qonaqov xanım səfirə Alyans haqqında ətraflı məlumat vermiş, Azərbaycan və Avstriya vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin qurulmasında və əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir. Görüş çərçivəsində eyni zamanda Azərbaycandakı vətəndaş cəmiyyəti instutlarının vəziyyəti, 2013- cü ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinin monitorinqi və QHT kualisiyası olaraq Alyansı düşündürən digər məsələlər ətrafında müzakirə aparılmışdır. Xanım səfir Silvia Mayer- Kaybiç Alyansın fəaliyyətini yaxından izlədiyini və öz ölkəsinin müvafiq vətəndaş cəmiyyəti institutları ilə Alyans arasında əməkdaşlıq yaranmasına köməklik edəcəyini bildirmişdir. Görüşdə eyni zamanda QHT Əməkdaşlıq Alyansının Beynəlxalq Əlaqələr katibi Nailə İsmayılova, Alyansın üzvü, Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı Mərkəzinin Sədri Əhməd Abbasbəyli və BMAM İdarə heyyətinin üzvü Eldar Orucov da iştirak etmişdir.
Yorumlar 42